Форум WWW.MEYDAN.AZ » Конкурсы » Azerbaycan Esgeri Sengerde.
««« | «« |0 | 1
Автор Тема: Azerbaycan Esgeri Sengerde.
  0 / -0    написано: 2016-04-04 23:34:30 

Veten oqullarimiz hal hazirda torpaqlarimiz uqrunda mucadile edir.Onlarin her biri Ana Veten deyib canini qurban vermeye hazirdi.Bu anda onlara menevi destek olmaq , lazim gelerse de elimize silah alib doyushe qatilmaqa haziriq.Biz de bu proekti fikirleshmekle sizin destek olaraq ruh yukselden sozlerinizi, shuarlarinizi gozleyirik.

Beyenilen yazi sesverme yolu ile qiymetlendirilecek.Sesverme 5 bal sistemi ile qiymetlendirilecek.





Jyurinin terkibi

1.)-Велизаде
2.)-NEOGENCE
3.)-Пауль Боймер
4.)-Одинокий Но Единый


  написано: 2016-04-05 01:28:15 

ALLAR REHMET ELESIN WEHIDLERMIZE


  написано: 2016-04-05 00:58:33 

Cənnət məkanıydın, vurğunduq sənə,
Nankor övlad satdı səni düşmənə -
Güllü bağlarında güllərin soldu,
Adın tək bəxtin də qapqara oldu.

Günahsız əsir tək çəkisən xiffət,
Elinə, obana qalmısan həsrət.
Ayrılıq dağını çəkib sinənə,
Naxələf övladlar düşmənmiş sənə.

Yaz gəlir, bağların açır gül-cicək,
Fəqət, sən hələ də nisgillisən,tək.
Gözəl təbiətin göz yaşı tökür,
Səni sevənlərin qəlbini sökür.

Qara qanlar axır dustaq qəlbindən,
Yaslı adam kimi matəmlisən sən.
Odlu ahu-zarın göylərə qalxır,
Başında alovlu şimşəklər çaxır.

Zəhər qatılıbdır şirin suyuna,
Kədər yaraşmayır çinar boyuna.
Düşmən caynağına səni alıbdır,
Qəbirlər yiyəsiz, tənha qalıbdır.

Ağaclar başını dik tuta bilmir,
Dərənin-düzünün heç üzü gülmür.
Sanki əyilmişdir dağların qəddi,
Çaylar göz yaşıyla aşırlar bəndi.

Səni unutmayıb mərd oğulların,
Döyünən qəlbisən daim onların.
İntiqam günündə qalayıb ocaq,
Onlar düşmənlərə qan udduracaq!


  написано: 2016-04-05 00:34:06 

Sarkisyan cenab Aliyeve yalvarir ,sen cani qelet elemisik gor neynirsen ?bir sulh baglayiq esger qalmayib gondermeye elsiz ayaqsiz qoca kisileri yeniyetme qizlari gonderirem cebheye biabirciliqdi

  написано: 2016-04-05 00:25:00 

Allah butun sehidlerimize rehmet elesin ve alailelerine bolca sebir versin..Amin
biz evizmide isidi yerde oturub cayimizi icirk onlar gece gunduz ermeni eclaflariyla mubarize apapririlar Allah sizn usdunuzde olsun Amin..!

  написано: 2016-04-05 00:10:39 

Canim Veten meqrur dayan!
Veten deyib olenler var.
Senden otru canin verib...
Shehid olub donenler var


Allah her bir esker ve zabitlerimizi qorusun

  написано: 2016-04-04 23:49:09 

Deyir erməni əsgəri evinə məktub yazır "Ana narahat olma hər şey yaxşıdır. Hər gün 10-15 km geriyə çəkilirik. Bu gedişlə bir azdan evdə olacam"


ALLAH Butun Shehidlerimize Qeni Qeni Rehmet elesin.

  написано: 2016-04-04 23:45:35 

Allah Butun Şəhid Qardawlarimiza Rehmet Elesin


Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.

Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.


Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayan
ən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş.

Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı ,qardaş,
Torpaq götürməsin bu qanı ,qardaş.

Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.

Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş


  написано: 2016-04-04 23:44:30 

Azər qızı, azər oğlu,
Silah götür qatar dolu,
Budur ancaq xilas yolu:
Hərbə qaldır sağı, solu!
Vur, yarılan bağrı bişə,
Erməniylə gir döyüşə!

Baxma ki, qart dayısı var,
Qurd bəsləyən ayısı var,
İnanma ki, həyası var,
Şərəfsiz bir dünyası var!
Ciyərini keçir şişə!
Erməniylə gir döyüşə!

Mübariz tək mübariz ol,
Fərid kimi ər, əziz ol,
Ana südü tək təmiz ol,
Şücaətdə gur dəniz ol,
Səbr eləmə, başla işə!
Erməniylə gir döyüşə!

Qoyma Laçından yan keşə,
İsa bulağından içə,
Sağ qalıb yurduna köçə!
Cümləsini biçə-biçə,
Gözlərini deşə-deşə,
Erməniylə gir döyüşə!

Səbri daşıb daha, indi
Oğullar bir himə bənddi,
Azad olsun gərək- dedi,
Şuşa, Xocalı, Xankəndi!-
Qarabağda hər dağ, meşə!
Erməniylə gir döyüşə!

  написано: 2016-04-04 23:44:20 

Qarabağı, Mən üzr istəyirəm ifadəmə görə, "QURAN" oxumaqla 'donuz' darıdan çıxmır. Zopanı götürüb döyə-döyə çıxardırlar. Qarabağı biz Müharibə ilə almalıyıq, başqa yolu yoxdur.

(c) Əbülfəz ElçiBəy

  написано: 2016-04-04 23:41:01 

Həyat maraqlıdır çoxdur əzabı
Elə bundan yazır ömür kitabı
Açdım bir səhifə oxuyum bilim
Mövzu belə idi xoşbəxt ol sevgilim!
3 aydır vətənə xidmət edirdim
Yarımla yazılı söhbət edirdim
Sevgilimdən məktub var idi yenə
Bu acı sözləri yazmışdı mənə
-Sevgilim, mən daha dözə bilmirəm
Tək tənha dünyada gəzə bilmirəm
Atam da, anam da evlən deyirlər
Qapımıza çoxları gəlib-gedirlər.
Mən də fikirləşib susdum bir qədər
Qələmi götürüb yazdım birtəhər
-Mənəmsə günahkar bağışla məni
Görürəm intizar üzübdür səni
Bilməzdim nə vaxtsa eşqdən doyarsan
Övladına mənim adımı qoyarsan
Toyunu ad günüm olanda elə
Sevgimizin gülü solanda elə
Yazdım bu naməni göz yaşlarımla
Bölmədim dərdimi yoldaşlarımla.
Günlərim beləcə keçdi ötüşdü
Axır ki ad günüm gəldi yetişdi.
Toyda qarışmışdı bu tost o tosta
Mənsə həmən günü çıxmışdım posta.
Günlərim kədərli, qəmli sevincsiz
Ürəyim vururdu səssiz-səmirsiz.
Xidməti bitirib evimə gəldim
Həyatda dəyişən çox şeyi gördüm
Bunlar mənə qüssə kədər verdilər
Yarımı soruşdum xəbər verdilər
Harada yaşadığını biləndən sonra
Bir baş dayanmadan üz tutdum ora
Hər zaman sevdiyim yarımı gördüm
Tanımamaqçın məni geriyə döndüm
Gördüm Nazim deyib səsləyir məni
Düşündüm ki yenə istəyir məni
Cəsarət eyləyib geriyə döndüm
Belə bir kədərli mənzərə gördüm.
Bütün yaşananlar yaşanmış keçmiş
Çağırdığı Nazim övladı imiş.
Bir daha dünyada gördüm əzabı
Ah çəkib bağladım həmən kitabı!

  написано: 2016-04-04 23:39:56 

Ermənistanda post yaradılıb əsgər qaçmasın deyə, Azərbaycanda post yaradılıb könüllülərin qarşısı alınsın deyə.

Вы не авторизованы