WWW.MEYDAN.AZ Kicik qelblerin, boyuk sevinci.
0
: Kicik qelblerin, boyuk sevinci.
  1 / -0    : 2019-05-31 23:31:13 

Meydancilar ucun novbeti musabiqemizi elan edirik.Bildiyiniz kimi 1 iyun ushaqlarin mudafiesine hesr olunmush bir gundur.Omrumuzun butun saatlarini ovladlarimiza hesr etmeye haziriq, amma bu gun xususi olaraq ancaq uhaqlar ucun kecirmeliyik .

Musabiqede yazilariniz onlara aid olmalidir . Diqqetli olun, ushaq sher ve hekayeleri yox, mehz ushaqlarin heyati ve yashamini eks etdiren , ozlerine hesr olunmush yazilarinizi gozleyirik.Yazdiqiniz parcaniin muellifi de qeyd edilmelidir.Her kes ishtirak ede biler .Oz fikirlerini yazan muellif desteklenir. Teqdimatiniz 10 bal sistemi ile deyerlendirilecek.

Jyuri heyyeti:
1 MAKSIMUS
2.Kapriz
3.ThreeStar

Musabiqe 5 iyun ,2019 ci il saat 00:00 tarixinde basha catacaq.

MAKSIMUS [17] . MAKSIMUS : 2019-06-11 22:44:42 1 ci yer S O U L 130 . S O U L 2 ci yer mükafat qaliblər arasında bölündü. 50 . -BOSS- 50 . 50 . C o J Bütün iştirakçı və jüri heyətinə Bext Bext verildi. ( : - 25.06.2019-11:22:48 )



  : 2019-06-11 22:09:07 

1.-BOSS- 4
2. 4
3. C o J 4
4. S O U L 8

  : 2019-06-07 01:23:40 

Mövzuda elə bir incə hisslərə toxunulub ki, bu mövzuya biganə qalmaq qalmaq bir mənalı şəkildə mümkün deyil. Uşaq - Gələcəyin düşüncəsi, arzusu, kədəri, sevinci. Bir sözlə desək gələcək insanlıq üçün lazım olan hər bir növ xeyirli bitki kimi boynatan bir ünsürdür.

1.-BOSS- -2
2. - 2
3. C o J - 2
4. S O U L - 6

  : 2019-06-06 17:32:35 

Çox gözəl və ölkəmizin gələcəyini tərənnüm edən ovladlarımıza həsr olunmuş müsabiqədə belə az iştirakçıının olması məni çox məyus etdi. Uşaqlarımız bizim gələcəyimiz, dünyaya baxışımız, torağımız, suyumuz, aldığımız nəfəsimizdir. Əgər biz onları əsl vətənərvər saglam ruhda böyüdəriksə o zaman üzümüz gülər, gozlərimizdən sevinc gozyaşları axar. Müsabiqədə iştirak edənələrə uğurlar arzulayıram. Souldan başqa qalan iştirakçılarımız müəyyən mənbələrdən kopy paste ediblər. Ən azından sevindirici haldır ki, oxuyub az da olsa məlumat toplayblar.
1. SOUL -10
2. C o J 7- Nailə Məmmədova Azerbaijan Realities və İradə Əliyeva, Azərbaycan.-2014.- 20 noyabr.- S.8 məqalələrindən copy paste
3. - 7- İKİ SAHİL gündəlik ictimai siyasi qəzəet, copy paste
4. -BOSS- - 7 ŞƏRQ QAPISI gündəlik ictimai siyasi qəzəet, copy paste
Mən belə yazdığıma və qiymətləndirdiyimə görə heç kim inciməz. Yaxşı hal olardı ki, bu qəzət məlumatlarını oxuyub, 5 cumlə ilə öz fikirlərini, düşüncələrini qeyd edərdilər.


  : 2019-06-06 17:09:43 

Bu vacib bir movuzda oz fikirlerimi bolushmek isteyirem.Bir muddet evvel internet saytlarinin birinde bir video qarshima cixdi.Amerikali bir jurnalist, ordaki mekteblerin birinde, ilk ders gununde balaca bir oqlandan musahibe alir.Oqlan ushaqi hardasa 5 yashinda ders ilinin birinci gunu dersi bitirib heyetde dayanib,jurnalist xanim ona anan ucun bu gun darixdinmi deye sual verir.Balaca ushaq gulerek yox darixmadim deyir, amma bir saniyede ushaqin gulushleri goz yashi ile evez olunur.Bu sehne meni cox tesirlendirdi.Bir nece saatliq anasindan, ailesinden ayrilan bu ushaq anasi ucun nece aqladiqini hele de unuda bilmirem.Gelin ovladlarimizi sevek, duzgun terbiyye edek ve onlari gozu yashli qoymayaq.Valideyin olmaq asandi, amma mesuliyyetli valideyin olmaq cetindi.Ushaqlara sevgi hec vaxt bitmeyecek.Ushaqlardan imtina etmek, ana-ata sevgisini onlardan esgirmek boyuk cinayetdir.Gelin bu cetin heyat dovrinde onlarin kicik ellerini oz elimzden buraxmayaq, hemishe yanlarinda olaq.

  : 2019-06-06 16:56:02 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.

Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunudur.

Müasir dövrdə, milli mədəniyyətin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün formalaşması da aktual məsələlərdən biridir. Çağdaş dünyanı təhdid edən qlobal cinayətlər sırasında uşaqların sağlamlığına, mənəviyyatına zidd əqli və fiziki əməyə, habelə narkotik vasitələrə, narkobiznesə, insan alverinə, terrorizmə cəlb olunması, daxili orqanların transplantasiyası geniş yer tutur. Getdikcə transmilli xarakter alaraq daha geniş coğrafi arealı əhatə edən bu cinayətlər uşaq problemlərinə yeni dünya nizamının acı reallıqları kontekstindən yanaşılmasını, hər addımda köməyə ehtiyac duyan körpələrin hüquqlarının bütün səviyyələrdə qorunmasını obyektiv zərurətə çevirir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər ana, hər ata öz xoşbəxtliyini, birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən üstündür, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi və bu ailənin sevinci elə mənim sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətin həyatıdır.








  : 2019-06-04 17:47:12 

Yaşından asılı olmayaraq, ahıl çağında belə uşaqlıq illərini xatırlayan hər kəsin çöhrəsində xoş təbəssüm oyanır. Çünki bütün qayğılardan uzaq, qəlbi, zehni təmiz olan insanın ömür salnaməsinin ilk səhifələri bu yaşlardan yazılır, sonradan şirinli, acılı xatirələrlə zənginləşir, həyat məktəbinin enişli- yoxuşlu yollarından keçərək Tanrının bəxş etdiyi ömür payını illəri yola salmaqla xərcləyir.
Dəyişməyən həqiqət budur ki, yaddaşlarda yaşayan uşaqlıq illəri ömrün bütün fəsillərində- yeniyetməlik, gənclik, kamillik və ahıllıq çağlarında unudulmaz xatirə kimi anılır, yaşayır. Bəzən uzun ömürlü, bir əsri arxada qoyan ahılların şıltaqlıqları da uşaqlıq illərinə dönüş adlandırılır. O illər hər kəsin gələcək həyatını istiqamətləndirir, maraq dünyasına bələdçilik edir.
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü il ərzində körpələrin payına düşən xoşbəxt təqvimlərdəndir. Bu günün bütün dünyada qeyd olunması da təsadüfi deyil.
Müxtəlif ölkələrdə uşaqlar xoşbəxt, sağlam böyüyürlər. Amma ...
Çox təəssüf ki, planetimizdə hələ də qan- qadalı, silah səsindən diksinən, havası barıt qoxuyan, mavi səması qara rəngə boyanan ölkələr də var. Bu ölkələrdə körpəliyin sevincini yaşamayıb vaxtından əvvəl böyüyən, çiyinləri möhnətdən, ağır fiziki işlərdən əyilən, aclıq, səfalət içərisində çırpınan uşaqlar milyonlarladır. Uşaqlıq illərini mənalı keçirmək istəyindən məhrum olan, aclıqdan, xəstəlikdən, terrordan əziyyət çəkən, oyuncaqları giliz olan uşaqlar bu günümüzdə də vardır. Suriyada, Fələstində, İraqda törədilən terrorlar nəticəsində qətlə yetirilənlər, qan içində boğulanlar, Afrika dövlətlərində susuzluqdan, aclıqdan, xəstəlikdən ölənlər arasında uşaqların olması bütün dünya ictimaiyyətini düşündürməlidir. Şərq ölkələrində davam edən münaqişələr nəticəsində evlərindən didərgin düşən ailələrin körpələri də nicat tapmaq üçün sığındıqları yad ölkələrdə məhrumiyyətlərlə üzləşirlər. Ən dəhşətlisi isə uşaqların orqan mafiyasının, narkobizneslərin qurbanlarına çevrilmələridir. Öz maraqları naminə kiçik ölkələrdə gərginlik yaradanlar, terrorçuları silah- sursatla təmin edənlər unutmasınlar ki, müharibə qorxusu ilə üz-üzə dayanan, barıt qoxusu ilə nəfəs alan, yuxudan güllə səsi ilə oyanan Qüdsün körpələri də bu müasiri olduğumuz dünyamızın günahsız sakinləridirlər.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün dünyanın hər tərəfində qeyd olunmasının əsas mahiyyəti budur ki, hamı üçün ana sayılan, sərvətlərindən bəhrələndiyimiz planetimizdə əmin-amanlıq yaransın. Bunu təmin etmək isə bütün xalqların, millətlərin iradəsindən asılıdır. Heç kim anadan terrorçu, oğru, quldur, başkəsən doğulmur. İnsanları yetişdirən ailəsi, yaşadığı mühit, müasiri olduğu zaman, şahidi olduğu hadisələrdir. Əgər yer üzündə sabitliyə nail olunsa, münaqişələri doğuran səbəblər ədalətli həllini tapsa, sülh bərqərar edilsə müharibə sözü qardaşlıq, dostluq, həmrəylik ifadəsi ilə əvəz olunar. 1 iyun təqviminə təkcə uşaqları müdafiə günü kimi deyil, bəşəriyyətin qorunması kimi yanaşılmalı, hər kəs məsuliyyətini dərk etməlidir. Sakini olduğumuz planetimiz bütün insanların evi, istisinə sığındığımız ocağıdır. Gələcəyimizi etibarlı, sağlam nəslə etibar etmək üçün hər bir sakin insani dəyərlərə hörmətlə yanaşmalı, sülhə, sabitliyə tərəfdar olmalı, dünyamıza sahib çıxmalıdır. Körpələrin nəsibi aydın, mavi səma, bolluq, bərəkət, valideyn nəvazişi, sakit dünya olmalıdır. Bu dəyərləri təmin etmək bütün dünya xalqlarının uşaqlar qarşısındakı borcudur.


  : 2019-06-01 11:34:29 

Ulu öndər Heydər ƏLİYEV: Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.

Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Bu mənada 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqlarının, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm, deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik illərində ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1998-ci il mayın 19-da Uşaq hüquqları haqqında və həmin il iyunun 22-də Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bununla yanaşı, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasına qoşulmuş, Uşaq hüquqları haqqında Bəyannaməni qəbul etmişdir.

Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 10 ilə yaxın bir dövrdə ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət proqramları qəbul edilmiş, vahid dövlət uşaq siyasətinin formalaşması istiqamətində uğurlu addımlar atılmış, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasının təsdiq olunması haqqında 2012-ci il 8 may tarixli Fərmanı da uşaqların hüquqlarının etibarlı şəkildə qorunmasına əlverişli şərait yaratmışdır. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısı demişdir: Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir.
Muxtar respublikamızda da uşaq-gənclər siyasəti uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq. Bu gün muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Hazırda muxtar respublika əhalisinin 154 min 407 nəfəri uşaqlardır. Bu da ümumi əhalinin 35,9 faizini təşkil edir.
Son 18 ildə 197 ümumtəhsil məktəbi, 24 uşaq musiqi məktəbi, 17 məktəbəqədər tərbiyə müəssisəsi, 38 idman obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara tibbi xidmətin keyfiyyəti və əhatəliyi artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası təsdiq edilmiş, uşaqların elektron məlumat bankının yaradılmasına başlanılmışdır.
Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, Şahmat Mərkəzi və onlarla digər məktəbdənkənar tərbiyə müəssisəsi uşaqların asudə vaxtının səmərəli təşkilində mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq, Gənc istedadların Qızıl kitabının yaradılması və onlara xüsusi təqaüdlərin təsis edilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Son illər xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada 1971 sağlamlıq imkanları məhdud olan uşaq vardır. Cari ildə sağlamlıq imkanları məhdud 10 uşaq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmişdir. Bununla yanaşı, 2013-cü ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş 3 uşağın himayə və qəyyumluğa verilməsi, 7 uşağın isə övladlığa götürülməsi üçün uçotu aparılmışdır.
Milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam mühitdə yetişməsi zəruri məsələlərdən biridir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məqsədyönlü işlər görülür. Belə ki, uşaqlara milli dəyərlərin aşılanması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, mənəviyyatlarına xələl gətirəcək ünsürlərdən müdafiəsi və hüquqlarının qorunması məqsədilə ümumtəhsil məktəblərində seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar edilir.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də onlara vəzifələrinin düzgün öyrədilməsidir. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, faydalı fəaliyyətə hazırlanmaq, adət-ənənələrə və mədəni sərvətlərə hörmətlə yanaşmaq kimi vəzifələr mütəmadi olaraq uşaqlara öyrədilməli, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.

Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: Uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması kimi mühüm istiqamətlər cəmiyyətin bütün təbəqələrinin üzərinə ciddi vəzifələr qoyur. Dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti təsisatları, həmkarlar ittifaqları, elmi-tədqiqat institutları da muxtar respublikada uşaq siyasətinin daha səmərəli həyata keçirilməsinə yaxından köməklik göstərməli, ictimai diqqəti uşaq hüquqlarına yönəltməyi bacarmalıdırlar. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.