![]() | ![]() |
Автор | Тема: Novruz Bayramı Yarışması | |||
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar. Buna görədə hər kəsi yazın gəlişinin müjdəsi olasan Novruz bayramına həsr olunmuş "Novruz Bayramı WWW.MEYDAN.AZ"-da adlı şeir müsabiqəsində iştirak etməyə dəvət edirik. QAYDALAR: 1) Qəhrəmanlar adından da göründüyü kimi "Novruz Bayramı WWW.MEYDAN.AZ"-da adlı şeirlər yazmalıdırlar. 2) Oyunumuzu əhatə edən sözlər olan şeirlərə daha çox üstünlük veriləcək. 3) Hər hansı bir şairin şeirlərini yazmaq olmaz. Onu öz sözlərinizlə əvəz edib yeni formada yaza bilərsiniz. 4) 1 Qəhrəman yalnız 1 dəfə şeir yaza bilər. 2-ci yazılan şeir qəbul olunmayacaq. 5) Qalib juri heyətinin səsverməsi ilə seçiləcəkdir. 6) Səsvermə 5 ballıq şkala üzrə qiymətləndiriləcəkdir. 7) Jurilər səsvermə nəticəsinin sonunda qaliblər ilə birlikdə açıqlanacaqdır. MÜKAFATLAR: I yer - 3000 AZN + 300 depozit + Kharabakh is Azerbaijan! (Sunduk) II yer - 2000 AZN + 200 depozit + Сундук Воина (Sunduk) III yer - 1000 AZN + 100 depozit + PlayStation 3 (Sunduk) Yarışın bitmə tarixi: 20.03.2021 \r\n\r\nQaliblərin açıqlanma tarixi: 21.03.2021 ( АВТОР: QaPLaN oF QaLa - 14.03.2021-15:40:54 ) Təbriklər, hədiyyələr verildi. ( АВТОР: Босс - 02.04.2021-01:45:59 ) |
||||
Qalibləri təyin edirəm: 1-ci yer - huseynci 2-ci yer - -BOSS- 3-cü yer - G E N C E L I Təbrik edirəm Qalib qəhrəmanları. |
||||
G E N C E L I - 1 Bal -BOSS- - 1 Bal huseynci - 4 Bal |
||||
Yarışın 3-cü qaydaya görə hamıya aşağı bal verirəm huseynci - 2 bal -Robert Pattinson- - 2 bal G E N C E L I - 2 bal -BOSS- - 2 bal |
||||
huseynci - 4 bal -Robert Pattinson- - 4 bal G E N C E L I - 4 bal -BOSS- - 4 bal |
||||
huseynci - 3 bal -Robert Pattinson- - 3 bal G E N C E L I - 3 bal -BOSS- - 3 bal |
||||
NOVRUZ SƏNDƏN ULUDUR Abu, ataş, xaki, bad – təbiət ülvi, təmiz İlaxır Çərşənbəylə Novruz yaranıb əkiz. Qoşa bayram, baş bayram, milli, müqəddəs bayram, Təbiətin doğduğu bakirə nəfəs bayram. Təbiətə inamın insanda gücünə bax, Onunçün də uludur Novruz hamıdan qabaq. Təbiətləşir insanlar, insanlaşır təbiət, Başa varır hər arzu, başa varır hər niyyət. Hər fəslin öz anı, hər dövrün öz zamanı, Gəlir Novruz bayramı, tutub düzü-dünyanı. Nimçələrə düzməli, şəkərbura, paxlava Al boyanmış yumurta, bir də səməni halva. Plov üstə düzməli çay xanısı, ağ balıq- Nəyin varsa gətir düz, olmaz varlığa darlıq. Yemişi də yanında xurması, kişmişi var Götür nəyi istəsən, xonçada var hər nübar. Yanır rəngbərəng şamlar, niyyətlər hasil olsun, Qulaq faılına çıxsan qəlbin xoş sözlə dolsun. Od üstündən atlanmaq qoy çıxmasın yadından Kimsə saxlayammasın səni bu inadından. Bax, ev-eşik tər-təmiz , səliqə-sahmandı yer Çoxlu pöhrə əkilmiş ürək istəyən qədər. “Kosa-kosa” oyunu; qodu gəzsin, “dilənsin” Cəmi-cümlə yığılsıın; desin, gülsün. əylənsin. “İynəsalma” oyunu – bəxtin gülsün üzünə, Oğlan nişan aparsın filankəsin qizına. Papaq, torba atılsın qapılardan içəri, – “Doldurmuşuq heybəni, çıx qəflətdən, gəl bəri.” Qara zurna, ney səsi, yallı getsin cavanlar, Çiçək qızlar önündə qurşaq tutsun oğlanlar. Novruz gəlir, xoş gəlir, qəlbim gəlir riqqətə Bir dənədir, təkcədir, layiqdir hər hörmətə! Aldanma sən dinçinin sözünə, əməlinə O, yalana təşnədir, salar səni felinə. Gəl, sən də ey şarlatan, saxla fitvanı-zadı Novruzu bizdən edən həşiri, qərardadı. Yoxsa, güman edirsən kasıblıq əyir bizi, Vermərik əlimizdən “qətl günü” Novruzu. Zənn eləmə, yoxsuluq, varımız-mənimizdir, Meydan.az-da Qeyd Edek, Novruz dünənimizdir! ![]() |
||||
Təbiət boyanıb girir min dona, Ağaclar hörmətlə baş əyir ona. Kədər, qüssə tükənib gəlir sona, Xoş qədəmlə bu elə novruz gəlir. Naxış vurur novruz çəmənə, dağa, Bol meyvələr hədiyyə edir bağa, Ruzi, bərəkətlə gəlir bu torpağa, Xoş qədəmlə bu elə novruz gəlir. Xalqımız sevinib şənlik edirlər, Əl-ələ verirlər, yallı gedirlər. Bayramınız mübarək olsun deyirlər, Xoş qədəmlə bu elə novruz gəlir. Süfrələrə naz neymətləri düzək, Badələrə sevgi şərbəti süzək. Kədərli ömürdən əlimizi üzək, Xoş qədəmlə bu elə novruz gəlir. Şamları yandıraq arzular tutaq, Dərdlə vidalaşıb dərdi unudaq, Gülər üzlə novruzu qarşılayaq, Xoş qədəmlə bu elə novruz gəlir. |
||||
Novruz gəlir yurduma Yer-Göy necə şad olur. Küskün düşən ürəklər – Könüllər abad olur. Yaşıllaşıb yenə də, Təbiət cuşa gəlib. Nə xoşdur Vətənimə Bayramlar qoşa gəlib. İlaxır Çərşənbənin Bir başqadır növrağı. Əski dünyadan gəlir, Onun səsi-sorağı. Bu bayrama çatan yox, Girsin bəhsə, yarışa. Heyran qalmamaq olmur Bu nəcib yaranışa. Allahın möcüzəsi, Görkəzməsi bəlkə də. Hələ belə bayram yox, Nə diyarda, ölkədə. |
||||
xoncaya qoydum baligi al boyadim ortaligi gerdise sal calmaligi cunki gelibdi novruz xos kececekdi novruz sufreye qoy simuzeri elave eyle sekeri cunki gelibdi novruz xos kececekdi novruz atese sep uzerliyi qarniyariq bezerliyi cunki gelibdi novruz xos kececekdi novruz |