Форум WWW.MEYDAN.AZ » Конкурсы » VƏTƏNİM AZƏRBAYCAN adli Şeir Müsabiqəsi!
0 | 1 | »» | »»»
Автор Тема: VƏTƏNİM AZƏRBAYCAN adli Şeir Müsabiqəsi! [Перемещен]
  0 / -0    написано: 2018-08-15 21:23:17 

18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.Bizdə MEYDAN.AZ Azərbaycanin İlk Milli RPG Portali Olaraq Bu Bayrama Qoşulub Bütün Sərhədçilərimizi Təbrik Edirik və bu Bayramla Əlaqədar Şeir Yarişmasi Tərtib Edirik

İlk Öncə bu Bayram Haqqinda Qisa bir Məlumatimizi Çatdiraq Sizə

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Yarişmaya (VƏTƏNİM AZƏRBAYCANIM) Şeir Yarişmasi Başliği ilə Start Götürəcək

Yarişmaya 18.08.2018 saat 00:00-a kimi Bütün Şeirlər Qəbul Olunacaqdir!

Yarişmada İstənilən Şairin "VƏTƏN" Hakkinda Olan Bütün Şeirlər Qəbul Olunur

P.S Şeir Yazilarkən Şairin Adini Qeyd Etməyi Unutmayin!

1 Qəhrəmanin Yalniz 1 Şeir Yazmaq Hüququ Vardir

Yarişmanin Qalibləri Jurilər Tərəfindən Seçiləcək və 1-10 Balliq Sistemlə Müəyyən Olunacaqdir

Juri Heyyəti
1.Jakinta-V
2.Царь
3.KAPRIZ
4.Mistika


Qaliblər
1-ci Yer ( 50 AZN 40 000 pl)
2-ci Yer (35 AZN 30 000 pl)
3-cu Yer (20 AZN 20 000 pl)


DİQQƏT YARIŞMANIN QALİBLƏRİ 20 avqusta kimi Vaxtaşıri müəyyən olunacaqdir!

Hər Birinizə Uğurlar !

  написано: 2018-08-25 00:53:48 

Salam aleykum bu nece olur Azerbaycan Respublikasinin Himnine 7 bal ve yer tutmadim...Berekallah ...bu nece olur

  написано: 2018-08-20 22:01:04 

Juri heyyəti hamıya 10 bal verdiklərindən sonra çətin vəziyyətdə qaldım. Ancaq çalışacam ki, verdiyim xallarla heç bir istifadəçinin birini digərindən üstün tutmayacam.

Doğma vətənimiz Azərbaycan haqqında yazılan hər bir şeir fərqləndirmək mümkün deyil. Ancaq məcbur fərqləndirəcəm qalibləri seçmək üçün.

Bütün yazılanları oxudum, bütün şeirlər bəyəniləndi. Axı doğma diyarımız haqqında yazılıb. Ancaq şeirləri oxuyanda daha çox 2 xanım istifadəçinin kişilərlə yanaşı qadınların vətənə olan sevgisini görmək qürur vericidir. Ona görə qalib xanımlardan birini qeyd edəcəm. Fərqlilik olaraq digər 2 bəyəndiyim qəhrəmanları da qeyd edirəm bunlar. MR_EHMED və digəri isə işğal olunmuş torlaqları şeirində yada salan Pato from ShangHai qeyd edəcəm.

Ballarım:

Самаэль - 7
Бухой Герой-7
MR_EHMED- 8
RomantiC -7
G E N C E L I- 7
ALEKBEROV -7
Destiny -7
-ФиОлЕттА---10
Император -7
Gence Bratvasi 7
Rikonta -7
XromAzero -7
TAEK-7
Закат -7
Pato from ShangHai -9

1 -ФиОлЕттА-
2 Pato from ShangHai
3 MR_EHMED

TESEKKURLER.! ( АВТОР: KRZ_AccapeLLa - 20.08.2018-23:27:37 )



  написано: 2018-08-20 04:54:01 

Istirakcilarin Sesleri Beraber Oldugundan Elave Juri Olaraq Lamer Qalib Mueyyen Etmek Ucun Elave Sesler Vererek Qalibler Mueyyenlesecekdir.!

  написано: 2018-08-20 04:32:42 

Hamsına 10 xal halalları olsun eziuyet chekibler qoqludan şeer axtarib tapiblar)

)) ( АВТОР: KRZ_AccapeLLa - 20.08.2018-04:41:13 )



  написано: 2018-08-20 04:31:42 

Hamnina 10 xal halalları olsun

Tesekkurler. ( АВТОР: KRZ_AccapeLLa - 20.08.2018-04:40:59 )



  написано: 2018-08-20 02:56:26 

Men herbir ishtirakcinin teqdimatin yuksek bal , yeni 10 balla deyerlendirirem ...Herkese uqurlar!!!

Tesekkurler. ( АВТОР: KRZ_AccapeLLa - 20.08.2018-02:57:11 )



  написано: 2018-08-19 12:03:17 

Самаэль -10
Бухой Герой-10
MR_EHMED-10
RomantiC -10
G E N C E L I-10
ALEKBEROV -10
Destiny -10
-ФиОлЕттА---10
Император -10
Gence Bratvasi-10
Rikonta -10
XromAzero -10
TAEK-10
Закат -10
Pato from ShangHai -10

Vətən üçün yazılan her kəlmə dəyərldir. Bütün iştirakçılara uğurlar arzulayıram

Təşəkkürlər ( АВТОР: KRZ_AccapeLLa - 19.08.2018-22:23:09 )



  написано: 2018-08-19 00:52:31 

Musabiqede Juri kimi teqdim edilmeye gore teshekkurler.Vetenperverlik, qan yaddashi,Veteni qorumaq ucun yuksek ruh ve ezm yaradan bu musabiqe yerinde ve onemlidir.Her bir ishtirakcinin teqdim etdiyi yazilar da Azerbaycanin dahi shairlerinin eserleridir.Men her bir ishtirakcinin teqdimatini yuksek bal , yeni 10 balla deyerlendirirem.Her kese uqurlar!

Təşəkkürlər. ( АВТОР: KRZ_AccapeLLa - 19.08.2018-00:57:59 )



  написано: 2018-08-19 00:25:31 

Şeirləri Qəbul Olmuş Döyüşçülər!

Самаэль
Бухой Герой
MR_EHMED
RomantiC
G E N C E L I
ALEKBEROV
Destiny
-ФиОлЕттА-
Император
Gence Bratvasi
Rikonta
XromAzero
TAEK
Закат
Pato from ShangHai


Hörmətli Juri Heyyəti İnanıramki Heç Bir Tərəfsiz Dəqiq və Qərəzsiz Qalibləri Müəyyən Edəcəksiz .

  написано: 2018-08-19 00:14:29 

STOP Qalibleri Juriler Mueyyen Edecekdir.!

  написано: 2018-08-17 01:26:24 

Qanadı Qarabağ yarası

Xəyallarda uyudun sən,
Xəyallarla uyutdun, sən!
Düşündükcə doldum yaşa...
Qayıt, Nə olar? Ana Şuşa!

Günlər varmış gələr-keçər
Saysan bitməz Nəbi, Həcər.
Ək igidilik toxumunu
İmkan olsa birdə becər
Ver Aslanı! Kəlbəcər!

Düzlüklərin, yaylaqların...
Meşəliklər –budaqların!
Ələ keçdin yavan-acın
Əldən getdin, Ana Laçın

Görməmişəm bele kədər,
Görməmişəm belə dərd,
Gözüm doldu, oldum pərt!
Qırıblar uşaq-qocalı
Kaş qırılmazdın, ay Xocalı!

İstədim köksündə qalam,
Dağlar aşıb, yuva quram
Yurdsuzlara oldun dam!
Getməliyəm! Məcburam!
Çox yurdsuz var, Ey Ağdam!

Suyu şirin, bulağı dadlı,
Tarix boyu, sanı adlı
Düşmən gəldi, oldu yadlı...
Getməz dadın damağımdan
Yuxumdasan, Ey Qubadlı!

Evlər uçuq, könül əzili
Qana bulanmışdır əzəli,
Əsir tutuldu gözəli
Getdin heç, qayıtmadın...
Unudulduq! Füzuli!

Müəllif: (Bir neçə müddət əvvəl özüm yazmışam) Eldayaq Mustafayev
(Qarabağda vuruşmuş və şəhid olmuş qohumlarıma həsr olunur)


Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 17.08.2018-01:39:12 )



  написано: 2018-08-17 01:25:49 

Nəhayət, xilas oldun zülmət səmadan,

Ulu Öndər qurtardı səni bəladan,

Əmanətsən bugünə Heydər babadan

Yaşa, var ol hər zaman, Azərbaycanım!



Yaşayır o şərəfli, müdrik siyasət,

Pozulmayıb vətənə, xalqa sədaqət,

İnamlı əllərdəsən, güclüsən əlbət

Yaşa, var ol hər zaman, Azərbaycanım!



Göz dağıdır düşmənə Ramil tək igid,

Dastanıdır dillərin Mübariz, Fərid,

Uğrunda candan keçib, oldular şəhid

Yaşa, var ol hər zaman, Azərbaycanım!



Abadlaşır günbəgün sənin hər yerin,

Bəzəyidir hüsnünün mavi Xəzərin,

Gözəllikdə taysızdır paytaxt şəhərin

Yaşa, var ol hər zaman, Azərbaycanım!



Parlaq inkişafdadır incəsənətin,

Artırıbdır dünyada muğam şöhrətin,

Nüfuzlu yarışmalar olur qismətin

Yaşa, var ol hər zaman, Azərbaycanım!



Açılmış idmanınçün geniş bir cığır,

Zəfər sənə məxsusdur, sənindir uğur,

Yüksələndə bayrağın duyulur qürur

Yaşa, var ol hər zaman, Azərbaycanım!


Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 17.08.2018-01:39:06 )



  написано: 2018-08-17 00:38:25 

Xoş aprel gecəsi açdı üzünə
Qələbə müjdəli aydın səhəri.
Xoş sevinc yaşları doldu gözünə,
Avropadan aldın zəfər xəbəri.

Gözün aydın olsun, Azərbaycanım!
Şöhrətin yayılıb bütün dünyaya.
Sən gözəl Vətənim, şərəfim, şanım,
Adın ucalıbdır Günəşə, Aya!

Sən hələ yenisən, sən hələ gəncsən,
Dünya heyran olur sərvətlərinə.
Heç kimlə işin yox, rahatsan, dincsən,
Həmişə sadiqsən bu hünərinə.

Ən böyük Qələbən Qarabağdadır,
O da çox yaxındır, uzaqda deyil.
Az qalıb, düşmənlər məhv olmaqdadır,
Düşmən sənin qədər yaraqda deyil!

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 17.08.2018-00:40:03 )



  написано: 2018-08-16 23:13:18 

Mənim əziz Vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, «can» deyiblər,
«Azərbaycan» deyiblər!
Səni Vətən seçənlər,
Adına and içənlər,
Çinarına «xan» dedi.
Dağına «sultan» dedi.
Lap işi qan olan da,
Yolunda qurban dedi.
Canında can olan da,
Yarımcan da «can» dedi.
Mən də «can-can» deyirəm.
«Azərbaycan» deyirəm.
«Azərbay» deyilincə,
Düşmənlər də «can» deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də «can» deyər.
«Can» deyər qan-qan deyən,
Hər «Azərbaycan» deyən.
Dünyadan doymayan da,
Canına qıymayan da,
Tək sənə «can» deyəcək.
«Azərbaycan» deyəcək.
Mənim Azərbaycanım,
Adının da «can»ı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı var.
Bilməyən bilə bilməz,
Bu Vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki tükənməz gücün,
Hamı sənə «can» deyir,
«Can Azərbaycan» deyir.

Müəllif: Əcdər Ol

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-23:17:34 )



  написано: 2018-08-16 22:48:27 

Удалил Страж Порядка KRZ_AccapeLLa (2018-08-16 23:02:59)

  написано: 2018-08-16 21:59:30 

Стихотворение написано мной сегодня, специально к этому конкурсу. Так что автор его - я, Маргарита Кончакова

Азербайджан, родной мой край!
Могучий Каспий, реки, горы и долины...
Азербайджан, природный рай,
Плечом к плечу стоим на страже. Мы едины,
Чтоб защищать свою страну.
Чтоб небо мирное. Чтоб людям спать спокойно.
Цель наша, чтобы про войну
Всем знать из книг, но не из действий недостойных!
Границы наши сохраним.
Клянемся в том, и клятва та неоспорима!
Свои колена преклоним,
Целуя знамя нашей родины любимой


Принято.Удаци! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-22:49:54 )



  написано: 2018-08-16 16:17:29 

Türküstan yelleri öpüb alnını
Söyleyir derdini sana,Bayrağım!
Üç rengin eksini Quzğun denizden
Ermeğan yollasın sana,Bayrağım!

Gederken Turana çıxdın qarşıma,
Kölgen Dövlet quşu qondu başıma.
İzn ver gözümden axan yaşıma-
Dinletsin derdini sana,Bayrağım!

Qayı xan soyundan aldığın rengi
Qucamış Elxanla müselman beyi.
Elxanın övladı-dinin diregi.
Getirdin könlüme sef,Barağım!

Köksümde tufanlar geldim ireli,
Öpüm kölgen düşen müqeddes yeri.
Allahın yıldızı-o gözel peri
Sığınmış qoynunda Aya,Bayrağım!!!


Müəllif : Ehmed Cavad Azerbaycan bayrağına

Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-22:47:04 )



  написано: 2018-08-16 14:09:38 

Can - can dedim dönə-dönə anam mənim Azərbaycan!
Canım qurban olsun sənə anam mənim Azərbaycan!
Ululardan sən ulusan.
Kəsilən Babək qolusan
Azadlıqın ilk yolusan anam mənim Azərbaycan.



Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-22:46:56 )



  написано: 2018-08-16 13:55:39 

Удалил Страж Порядка KRZ_AccapeLLa (2018-08-16 16:07:06)

  написано: 2018-08-16 13:53:19 

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.




Gözündən qan yaşlar tökdü torpağım,
Köksünə dəymişdi düşmən ayağı.
Natəvan dözmürdü daşların altda,
Dünyaya düşmüşdü onun harayı.



Xan baba, Seyid də nalə çəkirdi,
Güllələr torpağı dəlib deşirdi.
Çöldə tənha qalan Xarı bülbülü,
Düşmən ayaqlayıb basıb keçirdi.



İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa.



Əsrlər şahidi olan qalalar,
Görmüşdü çox böyük belə bəlalar.
Bu bəla bəlanın dəhşətlisiydi,
Bu Azərbaycanın faciəsiydi.



Əymə sən başını, başımın tacı,
Nəhayət tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.



Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!

Muellif:Semed Vurgun


Qəbul Edildi. Uğurlar! ( АВТОР: KRZ_AccapeLLa - 16.08.2018-16:06:40 )



Вы не авторизованы