WWW.MEYDAN.AZ Hec kes unudulmur.
0
: Hec kes unudulmur.
  0 / -0    : 2019-05-04 15:53:39 

Fashizm- qorxulu bir bela!74 il evvel Azerbaycan xalqi da bu belaya qurbanlar verdi.Hami kimi veten oqullarimiz ve qizlarimiz dushunmeden butun dunyaya meydan oxuyan Hitler Almaniyasina qarshi mubarizeye qalxdi.Hezi Aslanov,Geray Esedov, Qafur Memmedov ve bir cox qehreman oqullarimiz fedakarliqla canlarini qurban verdiler.

Bu musabiqemiz de 9 may-fashizm uzerinde qelebeye hesr edilir.Shucaeti, , fedakarliqi bilinmeyen ne qeder veten oqul ve qizlarimiz var.Bu musabiqede mehz onlar haqda(real fakt)yazilarinizi teqdim ede bilersiz. Shertler deyishilmir, her kes ishtirak ede

biler, yazilar kopi olmamali, secilmish jyuri terefinden 10 bal sisteminde deyerlendirilecek.



Juriler heyyeti;

1.MAKSIMUS
2.
3.G E N C E L
4.

Musabiqe mayin 10-u 2019 ci il tarixinda 00;00 -da basha catir.Her kese uqurlar


  : 2019-05-20 14:29:38 

Müsabiqənin nəticəsi

1-ci yer - MISTIKA
2-ci yer - RomantiC
3-cü yer - C o J

  : 2019-05-11 23:03:24 

1. - 10
2. C o J - 10 bal
3. - 10 bal
4. MISTIKA - 10 bal
5. RomantiC - 10 bal

  : 2019-05-11 13:32:40 

1. - 10
2. C o J - 10 bal
3. - 10 bal
4. MISTIKA - 10 bal
5. RomantiC - 10 bal

  : 2019-05-11 11:25:33 

1. - 10
2. C o J - 8 bal
3. - 8 bal
4. MISTIKA - 10 bal
5. RomantiC - 9 bal


  : 2019-05-11 11:24:02 

Mövzuda qiymətləndirməyə keçmədən ilk öncə yarışın qaydalarını diqqətlə oxudum. Hazır mətnlərin olmaması xüsusi vurğulandığı bir başlıqda hazır mətnlərin görmək çox təsir etdi. Eyni zamanda da yarışmada az iştirakçı qatıldığını nəzərə alaraq əziyyətə görə heç kimi fərqləndirmək istəmədim. Qərarı digər jurilərə həvalə edirəm. Hamıya 8 bal .

1. - 8
2. C o J - 8 bal
3. - 8 bal
4. MISTIKA - 8 bal
5. RomantiC - 8 bal

  : 2019-05-10 10:30:56 

Şəhidlərimiz bizim qürur məbəyimizdir. Axı, onlar vətən üçün, bizim üçün şəhid olublar. 20 Yanvar faciəsi tariximizdə elə bir iz qoyub ki, min illər ötsə də hər zaman bügünkü kimi anılacaq. Azadlığına qovuşmaq və müstəqil dövlətinin olmasını istəyən insanlara qarşı keçmiş sovet ordusunun həyata keçirdiyi qətliam əsl vəhşilik idi. Bu əslində bəşəriyyətə, humanizmə və insanlığa qarşı yönəlmiş ən böyük terror aktıdır. Şəhidlik vətənə olan sevginin ən uca zirvəsidir. 20 Yanvarda canlarını vətən yolunda fəda edənlər şəhidlik zirvəsini fəth edənlərdir. Tökülən hər damla qanda xalqımızın qüdrəti, qəhrəmanlığı, azadlıq müstəqillik arzusu var idi. Əlisilahsız insanlar çəkinmdən böyük bir ordunun qarşısına çıxdı. Çünki onlarda bir məqsəd var idi, vətənimiz Azərbaycanı azad görmək. Vətənə olan eşq onları daha mübariz edirdi. Hər şey şahidlərin gözü önündə baş verirdi. Xalqımız hər il olduğu kimi qəhrəman vətən oğullarının əziz xatirəsinə olan ehtiramlarını bildirir. Müstəqil olmağımız üçün canını əsirgəməyənlərin hər zaman yaddaşlarında qalacağını göstərməyə çalışır. Bu gün Azərbaycan müstəqil dövlətdir. Özünün yaxın-uzaq keçmişinə, uğrunda canından keçən igidlərinə yüksək qiymət verən xalqımız var, həmişə də var olacaq.

  : 2019-05-09 11:22:02 

Qelebe gunu munasibetile hamini tebrik edirem.Eslinde musabiqeye qatilmayacaqdim amma hal hazirda TV kanallari ile qelebe numayishine baxarken bigane qala bilmedim.Her bir veten oqul ve qizlarimizin canindan kecen bu muharibehe cox olkelelere, cox insanlara toxunub.Hamimizin tanidiqimiz veten qehremanlarimiz bashimizin ucalqidi.Amma men bu yazimda babamdan yazmaq isteyirem.Ismailov Ismail 17 yashinda konullu olaraq muhaibeye getmish, Stalinqrad uqrunda aqiir doyushlerde shucaetle vurushmushdur.Men ushaq iken muhairbe deshetlerini derk etmeyen dovurde onun medal ver ordenleri barede cox suallar verirdim, amma indi fashizmin ne qeder dehshetli oqlduqunu derk edirem.Az yash olmasina baxmayaraq Stalinqradin mudafiesinde, blokadasini kecmish, soyuqunda saqlamliqini itirmish, acliq, herbi sursatin azliqi bu insani qorxutmamishdi.Son deqiqeye qeder doyush ruhu onu terk etmemishdi.Her biriniz tarixi bilirsiz, bu doyushun ne qeder qurbanlar vermesini de bilirsiz.Qelebe gununu Polshada Krakov sheherinde qarshilayan babam aqir xeste olsa bele geri gelmemish, son gune qeder doysuhmushdur..Dinc dovurde defelerle herbi paradlarin fexri qonaqi olmush, Stalinqrad sheherinin fexri sakini adi almish, cox sayli medallara teltif olmushdu.Indi dunyasini deyishmish babam son gune qeder veten uqrunda ideyasi ile yashamishdir.Allah her bir veteranlari rehmet elesin.Men fexr edirem ki, bu insanin ovladiyam.



  : 2019-05-07 14:33:09 

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.

Bununlada demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi... Fəxr ediləsi bir duyğudur.

  : 2019-05-06 23:56:10 

Züleyxa Seyidməmmədova

Faşizm üzərində qələbədə bütün qoşun növləri ilə yanaşı, Aviasiyanın da özünəməxsus rolu olub. Azərbaycanın ilk qadın təyyarəçilərindən biri də Züleyxa Seyidməmmədova İkinci Dünya müharibəsi illərində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib.

Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilib. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışıb, 1952-1975-ci illərdə Azərbaycan SSR-in İctimai təminat naziri olub.



  : 2019-05-06 15:05:55 

Unudulmaz qəhrəman Mixaylo


Azərbaycandan minlərlə kilometr uzaqda adı əfsanəyə dönmüş eloğlumuz Mehdi Hüseynzadənin qeyri-adi qəhrəmanlığı unudulmazdır. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadından çox faşistlərin canına lərzə salan Mixaylo sözünü daha çox işlədir. Onda hansı Mehdidən, hansı qəhrəmandan danışıldığı dərhal məlum olur.
Oğullar var ki, düşdüyü şərait onun qəhrəmanlığına meydan açır. Oğullar da var ki, anadan qəhrəman doğulur. İnamla demək olar ki, Mehdi ikincilərdəndir. Stalinqrad cəbhəsində odlu döyüşlərin iştirakçısı gənc leytenant Mehdi 1942-ci ilin noyabr ayında kiçik bacısı Hürriyyət xanım Əzizbəyovaya yazırdı: Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam, sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm də qəhrəmancasına öləcəyəm! Mənim barəmdə eşidərsiniz, hələlik sağ olun. Bu mənim son məktubumdur!
Nə az, nə də çox üç il keçdi, onun misilsiz qəhrəmanlığını təkcə Azərbaycan yox, bütün dünya eşitdi. Cəbhədən qayıdan Mehdinin sadiq silahdaşları onun qorxmazlığından dastana bənzər epizodlar danışdılar. Mixaylo-Mehdi Hüseynzadənin qəhrəmanlığı bir ailəyə, bir obaya yox, keçmiş sovetlər ölkəsinə başucalığı gətirdi. İyirmi altı yaşında həlak olan rəssam, şair Mehdi və faşistlərə qənim kəsilən gözəgörünməz kəşfiyyatçı Mixaylo çox keçmədi ki, Bakıda qranit heykəldə əbədiləşdi. Paytaxtımızın Bakıxanov küçəsinin yaxınlığındakı bağçada əlində qumbara sıxmış döyüşçü cəsarətlə irəli şığıyır. Çiynindəki plaş-çadır tunc qırışlarda əbədi donmuşdur. Qartal qanadları gərilən igidi düşmən üzərinə növbəti hücum zamanı belə əbədiləşdirmişdir.

  : 2019-05-05 11:10:00 

France_caen (2019-05-05 21:14:15)