Форум WWW.MEYDAN.AZ » Конкурсы » Meni bu zindandan gelin aparın Qocalar evinde qoymayın meni.
0
Автор Тема: Meni bu zindandan gelin aparın Qocalar evinde qoymayın meni.
  0 / -0    написано: 2019-10-01 11:36:40 

Salam, hormetli meydancilar!Reklam shobesi olaraq yene maraqli sehifelerimizle qarshinizdayiq.Yeni bir musabiqe teqdim edirik.Musabiqenin bashliqi Nusret Kesemenliye mexsus bir eserdendir.Inaniram ki, bu movzu kimseni kenarda qoymayacaq.

1 oktyabir Beynelxalq ahillar gunudur.BMT-nin Bahs Meclisi 1992 ci ilde ahillarin mudafiesi ile baqli qetname qebul etmishdir ve hemin vaxtdan butun olkelerde bu gun yashli nesle qarshi xeyrxahliq, humanizm gunu kimi qeyd edilir.
Musabiqemizde bu movzuda sher ve ya yazili fikirlesrinizi gozleyirik.Hansisa yazarin eserlerini istifade edirsizse mutleq muellifini qeyd edin.Serbest fikirler, dushunceler tam ferqli ve yuksek qiymetlerle deyerlendirilecek.( Bu gunun tarixi ve qebul edilmesi barede yazilar qebul edilmeyecek).Shertleri diqqetle oxuyun.
Shertlerimiz deyishilmemishdir ,her kes ishtirak ede biler .yazilar 5 bal sistemi ile qiymetlendirme edilecek.

Jyuri heyyeti:
1.Итальянец
2.УГОЛОВНИК
3. Kapriz

Her bir ishtirakciya uqurlar arzu edirik!Musabiqe oktyabirin 10-u 00.00 da bitecek.


  написано: 2019-10-16 22:36:21 

Mükafatların hər kəsə eyni verilməsinə qərar verildi!

100 АЗН. к персонажу CBET
100 АЗН. к персонажу RomantiC
100 АЗН. к персонажу E L C I N
100 АЗН. к персонажу Шошобала
100 АЗН. к персонажу S O U L


3 ədəd «Сундук Хэллоуин (Рандомный сундук-Ehtimal olaraq biri)» iştirakçılara, təşkilatçı, jürilərə verildi.

  написано: 2019-10-13 20:19:27 

Bu həssas mövzuda fikirlərini bildirib konkursda iştirak edən qəhramanlara öz minnətdarlığımı bildirirəm. Bu konkursda inanırdım ki qəhramanlar tərəfindən çox qeydlər aparılacaq, ancaq çox təssuf edirəm az qəhrəman iştirak edib iştirak edenlerde öz fikirleri yerinə hazir şeirlərdən istifade edib..
1. CBET - 5
2. Kapriz - 2
3. RomantiC - 2
4. E L C I N - 2
5. Шошобала - 3
6. S O U L - 3

  написано: 2019-10-13 16:30:25 

Bu həssas mövzuda fikirlərini bildirib konkursda iştirak edən qəhramanlara öz minnətdarlığımı bildirirəm. Bu konkursda inanırdım ki qəhramanlar tərəfindən çox qeydlər aparılacaq, ancaq çox təssuf edirəm..
Mən xal almaq üçün yox, bir juri olaraq konkusa laqeydlik gördüyüm üçün qeydlər aparmışdım.

1. S O U L - 5
2. Шошобала - 5
3. CBET - 5
4. RomantiC - 5
5. E L C I N - 5





  написано: 2019-10-13 16:05:53 

Qocalara qayğı bütün cəmiyyətin mənəvi borcudur. Onların qayğıya, xoş rəftara çox böyük ehtiyacları var hər birimiz də bunun üçün əlimdən gələni etməliyik. Mövzuya və digər iştirakçılara fikir bildirdikləri üçün təşəkkür edirəm. Əlavə olaraq ilk səs verdiyim üçün bütün iştirakçılara fərqləndirmədən 5 Bal verirəm.

1. CBET - 5
2. Kapriz - 5
3. RomantiC - 5
4. E L C I N - 5
5. Шошобала - 5

6. S O U L - 5 ( АВТОР: Итальянец - 13.10.2019-16:06:18 )



  написано: 2019-10-10 22:03:48 

Her kesi salamlayiram! Oyuna yeterli vaxt ayira bilmesemde forumu diqqetle izleyirem, bu musabiqe diqqetimi cekdi.Gundelik heyatimizda her gun de olmasa, gunashiri kucelerde baximsiz ve ya sefil ahillarla rastlashiriq.Ani halda beynimizde bir fikir yaranir.Goren bu yaziqin baxani yoxdumu, ya evden cixanda bu insanin ovladlari sorushumur ki , niye ve hara gedirsen?Ferqli dushunceler altinda otub , kecib ve sonra da unuduruq.
Yay gunlerinde qizimla denizkenari parkda istirahet edirdik, qizim su isteyirem deye seslenende, aqaclarin altindaa qoca, sac-saqqal icinde, cox kohne geyimde bir baba qizima bir shushe su uzatdi ve ,, al ic '' deye gulumsedi.Dushundum , qelbinde bu qeder sevgi ve nevazish olan bu baba niye bu veziyyetde, istide sefil kimi burdadir ve bu suali ona verdim.,,Eh bala. onsuz haminin veziyyeti pisdi, men de acizlikden evdekilere eseb verirem, yaydir havalar yaxshidi, ele bura yaxshidi" deyib yavash -yavash uzaqlashdi
Urekaqridici, xecalet verici bir an.Yeqin ki, xalqimiza, milletimize yarashmayan xususiyyet dushuneceyik, amma beleler cemiyyetimizde var ve olacaq.Pis yashasaq da, catishmamazliq olsa da, son tikemizi, ovladlarimizla bolushduyumuz kimi, qocalarimiza da o diqqeti vermeliyk.Onllari da korpe ushaqlar kimi ezizlemeliyik.Cunki onlar yolun sonunda ve kocdikleri yerden daha geri gelmeyecekler!

  написано: 2019-10-06 14:44:26 

Yaşlı insanlar həmişə cəmiyyətdə əhəmiyyətli rol oynamışlar. Onlar gənclərə nümunə olurlar, ənənələrin tərbiyəçiləri və qəyyumlarıdır. Eyni zamanda, ən həssas qruplardan biridir. Yaşlı insanların çoxu yoxsulluq içində olur, əlil olur və ya ayrıseçkiliklə üzləşirlər. Dünyanın bir çox bölgəsində yaş bərabərsizliyi bir çox amillərin nəticəsidir: yaşayış yeri, cinsiyyət, sosial-iqtisadi status, sağlamlıq, gəlir. Səhiyyə xidmətləri yaxşılaşdıqca yaşlı insanların sayı artır. Cəmiyyətə töhfələri olduğu kimi, ehtiyacları da artır.
Fikrimcə Beynəlxalq Yaşlılar Günü, yaşlı insanların cəmiyyətdəki vacib roluna diqqəti cəlb etmək və müasir dünyada qocalmanın müsbət cəhətləri və problemləri barədə məlumatlılığı artırmaq üçündür.


  написано: 2019-10-05 23:11:59 

Hüseyn Arif
Qocalar

Gah çəliyə dirsəklənib dayanar,
Gah daş üstə dincin alır qocalar.
Gah əlini saqqalına aparıb
Dərin-dərin fikrə dalır qocalar.

Ağrıyanda özü doyar özündən,
Yaş süzülər ,qəm ələnər gözündən.
Uşaq kimi uşağın da sözündən,
Tez tutulub, tez daılar qocalar.

Yaxın başa, yad ayağa çəkəndə,
Biri bağa ,bii dağa çəkəndə ,
Gəlin sola, oğul sağa çəkəndə
Ümidini daşa çalır qocalar.

Cavanlığın qoxusunu itirib ,
Tay-tuşların çoxusunu itirib ,
Gecə yarı yuxusunu itirib ,
Sübhə kimi oyaq qalır qocalar.

Can neyləsin, hökmü verən zamandı,
Gözdən düşüb ,sandan çıxmaq yamandı.
A yoldaşlar ,a qardaşlar ,amandı,
Göynətməyin ,kövrək olur qocalar.

Əsən külək ,yapaq tökən budaqdı,
Döyən yağış ,sönüb keçən ocaqdı,
Necə deyim, iki günlük qonaqdı,
Axşam açıb, sabah solur qocalar.

Ey Hüseyn ,gənclik hara ,sən hara!...
Dolu gəlir ,sü tökülür kənara.
Qocalıqmı çəkən səni olara,
Qocaları yada salır qocalar.

  написано: 2019-10-05 19:26:25 

Ayri yasayirlar anamla atam,
Bir tezad omr edir bu kainatda.
Onlara hem dogma,
Hem de ki, yadam,
Goz acib nenemi gordum heyatda.
Besiyim basinda layla yananda
Bayati hicranin dilinde qaldi.
Ureyim bir ata-ana yaninda,
Ellerim nenemin elinde qaldi.
Boyudum illeri men cata-cata,
Sevinc bir yanadir,
Qem bir yanadir.
Anamin sahibi bir ogey ata,
Atamin sahibi ogey anadir...
Gah atam cagirir,
Gah da ki, anam:
-Ay ogul, yanimda gelib qalsana,
Herden az qaliram alisib yanam;
Bir evde ata yad,
Bir evde ana.
Basimda dolanir fikirler ceni,
Konul, ne kus menden,
Ne meni qina.
Iki ev qoynuna cagirir meni;
Birinde ata yad,
Birinde ana.
Urek dile gelir,
Urek deyir ki:
-Ay ata, ay ana, bir sorussana:
Senincun, ay ogul, agir deyil ki-
Bir evde ata yad,
Bir evde ana...
Sohbet acirsiniz xatirelerden,
Xatire su deyil, icmek olmayir.
Siz sahil,
Korpuyem sahillere men,
Araz korpusuyem, kecmek olmayir...
Urekmis hesretden qovrulan, yanan,
Ne bilim heyatda eh, neler varmis.
Atalar, analar sehv eden zaman
Yaxsi ki dunyada neneler varmis...

Müəllif: Nüsrət Kəsəmənli

  написано: 2019-10-05 18:37:00 

Təşəkkü edirəm belə bir həssas mövzuya toxunmusunuz belə bir konkursda iştirak etmək ahillarımıza hörmət hər birimizin borcudur. Ancaq konkurs yaradılandan beş gün keçsədə laqeydlik gördüm və çox pis oldum.
İnsan ömrü müxtəlif yaş mərhələlərindən ibarətdir. Illər ötdükcə yaşının üstünə yaş gəlir. Qocalırsan, hörmət və qayğıya ehtiyacın olur. Biz böyüklərə hörmət və qayğı ilə yanaşmalıyıq ki, bizdən sonra gələn nəsil də biz qocalanda bizə hörmət etsin.Ananın,atanın üzünə düşən qırışlar çəkdiyi əziyyətin xəritəsidir.
Qocalar evində bir anaya həsr edilmiş şer

Gözündən tökülən yaşına qurban,
Qələm gözlərinə,qaşına qurban,
Ağ dənli,ağ saçlı başına qurban,
Ağlama ay ana,qurbanın olum.

De kimlər incidib,qırıb qəlbini?
İcazə ver ana,alım dərdini,
Üzülmə,nə olar üzmə sən məni,
Ağlama ay ana,qurbanın olum.

Səni incidənin ömrü dar olsun,
Baharı qış olsun,yazı qar olsun,
Üzülmə,Allah’ın sənə yar olsun,
Ağlama ay ana,qurbanın olum.

Ağlama,inləyir hər tərəf,hər yan,
Ağlama,ağlayan gözünə qurban,
Hər damla yaşınla məhv olur insan ,
Ağlama ay ana,qurbanın olum.



  написано: 2019-10-05 12:51:45 

Yaşadığımız cəmiyyət hamı üçündür. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.
BMT-nin inkişaf proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin keçirilməsi də buna misaldır.
Bu Ümumdünya tədbirində belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər.
İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Böyük Britaniyanın baş naziri U. Çörçill, Almaniyanın federal kansleri K. Adenauer, Fransanın prezidenti Şarl de Qoll, Çin islahatçılığının atası Den Syaopin və nəhayət, ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş görkəmli siyasətçi və dövlət xadimləri öz ölkələrini müvəffəqiyyətlə idarə etmişlər. Bu fakt bir daha sübut edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır.
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.
Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə Respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir.

  написано: 2019-10-01 14:57:24 

Удалил Страж Порядка Итальянец (2019-10-02 17:26:20)

  написано: 2019-10-01 14:42:23 

Удалил Страж Порядка Итальянец (2019-10-02 17:26:23)

Вы не авторизованы