WWW.MEYDAN.AZ Yurdum ,sene canim qurban!
0
: Yurdum ,sene canim qurban!
  1 / -0    : 2021-03-11 13:40:27 

Hormetli meydancilar.Fasileden sonra yene sizlerle yeni bir musabiqedeyik.Vetenperverlik movzusunda olan bu musabiqede elini-obasini, sheher- kendini seven her bir oyuncumuz oz sevgisini terennum edecek bir yazi ile qoshula biler.Shertlerimiz deyishmeyib,12 ve daha yuxari merheleler ishtirak ede biler.Serbest yazilar daha yuksek deyerlendirilecek.Uc ishtirakci qalib olacaq ve administrasiya terefinden hediyyeler teqdim olunacaq.Jyuri heyyeti:

1.MrCapiTan
2.
3._

Musabiqe 20 mart 2021 tarixinde saat 00:00 da bitecek.Her kese uqurlar arzu edirik!

Müsabiqənin nəticələri: 1ci yer: Rebort Pattinson- (14 bal), 2ci yer: Və BOSS (10 bal), 3cü yer: G E N C E L İ (8 bal) ( : Shekinech - 31.03.2021-19:43:19 )



1ci yer: 10.000 depozit və Anti-Covid 19 sunduku\r\n2ci yer: 5000 depozit və Karabakh is Azerbaijan! Sunduku\r\n3cü yer: 3000 depozit və Karabakh is Azerbaijan! Sunduku\r\n\r\nTəbriklər, hədiyyələr verildi. ( : - 02.04.2021-01:35:56 )



  : 2021-03-21 21:22:47 

1. -Robert Pattinson- - 5 bal
2. G E N C E L İ - 4 bal
3. - 3 bal
4. -BOSS- 4 bal

  : 2021-03-21 19:58:43 

1. -Robert Pattinson- - 5 bal
2. G E N C E L İ - 3 bal
3. - 3 bal
4. -BOSS- 3 bal

  : 2021-03-21 10:11:04 

1. -Robert Pattinson- - 4 bal
2. G E N C E L İ - 1 bal
3. - 4 bal
4. -BOSS- 3 bal

Qeyd: G E N C E L I nikinə ona görə 1 bal vermişəm ki, ümumiyyətlə yazısını oxumayıb. Hansısa çıxışı copy edib.



  : 2021-03-18 23:18:34 

Vətən eşqi, müstəqillik əzmi!.. Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdır. Vətən durduqca biz də varıq. Vətən haradan başlayır, harada qurtarır sualı çox vaxt eşitdiyimiz və ya ünvanladığımız suallardan biri olub. Əlbəttə məktəb illərindən yadda qalan suallardır bunlar. Cavabını isə mən böyüdükcə, tarixi keçmişimizlə yaxından tanış olduqdan sonra daha dərindən dərk etdim. Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır.

Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, vətən yaşasın. Xalqımız tarixboyu vətəninin mənfəətini öz mənfəətindən, vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir vətən sevgisinə sahib olub. 20 Yanvar kimi qanlı terror aktı belə, vətən sevgimizi, azadlıq ideallarımızı, duyğularımızı söndürə bilmədi. Çox can qurban verdik bu yolda. Amma bu yolun sonu haqq yolu idi, istiqlaliyyət yolu idi, sovet imperiyası kimi bir hegemon dövlətin sıralarından çıxıb müstəqilliyimizə uzanan yol idi.

Hər bir sevginin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin. Şəhidlik zirvəsini ən ali, ən uca zirvələrdən hesab edən bu günün mərd oğul-qızları da elə məhz bu cür vətənpərvər ailələrdə böyüyürlər. İnsan həm də fərd kimi doğulub, şəxs kimi fəaliyyət göstərərək təhsil-tərbiyə və əmək proseslərində vətəndaş hazırlığı keçir. Vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə, bu tərbiyənin necə deyərlər, səmərəli nəticəsi isə vətənpərvərlikdir.

Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Rasim Məmmədovun anası Bəsti Məmmədova mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. O deyir ki, mən və həyat yoldaşım Əbdül Məmmədov uşaqlarımıza hələ körpə ikən torpağın müqəddəsliyini başa salmağa çalışırdıq. Deyirdik ki, bu torpağın hər qarışında şəhid qanı var. Ana-bacılarının namusunu, torpaqlarının bütövlüyünü qorumaq üçün bir an belə, tərəddüd etmədən silaha sarılan, bəzən silahlı düşmənin qarşısına silahsız çıxıb sinəsini qabağa verən ərənlərimizin ruhları gəzir bu diyarda. Həyat yoldaşım ötən əsrin 90-cı illərində Sədərəkdə Naxçıvanın müdafiəsində könüllü iştirak edənlərdən idi. Dəfələrlə yaralansa da əqidəsindən, amalından geri dönmədi. Bu yolun çətinliklərini bilə-bilə də oğlanlarını hərb sənətinə yönləndirdi. Övladlarına daim Vətən üçün yaşa, Vətən üçün öl- dedi.

Növbəti həmsöhbətimiz Babək qəsəbəsindəki Uşaq Bağçasının müdiri Aynurə Məhərrəmova oldu. O deyir ki, uşaq orta məktəbdən qabaq məhz bağçada vətənpərvər ruhda tərbiyə olunmalıdır. İlk olaraq onlara ən qədimdən indiyə kimi tarix səhifələrində adıçəkilən qəhrəmanlarımızı tanıtmağa çalışırıq. Onlar haqqında əfsanələri, hekayələri oxuyub, bu haqda fikir formalaşdırmağa çalışırıq. Bundan başqa, Ümumxalq Hüzn Günü 20 Yanvarla bağlı bağçada tədbirlər keçirilir, sərgilər təşkil olunur.

Deyilənlərdən belə bir nəticəyə gəlirik ki, vətənpərvərlik duyğuları, vətənə olan məhəbbət eşqi uşaq yaşlarında formalaşır və bunun təməli də öncə ailədə atılır, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə özülü möhkəmlənir. Unutmaq olmaz ki, vətəni sevmək, vətənpərvər olmaq anlayışı tarixi qəhrəmanları tanımaq, onların həyat və döyüş yolu barədə məlumatlı olmaq, hərbi forma geyinib xidmət keçməklə ölçülmür. Vətənpərvər bir mühitin mövcudluğu mükəmməl şəkildə o zaman təzahür edir ki, bu hiss insanların hər hərəkətində, hər sözündə özünü göstərsin. Vətənin sərvətinin, sahibi olduğu milli-mənəvi dəyərlərin qorunması, kəndimizdə, şəhərimizdə, qəsəbəmizdə yaradılmış hansısa infrastrukturun qorunması, mühafizə edilməsi, ağsaqqal, ağbirçəyə hörmətlə yanaşılması, tapşırılan işin layiqincə və vicdanla icra edilməsinin özü belə, vətənpərvərlik nümunəsi hesab olunur. Bizim borcumuz isə bu bəhrələri qorumaq, mənimdir deyib əsl vətəndaş kimi bu tərəqqiyə sahib çıxmaqdır. Mənə nə deməklə isə nəinki vətənpərvərliyimizi, vətəndaşlığımızı itirmiş olarıq. Sadə nümunələrə fikir verək: əgər biri yola düşən daşı götürüb kənara atmaq istəmirsə, təmizliyi, abadlığı qorumursa, vətəninin gözəlliyini, imkanlarını təbliğ etmək istəmirsə, necə vətənpərvər ola bilər? Deməli, məsələyə geniş prizmadan yanaşıb hərtərəfli düşünməliyik. Çünki vətən mənim, sənin, bizim, sizin hamımızındır. Vətəndaş şair Məmməd Araz demiş: Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı..

  : 2021-03-17 14:05:09 

"Vətən" və "vətənpərvərlik" kimi müqəddəs anlayışların mənasını kursantlara aşılamaq biz müəllimlərin öhdəsinə düşür. Kursantlara Vətəni sevmək, Vətənə bağlılıq, vətənpərvərlik və milli qürur hissinin aşılanmasına səy göstərirəm. Vətən məhəbbəti, Vətəni sevmək ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.
Vətənpərvərlik ana laylalarıyla başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır.Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Təlim kursantlara yalnız bilik, bacarıq və vərdişlər aşılamır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edir. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu "Dədə Qorqud"da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri "Vətən haqqı ana haqqıdır" - kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi Gəncəni özünə qızıl boyunbağı saydığına görə heç yerə getməmiş və təsadüfi deyildir ki, Vətən məhəbbəti, yurd sevgisi onu öz doğulduğu məkandan ayrılmağa qoymamışdır.
Vətən doğma evin kandarından başlanır. Hər bir kursant başa düşür ki, onun yaşadığı və təhsil aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq-uğrunda ölən varsa, Vətəndir!
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Səməd Vurğunun bir kəlamını xatırlayaq: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar..."
"Öncə Vətən, ikinci xalq, sonra mən" kəlamı hamımızın həyat amalıdır.
Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Ünlü şairimiz Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək yazmışdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
Müasir dövrümüzdə Vətənimizin gələcəyi Hərbi liseydə təhsil alan, hərbi anda sadiq olan kursantlarımızın düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması kimi vacib amillərdən də asılıdır.
Atalar sözlərimizdə də Vətən haqqında çox ibrətamiz fikirlər var: "Gözsüz yaşamaq olar, Vətənsiz yox", "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır", "Vətənə gəldim, imana gəldim", "Yad ocağın alovundan Vətən ocağının tüstüsü gözəldir", "Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir", "Vətən viranə də olsa, cənnətdir", "Vətən elin evi, dayağıdır".
O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.
Biz Vətənə borcumuzu bu gün gələcəyin zabiti olan kursantlarımıza dərin bilik verməklə də olsa qismən yerinə yetiririk. Onlar isə öz növbələrində Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatacaqlar. Bu yolda addımlamaq bizim üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir...

  : 2021-03-15 22:19:54 

QARABAG AZERBAYCANDİR

  : 2021-03-14 18:14:23 

El bilir ki, sen menimsen,
Yurdum, yuvam, meskenimsen,
Anam dogma vetenimsen!
Ayrilarmi konul candan?
Yurdum sene canim qurban!

Men bir usaq, sen bir ana,
Odur ki, bagliyam sana,
Hanki semta, hanki yana
Hey ucsam da yuvam sensen,
Elim, gunum, obam sensen!
Yurdum sene canim qurban!

Cox kecmisem bu daglardan,
Durna gozlu bulaqlardan!
Esitmisem uzaqlardan
Sakit axan arazlari,
Sinamisam dostu, yari...
Yurdum sene canim qurban!

Feqet senden gen dusende,
Ayriliq menden dusende,
Saclarima den dusende
Bogar aylar, iller meni,
Qinamisan eller meni.
Yurdum sene canim qurban!

Daglarinin bası qardir,
Ag orpeyin buludlardir.
Boyuk bir kecmisin vardir.
Bilinmeyir yaşın senin,
Neler cekmis basin senin.
Yurdum sene canim qurban!

Dusdun ugursuz dillere,
Nes aylara, nes illere.
Nesillerden nesillere
Kecen bir sohretin vardir.
Oglun, qizin bextiyardır...
Yurdum sene canim qurban!

Hey baxiram bu duzlere,
Ala gozlu gunduzlere.
Qara xalli ag uzlere
Konul ister se'r yaza;
Gencleşirem yaza-yaza...
Yurdum sene canim qurban!

Olmez konul, olmez eser,
Nizamiler, Fuzuliler
Elin qelem, sinem defter,
De gelsin her neyin vardir.
Deyilen soz yadigardir.
Yurdum sene canim qurban!


  : 2021-03-11 23:24:02 

Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir. Qarabağın adı Azərbaycan dilindəki qara və bağ sözlərindən əmələ gəlmişdir. Başqa türk dillərində olduğu kimi Azərbaycan dilində də qaranın rəngdən başqa sıx, qalın, böyük, tünd və başqa mənaları da vardır. Bu baxımdan Qarabağ böyük bağ, sıx bağ, qalın bağ mənasını kəsb edir. Qarabağın özü kimi Qarabağ sözü də Azərbaycan xalqına məxsusdur.Qarabağ dünyanın ən qədim insan məskənlərindən biridir. Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasından alimlər qədim insanların necə yaşadıqlarını göstərən maraqlı tapıntılar aşkar etmişlər. Burada tapılmış ən qiymətli nümunə qədim insanın alt çənə sümüyüdür. Həmin insan yaşadığı mağaranın adına uyğun olaraq Azıx adamı adlandırılmışdır. Bu tapıntıya görə Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilmişdir.

Bu ərazilər ta qədimdən Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. 18-ci yüzilliyin ortalarında Qarabağda müstəqil bir dövlətimiz yaranmışdı. Bu dövlət Qarabağ xanlığı adlanırdı. Qarabağ xanlığının əsasını Pənahəli xan qoymuşdu. O, xanlığı müdafiə etmək üçün əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirmiş, Şuşada daha möhtəşəm qala tikilməsi üçün göstəriş vermişdi. 1757-ci ildə xanlığın mərkəzi Şuşa qalasına köçürülmüşdü. Qala onu tikdirmiş Pənah xanın şərəfinə Pənahabad adlandırıldı. Sonralar bu qala yenə də Şuşa qalası kimi tanındı.Şuşa Vətənimizin dilbər guşəsi olan Qarabağın dağlıq hissəsində sıx meşələrin, büllur kimi saf bulaqların əhatəsində yerləşir. Şuşa şəhərinin bu cür adlanması həmin yerlərin uca, şiş dağların zirvəsində yerləşməsi ilə bağlıdır. Şuşa son dərəcə təmiz havası, gözəlliyi, İsa bulağı, Turşsu, Səkinə bulağı, Soyuq bulaq, Yüz bulaq, Qırx bulaq, Çarıq bulaq və başqa nadir bulaqları ilə də məşhurdur. Burada şairə Xurşidbanu Natəvanın, general Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bül-bülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın mülkləri, Gəncə darvazaları, Qala divarı və başqa tarixi və mədəni abidələr vardır.