Форум WWW.MEYDAN.AZ » Конкурсы » Dunyanin mocuzeli  abideleri.
0
Автор Тема: Dunyanin mocuzeli  abideleri.
  0 / -0    написано: 2019-04-10 15:59:53 

18 aprel beynelxalq abideler gunudur.Bu movzuda sizlerle musabiqe kecirmek qerarina geldik.Vetenimizin taninmish abideleri ile yanashi dunyanin her bir noqtesinde fusunkar abideler var,Movzumuz da mehz bu abidelerden olacaq.Yazdiqiniz yazi bir abide haqqinda omali ve kopi edilmish melumat olmamalidir.Bu musabiqenin meqsedi tarixi abidelerimizi qoruyub saxlamaq, yaddashdan silinmemesi ucun gelecek nesilleri de melumatlandirmaqdir.Sertler deyishilmir, her bir ishtirakci yazi teqdim ede biler, teqdimatiniz jyuri terefinden 10 bal sisteminde qiymetlendirilecek.

Juriler heyyeti;


1.ThreeStar
2.Одинокий Но Единый
3.Шошобала

Musabiqe aprelin 19 u 2019 cu il 00.00 tarixinde bitecek

  написано: 2019-04-27 13:21:00 

Müsabiqənin qalibləri və mükafatlar

1-ci yer MISTIKA
Вы перевели 100 АЗН. 50000 Пл. к MISTIKA

2-ci yer C o J ve S O U L
Вы перевели 70 АЗН. 35000 Пл. к C o J
Вы перевели 70 АЗН. 35000 Пл. к S O U L

3-cu yer ГРАЖДАНИН
Вы перевели 50 АЗН. 25000 Пл. к ГРАЖДАНИН

Yarışda iştirak edən iştirakçılara «Сундук Bext» verildi.

  написано: 2019-04-20 19:51:24 

Men konkurslarda daim istiram edirem, daha deqiqi meydana girme maragim konkurslardir, sirf yeni konkursun olub olmamasini yoxlamag ucun girirem,

Son konkurslarda, umumiyyetle qiymetlendirmenin tamamen qeyri obyektiv olmasini bildirerek bu gunden etibaren, Jurilerin edaletli qiymetlendirme aparacaglari gune qeder butun konkurslari BOYKOT edirem!!!

Yeni 10 Balliq sistemnen 5 bal verilib ustunede Azerbaycannan yazardun demey adami ele salmagdir! Her halda melumatlandirma xarakterli konkursda men bu melumati yazmisam, eminlikle deye bileremki 95% insan ucun bu melumat yeni idi! yaxsi az bal verirsen basa dusdum, 10 balliq sistemde 5 bal Kafi bele demey deyil, bu yeni yazma senlik deyil demeydi





  написано: 2019-04-20 14:06:16 

Mən fikirləşdim iştirakçılarımız bu konkursda daha fəal olacaqlar. Çünki elə Təkcə Azərbaycanımızda yetərincə memarlıq abidələri varki, heç kənar ölkələrə qaçmağa ehtiyac yoxdur. Buna misal olaraq Şəki Xan Sarayı, Şirvanşahlar Sarayı, Qız qalası və sairə siyahını genişləndirmək. Baxtım bəzi iştirakçılarımız, nikləri yazmayacam copy ediblər yazıları. Onlarıda qiymətləndirəcəm. Uğurlar hər kəsə.


MISTIKA - 10
C o J - 10
-BOSS- - 5
ГРАЖДАНИН - 9
S O U L - 8
MR_EHMED - 5
C H U K U R - 5

  написано: 2019-04-20 12:33:35 

MISTIKA - 10
C o J -8
-BOSS- 9
ГРАЖДАНИН - 8
MR_EHMED - 10
S O U L -10
C H U K U R - 10

  написано: 2019-04-20 11:06:01 

MISTIKA - 10
C o J -10
-BOSS- -10
ГРАЖДАНИН - 8
MR_EHMED - 8
S O U L -10
C H U K U R - 7


  написано: 2019-04-19 23:50:13 


Qobustan Mezolit dövrü (e.ə. XII—VIII minillik) əhalisinin yaşayış məskənidir. Qobustan Böyük Qafqaz dağlarının qurtaracağında, Bakının 65 km-də yerləşən dağlıq sahədir. Qobustanın torpağı gilli torpaqdır, yuyuntuya çox tez məruz qaldığından həmin ərazidə çoxlu xəndəklər, arxlar, qobular əmələ gəlmişdir. Ona görə də, həmin ərazinin «Qobustan» adlandırılması təbii sayılır.

Qobustan qaya təsvirləri 1947-ci ildən öyrənilir (Azərbaycan alimi İsaq Cəfərzadə ilk dəfə aşkar və tədqiq etmişdir). Qaya üzərində insan, heyvan təsviri, müxtəlif işarə, damğa, yağış suyu və qurban kəsilən heyvanların qanını toplamaq üçün istifadə olunmuş yalaqlar – qablar və s. aşkar edilmişdir. Qobustan qaya təsvirləri əsasən qadın və kişi rəsmlərindən, vəhşi öküz, keçi, maral, ceyran, gur, şir şəkillərindən ibarətdir. Heyvanlar bəzən öz təbii böyüklüyündə çəkilmişdir. Qayalar üzərində qazıma üsulu ilə çoxlu qayıq təsviri həkk olunmuşdur. Silahlı və silahsız adamlar oturmuş qayıqların burnunda günəş, habelə tək-tək daşlar üzərində balıq, ilan, kərtənkələ, büvə, qapı tağbəndi, ikitəkərli araba şəkilləri və insan ayağının ləpirlərinin təsvirləri var. Ay, günəş, ulduz, xaç təsvirləri də az deyil, ərəb əlifbası ilə yazı da vardır. Bunlardan əlavə, “ev köçdü” (pula-pula), yaxud mərə-mərə) və “dama-dama” kimi əyləncə oyunları üçün istifadə olunmuş yalaqlar və qabarıq batıq xırda kvadratlardan ibarət şahmat taxtasına bənzər təsvirlər aşkar edilmişdir. Qobustan qaya təsvirləri arasında ov səhnəsi, kollektiv əmək prosesi, taxıl biçimi, əlləri yuxarı qaldırmaqla ibadət etmək, qız qaçırmaq, fərdi və yallıyaoxşar kollektiv rəqs səhnələrinə də təsadüf olunur. Müxtəlif təsvirlər arasında süvari və piyada vuruşması səhnələri, keçilərin döyüşməsi, itlərin maral, donuz, canavar qovması, dəvə karvanları və s. də nəzəri cəlb edir. Çiyinlərində kaman asılmış qadın təsvirləri uzaq keçmişdə qadınların kişilərlə birlikdə ova çıxdığını sübut edir. Cingirdağın ş-ş ətəyindəki qavaldaş bir növ ibtidai musiqi aləti olmuşdur. Güman edildiyinə görə, buradakı qayalarda təsvir olumuş yallıyaoxşar rəqslər bu daşın “çalınması” ilə ifa edilirmiş. Böyükdaş dağının c-ş ətəyindəki qaya üzərində latın dilində yazılmış kitabədən məlum olur ki, imperator Domisian dövründə (81-96) 12-ci Roma legionu Azərbaycanda olmuşdur.

Bu rəsmlər içərisində ən çox diqqəti cəlb edən qol-qola tutub rəqs edən adamların «Yallı» rəqs səhnəsidir. Bu rəqslər böyük və kiçikliyinə, çəkilmə tarixinə görə müxtəlif minillikləri göstərir. Bizim eradan əvvəl VIII minilliklə IV minilliyi əhatə edir. Günəş simvollu qayıq rəsmləri e.ə. VIII-VII minilliyə aiddir. Qayıqların böyüklüyündən görünür ki, onlar həm balıqçılıq, həm də başqa məqsədlər, məs., ticarət və hərbi məqsədlərlə istifadə olunurmuş. Qədim qobustanlılara qayıqlıq sənəti qədim misirlilərdən 2-3 min il qabaq məlum olduğu göstərilir.

Qobustana maraq ildən-ilə artmışdır. Qayaüstü qayıq rəsmlərinin tədqiqatçısı, görkəmli Norveç səyyahı Tur Heyerdal Qobustanda olarkən bu rəsmlərə yüksək tarixi qiymət vermişdir.

İbtidai icma quruluşundan başlayaraq, cəmiyyətin tarixi inkişafını ardıcıl əks etdirməklə bir növ qayalar üzərində həkk olunmuş salnamə xarakteri daşıyan tarix, incəsənət, təbiyyət elmləri üçün böyük əhəmiyyəti olan Qobustan qaya təsvirləri kompleksi dövlət qoruğu elan edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Sovetinin 503-cü qərarına görə 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılı təpə əraziləri Qobustan qoruğu elan edilib. O, 4500 hektar ərazini əhatə edir. Burada 6 mindən artıq qayaüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji materiallar saxlanılır. Arxeoloqlar tərəfindən 20 sığınacaq aşkar edilib, 40-a yaxın kurqan qeydə alınıb.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”) 2006-ci ildə milli status alıb, 23 iyun - 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya Maddi-Mədəni İrs Siyahısına daxil edilmişdir.



Qalib Olmaq onemli deyil Inandirim bunu coxlari bilmir indiki dovur insanalri
Oz vetenimiz Ozumuze besdi. Twk

  написано: 2019-04-18 22:04:54 

Musabiqenin teshkilatcisi olmaqima baxmayaraq ishtirak etmek qerarina geldim.Men Hindistanda cox gozel bir abide haqda yazmaq isteyirem.Hava -Mahal , Kulekler sarayi,Bu tikinti Caypur sheherinde yerleshir, melumatlara gore Caypur maxaracasi Savay Protap Sinqx terefinden sifarishle tikilmishdir, Bu abidede 953 dene kicik pencereler var,Deyilene gore bu heremxanin bir hissesi olmushdur ve hemin pencerelerden xanimlar gizlenerek meydanda bash veren hadiselere, bayram shenliklerine tamasha edirlermish, Ikinci bir versiya da bu pencereler isti gunlerde havalandirma sistemi kimi fealiyyetde olurmush,Gozellikde hec de diger abidelerden geri qalmir.

  написано: 2019-04-18 16:16:52 

Her vaxtiniz xeyir, demeli men cox qedime getmey istemirem, yeni tarixden bir abideden yazacam,

Hamimizin yaxsi tanidigi Nizami meydanindaki Nizami Gencevinin bustunun ne az ne cox 70 yasi var, 1949 cu ilde acilisi olan tunc heykel mence tarixi abide qeder deyerlidir!

Diqqetinize gore tesekkur edirem.

  написано: 2019-04-18 15:23:38 

Salam aleykum.

Bakının mərkəzində sahəsi 22 ha. olan "İçəri Şəhər" yerləşir. "İçəri Şəhər"də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanmış abidələr - Şirvanşahlar Sarayı Qız Qalası Sınıqqala məscidi və sairə. Orda burda abidələr axtarmaqdansa gəlin səhərimizin abidələrini yaddan çıxartmayaq.

  написано: 2019-04-13 22:31:42 

Evvela Her Birinizi Salamlayiram. ve ugurlar Arzu Edirem

Tarixdən bu günə qədər inşa edilmiş abidə və heykəllər özünəməxsus xüsusiyyətlərə malik olub. Belə ki, onların yaradılmasında müəyyən səbəb və məqsədlər var...!

“Qadın çantası”, ( İtaliya.)
Bu abidə ilk dəfə İtaliyada “Fikirlər. Məkan. Təbiət və xəyallar arasında dialoq” adlı sərgidə nümayiş olunub. Başı çantanın içində olan qadın təsviri yaratmaqla heykəltəraş qadınların hər şeyə hədsiz dərəcədə maraq göstərdiyini vurğulamış olub.

Qisa Olsada Menasi Boyuk Bir Abidedir ...

  написано: 2019-04-13 14:44:56 

Yonaguni Abidəsi (Yaponiya)

Yaponiyanın Ryukyu adasında yerləşən qədim və maraqlı abidə ilk dəfə 1987-ci ildə dalğıclar tərəfindən aşkarlanıb. Yonaguni abidəsinin insan əli ilə, yoxsa təbiət hadisələri səbəbindən yarandığı məlum deyil. Tədqiqatçılar abidənin yaranma şəklini hələ də dəqiqləşdirə bilməyiblər.
Bir qrup alim abidənin təbii şəraitdə insan əli dəymədən yarandığını iddia edir. Lakin suyun dərinliklərində üçbucaq şəklində daşlardan ibarət heyrətamiz abidənin insan əli dəymədən hazırlanmasına inanmaq biraz çətindir. Dəniz səviyyəsindən 76 metrə qədər yüksələn piramida şəkilli abidə dalğıcları heyran edir. Ekspertlər iddia edir ki, əgər bu abidə insan əli ilə hazırlanıbsa, milad təqvimi ilə təxminən 10 min il yaşı var. Tarixi abidənin sirli yaradılışı üzərində fərziyələr, araşdırmalar hələ də davam edir.


  написано: 2019-04-13 14:22:11 

Bu movzuda men bir tarixi abide haqda yazmaq isteyirdim.Ushaqliqdan heyrani olduqum bir mocuzeli qedim sher-Petra sheheri.Bu sheher Iordaniyada yerleshir , coxlu turist qebul eden bu mekan heqiqten sirli ve gozeldi.Hetta menim fikrimce Xeops piramidlerinden de gozel ve ecazkardir.
Eramizdan evvel 300 cu ilde yaradilan bu sheherin sirri hele de acilmayib.Qayalar uzerinde yaradilmish, hansi texnika, hansi usulla qurulmushdursa hele de namelum olaraq qalmaqdadir.Qedim Nebatey shahliqinin paytaxti olmush bu sheher, quraqliq sehrada yerleshmesin baxmayaraq, ele su boru techizati ile qurulmushdu ki sudan qitliq cekmeyibler.Xususi cenler qurashdirlimishdir ki yaqish suyunun ve ya ehatede olan su hovzelerin suyu bu shehere axib gelib.Su olan yerde inkishaf da olduquna gore bu sheherin gozelliyi bunu subut edir.Burda yashamishlar ve inkishaf etmishdiler.
Uzun cumleler yazmaq istemirem Jyuri heyyeti internet sehifelerinde bu sheherin gozelliyine baxa bilerler ve menim fikrimce dunyanin 8 ci mocuzesi mehz Petra sheheri olardi.

Вы не авторизованы