Форум WWW.MEYDAN.AZ » Конкурсы » 1 Iyun ushaqlarin mudafiesi gunu .Ushaqlarin istismari.
0
Автор Тема: 1 Iyun ushaqlarin mudafiesi gunu .Ushaqlarin istismari.
  0 / -0    написано: 2020-05-25 15:13:51 

1 iyun ushaqlarin beynelxalq mudafiesi gunudur.Bu gunun yaranmasinda ilk teshebbus Eglantyne Djebb terefinden ireli gelmishdir. Birinci dunya muharibe dovrlerinde en cox eziyyet ceken, mudafiesiz qalan ushaqlarin aqibeti,balacalarin yashadiqi dehshetler bu xanimi bigane qoymamish, cox sarsitmishdir.Her cur yardim etmeye calishan bu xanim Londonda ushaqlai mudafiesi ucun fond yaratmishdir.
Hal hazirda bu enene devam ederk bu gunlere qeder gelen, bu elametdar tarix oz funksiyasini itirmemishdir.Baxmayaraq ki , 21 - ci esirde yashayiriq hele de Yer uzunde muharibeler, acliq ceken olkeler movcuddur.Tebii ki, en cox da eziyyet ceken ushaqlardir.Sivil olkelerde bele ushaqlarin istismari, vaxtindan evvel ishletmesi, narkotik satishi ve sair kimi yol verilmez ishlerde ushaqlar celb edilmesireal haldir..Kimyevi istehsalda boyuklerin ishlemesi meslehet olmayan sahelerde bele ushaqlarin qanunsuz calishmalari movcuddur.Butun bunlar yolverilmezdir.Ushaqlar geleceyimizdir demekle beraber ,onlari qorumaliyiq, saqlam heyat yashamalarini temin etmeliyik.
Musabiqemiz de bu movzudadir.,,Ushaqlarin istismari,, movzusunda serbest fikirlerinizi gozleyirik.Copi past yazilar ashaq ballarla deyerlendirilecek.Shertler deyishmeyib.Her birinize uqurlar!

Musabiqe 1 iyun 20020 ci il.00:00 da bitecek.


Jyuri heyyeti:
1.Босс
2.Vesselam
3.Legioner
4.Золотой


  написано: 2020-06-13 14:25:59 

1.R_A_H_I_B - 10 bal
2.G E N C E L I - 6 bal
3.SHURIK - 8 bal

  написано: 2020-06-08 16:30:50 

1.R_A_H_I_B - 10 bal
2.G E N C E L I - 10 bal
3.SHURIK - 10 bal

  написано: 2020-06-02 13:14:04 

Hər birinizə əziyyətivizə görə təşəkkülər.

1.R_A_H_I_B - 10 bal
2.G E N C E L I - 10 bal
3.SHURIK - 10 bal


  написано: 2020-06-01 13:22:43 

1 iyun uşaqların müdafiə günü münasibəti ilə bütün yaxın uşaqları təbrik edirəm

  написано: 2020-05-31 13:29:01 

Uşaqların beynəlxalq müdafiə günü

1 İyun

XX əsrdə uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, aparteid, soyqırımları yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. İndi də dünyanın bir çox ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşağını xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişlər.

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir. İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir.

BMT-nin _Uşaq hüquqları haqqında Konvensiya_ adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını bəyan edirlər, yəni bu müddəalardakı göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərilərinə götürürlər. Onlar bu istiqamətdə görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları haqqında Komitəsinə təqdim edirlər. Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib.

Konvensiyanın əsas fəlsəfi ideyası uşaq şəxsiyyətidir. Konvensiyada əsas müddəa uşağın maksimum müdafiəsidir. Bununla yanaşı, Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosialsiyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır.
Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.

Uşağın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbə-də uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.

YUNİSEF-in _XXI əsr üçün gündəlik_ - XXI yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət Proqramında deyilir ki, _Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının passiv qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər_.

Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə əsas milli sənəd olan _Uşaq Hüquqları haqqında_ Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd olunur.

  написано: 2020-05-30 19:35:01 

Mən başda СУДЬЯ nikini yani Orxan Paşayev-i bayram münasibəti ilə təbrik edirəm.

  написано: 2020-05-25 15:49:35 

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb [1]. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilməkdədir.





  написано: 2020-05-25 15:35:24 

Ombudsman 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib və uşaqlarla görüşüb. Tədbirdə Ombudsman Aparatının sektor müdiri Gülnar Rəhimova, Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin üzvləri də iştirak ediblər.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyin sədri Sevinc Abdullayeva qonaqları salamlayıb, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna, habelə buradakı uşaqların hüquqlarını daim diqqətdə saxladığına və mütəmadi bu müəssisəyə baş çəkdiyinə görə Ombudsmana minnətdarlığını bildirib.

Müvəkkil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını bildirib. O, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını qeyd edərək, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində respublikamızda insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin edildiyini iştirakçıların diqqətinə çatdırıb.

Ombudsman Daun sindromlu uşaqların vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma xüsusi bacarıqla, yaradıcılıqla yanaşmaqla, böyük həvəslə və yorulmadan rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər edib.

E.Süleymanova uşaq hüquqlarının, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. Adı çəkilən ictimai birliyin və onun strukturuna daxil olan reabilitasiya mərkəzlərinin ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək dəyərləndirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbir 20 Noyabr – Ümumdünya Uşaqlar gününə həsr edilib.

“Uşaq Hüquqları Konvensiyasını öyrənək və öyrədək” adlı tədbirdə Müvəkkil Elmira Süleymanova iştirakçıları salamlayıb, uşaqları bu əlamətdar gün münasibətilə təbrik edib. O, Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi haqda söz açıb və bu sənədin qəbul edildiyi 20 noyabr tarixinin hər il dünyada Ümumdünya Uşaqlar günü kimi qeyd olunduğunu vurğulayıb, Konvensiyanın məqsədi, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasında, Uşaq Hüquqları haqqında Qanunda və digər milli qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquq və vəzifələr, uşaq hüquqlarının müdafiə mexanizmləri barədə məlumat verib.

Ombudsman çıxışında Ümummilli lider Heydər Əliyevin hər zaman uşaqları diqqətdə saxladığını, yürütdüyü dövlət uşaq siyasətinin davam olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən uşaqların sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönəlmiş tədbirlərin həyata keçirildiyini, uğurlu islahatların aparıldığını diqqətə çatdırıb. Eləcə də vurğulanıb ki, ölkəmizin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın da həyata keçirdiyi sosial layihələr, gördüyü dəyərli işlər uşaqların inkişafına, rifah hallarının yüksəldilməsinə xidmət edir.

Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Aylığının keçirildiyi, bu aylıq çərçivəsində Bakıda və hər bir rayonda Ombudsmanın mərkəzi Aparatı və regional mərkəzləri, yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları, bələdiyyələr, QHT-lər və icmalar tərəfindən silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəaları əsas götürülərək Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən və uğurla davam etdirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına ölkədəki 170-dən çox məktəb cəlb edilib, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilib, 800-dən çox müəllim və direktor təşəkkürnamə alıb.

E.Süleymanovanın və AUGSŞ-nin üzvlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri barədə məlumat verilib, Liderlik məktəbinin üzvü 13 yaşlı Zaur Əsgərovun lisey yoldaşları ilə birgə “Əsgərə məktub” kampaniyası çərçivəsində ön xətdə olan əsgərlərə yazdığı məktubun hərbi qulluqçular tərəfindən sevinclə qarşılandığı, habelə Cocuq Mərcanlı kənd orta məktəbində də adı çəkilən aylıq çərçivəsində hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyi vurğulanıb.

Müharibə dövründə mülki əhalinin, o cümlədən azyaşlı uşaqların həlak olduğu, ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyi, uşaqların da yaşamaq, sağlamlıq, təhsil almaq kimi hüquqlarının pozulduğu qeyd edilib.

Ombudsman tərəfindən əhalinin müxtəlif qrupları, xüsusilə də uşaq və gənclər arasında sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin yayılmasının qarşısının alınması, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlər barədə geniş məlumat verilərək, bu sahədə mövcud qanunvericilik aktları diqqətə çatdırılıb.

Вы не авторизованы