Форум WWW.MEYDAN.AZ » Конкурсы » Gəncə Bowling İcmal
0
Автор Тема: Gəncə Bowling İcmal [Перемещен]
  0 / -0    написано: 2017-05-31 12:16:04 

Çoxlarının həftələr öncədən hazırlaşdığı, xüsusi məşqlər aldığı Gəncə Bowling yarışması baş tutdu. İlk öncə adminstrasiya heyyətinə belə gözəl yarışmanı təşkil etdiyi, daha sonra isə Gəncədən oyunumuza daxil olan qəhrəmanlara başda Tural, Eltun və Anar bəy olmaqla hər birinə öz təşəkkürlərimizi bildirirəm. Bowling yarışından öncə isə Gəncə - Bakı futbol oyunu oldu və burada Gəncəlilər öz ev oyunu amilindən istifadə edərək 11-8 hesabı ilə Bakıdan gələn qonağları məğlub etdilər və Bowling yarışmasına qalib şəkildə yollandılar.

Qəhrəmanlar 4 qrupa bölündü və hər birində 7 yarışmaçı olmaqla yarışa start götürüldü. İlk mərhələdə Ölüm qrupu adlanan A qrupundan yarışmanın favoritlərindən biri olan Wendigo ardınca isə Şeyx və Gəncinskiy qəhrəmanları növbəti mərhələyə adladı. B qrupundan The Lord, Raul Və Genceli-Balasi növbəti mərhələyə adladı. C qrupunda isə yalnız bir svet qəhrəman olan Korol bessmertnix yarışa yaxşı başlasada daha sonra tmanın təzyiqini görüb 5 – ci yerdə bitirdi və qrupdan Bexbudov, TAEK və LoGoS qəhrəmanları növbəti mərhələyə adladı. D qrupunda da tma öz sözünü dedi və növbəti mərhələyə Aliyeff, ADMIRAL və ATROPAT qəhrəmanları adladı.
İkinci Mərhələdə isə mübarizə daha da gərginləşdi və İlk qrupda The Lord, Raul, Genceli-Balasi, Wendigo, Гянджинский- və -Шейх- qəhrəmanları mübarizə aparırdı, Raul yarışmaya yaxşı başlamışdı daha sonra isə tmanın təzyiqi xüsusən də The Lordun və daşlar artıq kənara getməyə başladı, -Шейх- isə qolunun ağrısını bəhanə edərək hər atdığı daş kənara getdi. Tma isə öz peşəkarlığını burda da göstərdi və hər atdığı daş ya “Spare” ya da “Strike” olurdu. Qrupdan The Lord və Yarışın favoriti Wendigo növbəti mərhələyə adladı.
B qrupunda isə TAEK, LoGoS, Bexbudov, ADMIRAL, ATROPAT və Aliyeff mübarizə aparırdı. Bu qrupda işlər tamamilə fərqli idi beləki həmin qrupda Sveti təmsil edən heç bir qəhrəman olmadığınnan yarışmaçılar “Tma qardaşlığı qazansın” deyib qrupdan Tarman Qlavası Bexbudov və tmanın öndə gedən qəhrəmanlarından biri olan ADMIRAL növbəti mərhələyə adladı.
Və gözlənilən Final. Bexbudov, ADMIRAL, The Lord və Wendigo öz bowling güclərini göstərmək üçün mübarizə aparırdı. Eyni ilə final görüşündə də sveti təmsil edən heç bir qəhrəman yox idi və buda iştirakçıların rahat olmasına səbəb idi. “Wendigo” hər qrupun favoriti olduğu kimi bu qrupda da eyni vəziyyət idi, adam sanki uşaqlığdan bowling üzrə dərslər alıb ama di gəl ki atışlarında həmişə sonda 1 daşın qalmasına bi xeyli əsəbləşmişdi lakin 1 “Strike” – lə bu əsəb sevinclə yerini dəyişdi. “ADMIRAL” üçün isə final 2 qat vacib idi belə ki, əyər bu finalda ilk 3 – lüyə daxil ola bilsəydi o zaman qəhrəmanı blokdan açılacaqdı və bunun üçün əlindən gələni edirdi. “The Lord” – un isə heç bəxti gətirmirdi sonda ya 1 daş qalırdı yada daş kənara gedirdi. Bexbudov isə sakitliyini burda da qoruyub öz işində idi. Görüşün sonuna yaxınlaşırdıq artıq və hesab tablosu 1 – ci yer Wendigo, 2 – ci yer ADMIRAL, 3 – cü yer isə Bexbudov oldu.

  написано: 2017-06-01 09:36:27 

Her kese derin tewekkurumu bildirirem

  написано: 2017-06-01 02:09:45 

Tebrikler)

  написано: 2017-05-31 20:37:58 

Qalibleri tebrik edirem. Ehsen Tma. Gelecek oyunlarda Hem tmaya hem de Svete ugurlar arzu edirem. Administrasiyaya da islerinde ugurlar arzu edirem. Layihelerin davami ugurlu olsun. Icmali eziyyet cekib haziladigina gore wexsen Бехбудов-a tesekkurumu bildirirem.

  написано: 2017-05-31 20:00:33 

Feridin ciqalliqindan daniqin)))

  написано: 2017-05-31 19:07:17 

Tebrikler esas odurki qardasliq oyunu oldu ) 1-2-3 ferq etmez qalib biz olduq. tebrik edirem her kesi

  написано: 2017-05-31 16:27:34 

BODYBUILDER

  написано: 2017-05-31 16:23:23 



  написано: 2017-05-31 14:32:54 

Mükafatçıları təbrik edirəm. Növbəti yarışlarda uğurlar!

  написано: 2017-05-31 14:25:14 



  написано: 2017-05-31 13:28:20 

Hər kəsəi təbrik edirəm. Heyif bu gözəl yığıncaqda mən olmadım. İnşaAllah qalsın gələn dəfəyə.

  написано: 2017-05-31 12:46:06 

aa yadımdan çıxmamış onu da deyim ki, mənə mənəvi dəstək də çox oldu qalib gəlməyimdə. Bakıdan gələn və elə Gəncədə olan bir çox meydançıya da təşəkkürlərim sonsuzdur )

  написано: 2017-05-31 12:44:27 

Salamlar. Öncəliklə belə bir yarışların keçirilməsi realda birlik simvolunun göstəricisidir. Bu səbəbdən Administrasiyaya öz dərin təşəkkürümü bildirirəm.
Bakıdan gələn oyunçulara xüsusi diqqət və qayğı göstərdiyinə görə isə başda Tural və Anar olmaqla hər kəsə minnətdaram. Orda olduğumuz müddətdə hər şey çox gözəl təşkil olundu və vaxtın necə gəlib keçdiyindən xəbərsiz olduq.
Yarışa gəldikdə isə hər bir oyunçu qalib olmaq uğrunda çox güc sərf etdi və əlindən gələni əsirgəmədi. Sonda qalib mən oldum adətim üzərə :D Uşaqları qınamıram ee neynəsinlər axı, bu zəhrimarın oynuyanıyam da mən ))) Nəzərimdən qaçmayan əsas nüans isə son 8-likdə bir nəfər olsun belə Svet iştirakçısının olmaması idi )))

  написано: 2017-05-31 12:38:17 

Wendigo (Elşənim).
Fotoları da paylaşsanız, çox gözəl olardı. Gəncə macərası 1 gülük olsada, bizə qarşı göstərilən səmimiyyət və qonaqpərvərlik bizdə 3 günün təəssüratını yaratdı. Öpürəm Gəncəli qardaşlarımızı.

  написано: 2017-05-31 12:35:08 




  написано: 2017-05-31 12:22:44 



  написано: 2017-05-31 12:21:01 

Təbrik edirəm Qalib Gələnləri!) İmkan olsa Foto İcmalda vəyaxudaki Video İcmal osla Əla olar!)

  написано: 2017-05-31 12:19:55 


Qalibləri təbrik edirəm.Yenədə TMA-lar öz sözlərini dedilər

  написано: 2017-05-31 12:18:32 



  написано: 2017-05-31 12:17:40 

Təbriklər

  написано: 2017-05-31 12:17:06 



Вы не авторизованы