Форум WWW.MEYDAN.AZ » Ханства » NİZAMNAMƏ QANUNLAR VƏ CƏZALAR
Автор Тема: NİZAMNAMƏ QANUNLAR VƏ CƏZALAR [Перемещен]
  0 / -0    написано: 2018-01-13 02:42:59 

1. Qeydiyyat zamanı buraxılan qanun pozuntuları

1.1 Tərkibində oyun prosesində iştirak edən şəxsləri və ya Adminstrasiyanı təhqir edən sözlər olan ləqəblər (loginlər), nəzakətsiz, əxlaqsız leksika, təhqir qadağandır
-Cəza : Blok

1.2 irqçilik, milliyyətçilik, narkotiklərin reklamı, dini və siyasi təbliğat olan adlarla qeydiyyatdan keçmək qadağandır.

Cəza : 24 saat susma ( təkrar olarsa surgün )

2. Anketdə qanunsuzluqlar

2.1 Təhqir, millətçilik, irqçilik qəti qadağandır
Anketi bağlamaq

2.2 Narkotiklərin reklamı, küçə təbliğatı qadağandır

Cəza : Anketi bağlamaq

2.3 Dini və siyasi təşviqat aşılanması , millətlərarası və dini ədavəti, həmçinin, terrorçuluq fəaliyyətini qızışdırılmasına olunan çağırışlar.

Cəza : Anketi bağlamaq

2.4 Adminstrasiya və ya oyun prosesində iştirak edənləri təhqir edən ifadələr qadağandır

Cəza : Anketi bağlamaq və sürgün 2-7 gün

2.5 Digər veb səhifələr, proyektə aid olmayan reklam (Youtube , Facebook kimi saytların ssılkada proektə zidd reklam yoxdursa istisnadır )

Cəza : Anketi bağlamaq və susma 1 saat

2.6 Realda qisasçılıq təhdidləri. Anketdə nömrə yazmaq , müxtəlif növ şəxsiyyəti aydınlaşdıran məlumat yerləşdirmək.

Cəza : Anketi bağlamaq susma 24 saat və sürgün 2-7 gün

2.7 Layihənin işləməsinə xələl gətirə biləcək nüansların yaranması.

Cəza : Anketi bağlamaq, xəbərdarlıq edilməli.Məhəl qoyulmadıqda sürgün blok.

2.8 Real pullarla döyüşçülərə alış/satış xidmətlərinin təklifi (Diller istisnadır).
Cəza : Anketi bağlamaq və sürgün 30 gün


3. Çat və forum qanunsuzluqları

3.1 Layihədə istənilən döyüşçünün Təhqiri , Etikadan kənar danışıq , əxlaqsız davranış qadağandır.

Cəza :Susma 1 saat, təkrar olunsa susma artırılır.

3.2 İrqçilik, milliyyətçilik , dini və siyasi təşviqat qadağandır.

Cəza :Susma 24 saat

3.3 Realda qisasçılıq təhdidləri, ümumi çatda nömrə yazmaq , hədə - qorxu gəlmək qadağandır.
Cəza :Susma və sürgün 2-7 gün, təkrar olunsa susma və sürgün 30 gün

Əlavə : Əgər qəhrəman ay ərzində sistematik qaydaları pozur (ay ərzində 10 dəfədən eyni maddədən çox susma alıbsa) sürgün 30 gün

3.4 Dövlət hakimiyyətinin mənafeyinə toxunan danışıqlar, dövlət qanunlarını pozmağa dəvət edilən çağırışlar qadağandır.

Cəza : Susma 6 saatdan başlayaraq

3.5 Seksual təzyiq, porno materialların yayılması, intim əlaqə təklifi.

Cəzas : Susma 6 saatdan başlayaraq

3.6 Flud hesab edilir: Smayl və ifadələrin 3 dəfədən çox daimi təkrarı, böyük hərflərlə yazmaq, 3 dəqiqədən az olaraq baş verən döyüşün reklamı və ya sistem məlumatlarının təkrarı, məna verməyən hərflər yığımı, həmçinin normal danışığı pozan hər şey.
Cəza : Birinci dəfə privata xəbərdarlıq, təkrar olunsa rəsmi xəbərdarlıq, təkrar olunsa 15 dəq susma və belə susmanın müddəti artırılır.

3.7 Alqı – Satqı ( Trade) yerində alıram , satıram , dəyişirəm və Qoraya çağırışdan başqa digər (xüsusi icazəsi olmayan ) bütün söhbətlər qadağandır.

Cəza : Birinci dəfə privata xəbərdarlıq, təkrar olunsa rəsmi xəbərdarlıq, təkrar olunsa 15 dəq susma

3.8 Forum və ya ümumi çatda hər hansı online proyektlərin müzakirəsi və ya reklamı qadağandır.

Cəza : Susma 24 saatdan başlayaraq

3.9 Ümumi çat və ya forumda Qanun keşikçiləri və ya Adminstrasiyanın fəaliyyətinin müzakirəsi (“Şikayətlər” bölməsi istisnadır) qadağandır .

Cəza : Susma 6 saat

3.10 Meydan qanunlarını pozan təkliflər: danışılmış döyüşlər , parolun ikinci bir şəxsə ötürülməsi qadağandır .
Susma, sürgün 7-30 gün

3.11 Digər veb səhifələr, proyektə aid olmayan reklam qadağandır

Cəzası : Susma, təkrar olunsa, susma və sürgün ( youtube, Facebook və s. ssılkaları), başqa rpg proyektlərin reklamı ranqdan asılı olaraq susma və blok

3.12 Qora Multların ümumi çatda ünsiyyəti qadağandır.

Cəza : Ranqdan asılı olaraq maksimal müddətli susma

3.13 Müxtəlif əməliyyatlar edən döyüşçü (alış/satış/kirayə/əşya ötürmə/müalicə/kredit vermə, görünüş düzəltmək və.s) məcburi surətdə forumun müvafiq bölümündə öz müqaviləsini qeydiyyatdan keçirməlidir. Qeydiyyatdan keçirilməmiş müqavilə qanunsuz hesab olunur və reklamı qadağandır .

Cəza :Susma, sürgün 7-30 gün


4. Döyüşçü qanunsuzluqları.

4.1 Bir şəxsin iki və daha çox döyüşçü qeydiyyatdan keçirməsi qadağandır. (Qora Mult-u qeydiyyatdan keçirmək olar yalnız)

Cəzası : Əsas qəhrəman - sürgün 7-30 gün, mult - blok

4.2 Sövdələşmə üzrə (heç-heçə istisnadır) danışılmış döyüşlər keçirtmək.

Cəza : Sürgün 30 gün

4.3 Başqa döyüşçülərə sahiblənmək üçün vasitələr , oğurluq , dələduzluq .

Cəza: Blok

4.4 Parolun ikinci şəxsə ötürülməsi

Cəza :Blok

4.5 Poçt vasitəsilə döyüşçülərin təhqiri , müxtəlif hədiyyələrin üzərində təhqiredici ismarıcların göndərilməsi

Cəza : Sürgün 7-30 gün

4.6 Silahların üzərinə etikadan kənar , təhqiredici sözlər yazmaq.

Cəza :Xəbərdarlıq və Sürgün 7-30 gün

4.7 Zver adlarına , Klan başçıları klan heyyətindən kimlərəsə əxlaqsız yazmaq
Cəza : Xəbərdarlıq vəSürgün 7-30 gün


5. Yalan

5.1 Adminstrasiya nümayəndələri və Qanun Keşikçilərinə söylənilən istənilən yalan, qəsdən yalan məlumatın ötürülməsi, özünün və yaxud başqasının faydası naminə yalan ifadə vermə, informasiyanı gizlətmə.

Cəza : Sürgün 30 gün

5.2 Adminstrasiya və ya Qanun Keşikçilərinə təzyiq , qanunları pozan fəaliyyətə məcbur etmə, xidməti informasiyanı yaymağa yönəldilən cəhdlər.

Cəza : Susma 6 saat və Sürgün 7-30 gün

5.3 Böhtan, Qanun keşikçilərindən əsassız, sübut edilməmiş şikayət.

Cəza : Sürgün 7-30 gün

5.4 Adminstrasiya adından çıxış etmə, öz mənafeyi naminə Adminstrasiya və ya Qanun Keşikçiləri adından yalan informasiya yaymaq

Cəza Sürgün 7-30 gün


6. Texniki qanunsuzluqlar

6.1 Oyun səhvlərindən (BAQ) öz məqsədi üçün istifadə .

Cəza : Sürgün, çıxış Komersiya şöbəsi ilə

6.2 Botlardan öz xeyrinə istifadə etmək və ya hiylə ilə hansısa vasitələrdən istifadə edərək oyunçunun mərhələsini artırmaq, qanunsuz döyüşlər keçirmək.

Cəza : Sürgün, çıxış Komersiya şöbəsi ilə

Вы не авторизованы