Форум WWW.MEYDAN.AZ » Конкурсы » VƏTƏNİM AZƏRBAYCAN adli Şeir Müsabiqəsi!
««« | «« |0 | 1
Автор Тема: VƏTƏNİM AZƏRBAYCAN adli Şeir Müsabiqəsi! [Перемещен]
  0 / -0    написано: 2018-08-15 21:23:17 

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.Bizdə MEYDAN.AZ Azərbaycanin İlk Milli RPG Portali Olaraq Bu Bayrama Qoşulub Bütün Sərhədçilərimizi Təbrik Edirik və bu Bayramla Əlaqədar Şeir Yarişmasi Tərtib Edirik

İlk Öncə bu Bayram Haqqinda Qisa bir Məlumatimizi Çatdiraq Sizə

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Yarişmaya (VƏTƏNİM AZƏRBAYCANIM) Şeir Yarişmasi Başliği ilə Start Götürəcək

Yarişmaya 18.08.2018 saat 00:00-a kimi Bütün Şeirlər Qəbul Olunacaqdir!

Yarişmada İstənilən Şairin "VƏTƏN" Hakkinda Olan Bütün Şeirlər Qəbul Olunur

P.S Şeir Yazilarkən Şairin Adini Qeyd Etməyi Unutmayin!

1 Qəhrəmanin Yalniz 1 Şeir Yazmaq Hüququ Vardir

Yarişmanin Qalibləri Jurilər Tərəfindən Seçiləcək və 1-10 Balliq Sistemlə Müəyyən Olunacaqdir

Juri Heyyəti
1.Jakinta-V
2.Царь
3.KAPRIZ
4.Mistika


Qaliblər
1-ci Yer ( 50 AZN 40 000 pl)
2-ci Yer (35 AZN 30 000 pl)
3-cu Yer (20 AZN 20 000 pl)


DİQQƏT YARIŞMANIN QALİBLƏRİ 20 avqusta kimi Vaxtaşıri müəyyən olunacaqdir!

Hər Birinizə Uğurlar !

  написано: 2018-08-16 13:52:13 

Удалил Страж Порядка KRZ_AccapeLLa (2018-08-16 16:05:27)

  написано: 2018-08-16 11:18:05 

Məmməd Araz – Vətən desin!

Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.


Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-16:06:08 )



  написано: 2018-08-16 11:11:18 

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !

Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

ŞEİR DAHİ ŞAİRİMİZ NERİMAN HƏSƏNZADƏYƏ MƏXSUSDUR!

OXUYAN HƏR KƏSƏ TƏŞƏKKÜRLƏR.

Qehul Edilmedi . Sizden Once Yazilmisdir Bu Seir. ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-16:05:14 )



  написано: 2018-08-15 22:18:52 

AZERBAYCAN RESPUBLIKASININ HIMNI !!!

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər!
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

SOZLERI: Ehmed Cavad
Musiqisi : Uzeyir Hacibeyov

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-22:43:57 )



  написано: 2018-08-15 22:10:43 

Bu Vətən torpağın qara bağrında
Sıra dağlar kimi duranlarındır!
Bir tarix boyunca onun uğrunda
Özünü tarixə verənlərindir.

Tutuşub kül olan ocaqlarından,
Şaxlanıb köpürən irmaqlarından,
Hüdudlarda qəza bayraqlarından
Alnına işıqlar vuranlarındır!

Geri boylanmadan yollara düşən,
Şimşək kimi çaxan, sel kimi coşan,
Hüduddan – hüduda hər səddi aşan
Cəbhədən – cəbhəyə soranlarındır!

İrəli atılıb sellərcəsinə,
Köksündən vurulub tam ərcəsinə,
Bir gül bağçasına girircəsinə
Bu qara torpağa girənlərindir!

Tarixin dilindən düşməz bu dastan,
Nəhirlər qazidir, dağlar- qəhrəman!
Hər daşı bir yaqut olan bu Vətən
Can vermə sirrinə erənlərindir!*

Gökyayam, nə desəm ziyadə deyil,
Bu sevgi bir quru ifadə deyil.
Düşməni sən kimi röyada deyil,
Topun lüləsindən görənlərindir!

Bu vatan toprağın kara bağrında
Sıradağlar gibi duranlarındır,
Bir tarih boyunca onun uğrunda
Kendini tarihe verenlerindir.

Tutuşup kül olan ocaklarından,
Şahlanıp köpüren ırmaklarından,
Hudutta gaza bayraklarından
Alnına ışıklar vuranlarındır.

Ardına bakmadan yollara düşen,
Şimşek gibi çakan, sel gibi coşan,
Huduttan hududa yol bulup koşan,
Cepheden cepheyi soranlarındır.

İleri atılıp sellercesine
Göğsünden vurulup tam ercesine,
Bir gül bahçesine girercesine
Şu kara toprağa girenlerindir.

Tarihin dilinden düşmez bu destan,
Nehirler gazidir, dağlar kahraman,
Her taşı yakut olan bu vatan
Can verme sırrına erenlerindir.

Gökyay’ım ne yazsan ziyade değil,
Bu sevgi bir kuru ifade değil,
Sencileyin hasmı rüyada değil,
Topun namlusundan görenlerindir.



Müəllif: ORXAN ŞAİQ GÖKYAY

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-22:43:42 )



  написано: 2018-08-15 22:05:17 

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan
Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan
Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan
Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan


Müəllif: Məhəmməd Hüseyn Şəhriyar

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-22:09:29 )



  написано: 2018-08-15 21:58:59 

Удалил Страж Порядка Destiny (2018-08-16 13:18:09)

  написано: 2018-08-15 21:45:27 

Azərbaycan


Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !


Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !


Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !


Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !


Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !


Müəllif: Nəriman Həsənzadə

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-21:54:49 )



  написано: 2018-08-15 21:36:16 

"Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Ne vaxtacan çiynimizdəgəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı isyankaram, əzilsəm de susmaram


Müəllif: Əhməd Cavad

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-21:54:25 )



  написано: 2018-08-15 21:28:00 

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana,
Hanki səmtə, hanki yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!
Eşitmişəm uzaqlardan
Sakit axan arazları,
Sınamışam dostu, yarı…
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə.
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə,
Keçən bir şöhrətin vardır.
Oğlun, qızın bəxtiyardır…
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə.
Qara xal ağ üzlərə,
Könül istər şeir yaza;
Gəncləşirəm yaza-yaza…
Ölməz könül, ölməz əsər,
Nizamilər, Fizulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır.
Deyilən söz yadigardır.




Müəllif: Səməd Vurğun

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 15.08.2018-21:54:12 )



Вы не авторизованы