Форум WWW.MEYDAN.AZ » Официальные объявления » Şəhidlər
0
Автор Тема: Şəhidlər
  0 / -0    написано: 2020-07-20 16:32:08 

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir.

Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.

15 ilin hərbi forma geyinən bir zabiti kimi məndə öz növbəmdə vətənimiz düşmən tapdağından azad olunması istiqamətində gedən son iki döyüşlərdə "Aprel döyüşləri və sonuncu "Tovuz" istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Orda şəhid olan hər bir zabit, gizir, əsgərləri şəxsən tanıyırdım. Həmin döyüşçülər öz canları, qanları bahasına düşmən qarşısında sipər oldular.

Sonuncu şəhid olan qəhrəmanlarımızdan general mayor Polad Həşimov ilə aramızda olan dialoqu olduğu kimi çatdırmaq istəyirəm.

2015-ci ildə mən Murovdağ istiqamətində post komandiri olan zamanlarda Polad Həşimov Polkovnik idi. Xidməti maşını ilə mənim yerləşdiyim yerə gəlib çatdı və dərhal səngərə qalxdı. Düşmən ərazisi ilə tanış olan zaman mən tabeçiliyimdə olanlara gələn qonağımız üçün çay süfrəsi düzəltməyə tapşırığı verib yenidən cənab Polad Həşimovun yanına qayıtdım. Ərazi və düşmən barədə məsləhətlərini mənə verəndən sonra birlikdə səngərdən qayıtdığ.
- Cənab polkovnikə buyurun komandir sizin üçün çay süfrəsi açmışığ çayımızı için gedərsiz
- Məni üzürlü hesab edin əliboş getdiyim döyüş mövqeyində mən süfrəyə oturmuram nuş edin deyərək maşına əyləşib getdi.

Sonda hər bir qəhrəmanımızdan xahiş etmək istəyirəm. Kim hansı şəhid qəhrəmanlarımız barədə marağlı dialoqları varsa bizimlədə paylaşsın

  написано: 2020-10-28 21:43:26 

Rəşadətli ordumuzuun Allah yardımçısı olsun. Bütün dualarımız əsgərlərimiz, zabitlərimiz - ordumuzladır. İnşallah başda Ali komandan olmaqla müzəffər, rəşadətli ordumuz tezliklə Qarabağı düşmən tapdağından təmizləyər və hər kəs öz evinə, yurduna sağ salamat qayıdar.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Qeyd etdiyiniz kimi şəhid ailələrinə hörmətlə yanaşmaq hər birimizin borcudur.

Mənim DQ-da əsgər yoldaşım, manqa komandirim Cəbrayılov İbrahim 2-ci Qarabağ müharibəsi dövründə Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Əsgərliyimi onunla keçirdiyim 1 il ərzində yalnız xoş xatirələrlə yaddaşımda qaldı. Hər dəfə xidmətə onunla çıxırdım. Axşamlar xidmətdə birgə qalanda xeyli söhbətlər edirdik. Çox mülayim insan idi. Hər dəfə atış təlimlərində 5 alırdı. bütün hədəfləri dəqiqliklə vururdu. Çox mülayim olduğuna görə heç bir əsgərin xətrinə dəymirdi, əsgərə görə həmişə danlanırdı.Hərbiyə çox həvəsi var idi, bizim hərbi hissədə XTQ bölməsi var idi, həmişə onların təlimlərini görəndə ord olmaq istəyirdi. Deyirdi "bax gör necə məşq edirlər, gör necə fərqli silahları var, adam orda olardı". Əsgərlikdən sonra milli ordunun XTQ-də MAXE qaldı və torpaqlarımızın işğal edilməsi uğrunda şəhid oldu. Hər zaman ilk tanıdığım gündən şərəflə necə xidmət etmişdisə, şərəflə də bu dünyadan köçdü.

Bütün şəhidlərimizin qarşısında baş əyirik.

  написано: 2020-10-27 12:22:33 

Allah hər birinizi qorusun. Sənidə Kapitan almağ münasibəti ilə təbrik edirəm.

  написано: 2020-10-26 17:06:09 

A M I N

  написано: 2020-07-25 13:19:43 

Hal hazirda dushmenle uz-uze dayanan butu eskerlesrimizi alqishlayiram.Allah qorusun!

Вы не авторизованы