Форум WWW.MEYDAN.AZ » Конкурсы » Yurdum ,sene canim qurban!
0
Автор Тема: Yurdum ,sene canim qurban!
  0 / -0    написано: 2021-03-11 13:40:27 

Hormetli meydancilar.Fasileden sonra yene sizlerle yeni bir musabiqedeyik.Vetenperverlik movzusunda olan bu musabiqede elini-obasini, sheher- kendini seven her bir oyuncumuz oz sevgisini terennum edecek bir yazi ile qoshula biler.Shertlerimiz deyishmeyib,12 ve daha yuxari merheleler ishtirak ede biler.Serbest yazilar daha yuksek deyerlendirilecek.Uc ishtirakci qalib olacaq ve administrasiya terefinden hediyyeler teqdim olunacaq.Jyuri heyyeti:

1.MrCapiTan
2.Салахов
3.ДжаН_БаКу

Musabiqe 20 mart 2021 tarixinde saat 00:00 da bitecek.Her kese uqurlar arzu edirik!

  написано: 2021-03-11 23:24:02 

Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan “Qarabağ” – “böyük bağ”, “sıx bağ”, “qalın bağ” mənasını kəsb edir. Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından alimlər qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Burada tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq “Azıx adamı” adlandırılmışdır. Bu tapıntıya görə Azərbaycan “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.

Bu ərazilər ta qədimdən Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. 18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirmiş, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş vermişdi. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Qala onu tikdirmiş Pənah xanın şərəfinə “Pənahabad” adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Şuşa son dərəcə təmiz havası, gözəlliyi, İsa bulağı, Turşsu, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa nadir bulaqları ilə də məşhurdur. Burada şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bül-bülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın mülkləri, “Gəncə darvazaları”, Qala divarı və başqa tarixi və mədəni abidələr vardır.

Вы не авторизованы