Форум WWW.MEYDAN.AZ » Конкурсы » Silahlı Qüvvələrə Yardım Fondu
Автор Тема: Silahlı Qüvvələrə Yardım Fondu [Перемещен]
  2 / -0    написано: 2020-10-06 16:16:07 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. Təcavüzkar Ermənistanın sentyabrın 27-dən Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları uğurla davam edir. Şanlı Ordumuz Cəbrayıl şəhəri başda olmaqla artıq işğal altında olan bir sıra qəsəbə və kəndlərimizi, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəklikləri işğaldan azad edib. Əks-hücum əməliyyatları zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edilib. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda mübarizə aparan rəşadətli, qəhrəman Ordumuza yeni-yeni qələbələr arzu edirik!


Qeyd: Ordumuza maddi yardım göstərmək istəyənlər aşağıdakı linkə daxil olmaları xahiş edilir.

https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8

Вы не авторизованы