Форум WWW.MEYDAN.AZ » Конкурсы » Novruz Bayramı Yarışması
0
Автор Тема: Novruz Bayramı Yarışması
  0 / -0    написано: 2021-03-14 15:26:19 

Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar. Buna görədə hər kəsi yazın gəlişinin müjdəsi olasan Novruz bayramına həsr olunmuş "Novruz Bayramı WWW.MEYDAN.AZ"-da adlı şeir müsabiqəsində iştirak etməyə dəvət edirik.

QAYDALAR:
1) Qəhrəmanlar adından da göründüyü kimi "Novruz Bayramı WWW.MEYDAN.AZ"-da adlı şeirlər yazmalıdırlar.
2) Oyunumuzu əhatə edən sözlər olan şeirlərə daha çox üstünlük veriləcək.
3) Hər hansı bir şairin şeirlərini yazmaq olmaz. Onu öz sözlərinizlə əvəz edib yeni formada yaza bilərsiniz.
4) 1 Qəhrəman yalnız 1 dəfə şeir yaza bilər. 2-ci yazılan şeir qəbul olunmayacaq.
5) Qalib juri heyətinin səsverməsi ilə seçiləcəkdir.
6) Səsvermə 5 ballıq şkala üzrə qiymətləndiriləcəkdir.
7) Jurilər səsvermə nəticəsinin sonunda qaliblər ilə birlikdə açıqlanacaqdır.


MÜKAFATLAR:

I yer - 3000 AZN + 300 depozit + Kharabakh is Azerbaijan! (Sunduk)
II yer - 2000 AZN + 200 depozit + Сундук Воина (Sunduk)
III yer - 1000 AZN + 100 depozit + PlayStation 3 (Sunduk)

Yarışın bitmə tarixi: 20.03.2021 \r\n\r\nQaliblərin açıqlanma tarixi: 21.03.2021 ( АВТОР: QaPLaN oF QaLa - 14.03.2021-15:40:54 )



Təbriklər, hədiyyələr verildi. ( АВТОР: Босс - 02.04.2021-01:45:59 )



  написано: 2021-03-21 22:23:23 

Qalibləri təyin edirəm:

1-ci yer - huseynci

2-ci yer - -BOSS-

3-cü yer - G E N C E L I

Təbrik edirəm Qalib qəhrəmanları.

  написано: 2021-03-21 22:17:37 

G E N C E L I - 1 Bal
-BOSS- - 1 Bal
huseynci - 4 Bal

  написано: 2021-03-21 09:43:37 

Yarışın 3-cü qaydaya görə hamıya aşağı bal verirəm

huseynci - 2 bal
-Robert Pattinson- - 2 bal
G E N C E L I - 2 bal
-BOSS- - 2 bal

  написано: 2021-03-20 19:18:08 

huseynci - 4 bal

-Robert Pattinson- - 4 bal

G E N C E L I - 4 bal

-BOSS- - 4 bal

  написано: 2021-03-20 13:44:22 

huseynci - 3 bal

-Robert Pattinson- - 3 bal

G E N C E L I - 3 bal

-BOSS- - 3 bal


  написано: 2021-03-18 23:15:47 

NOVRUZ SƏNDƏN ULUDUR

Abu, ataş, xaki, bad – təbiət ülvi, təmiz
İlaxır Çərşənbəylə Novruz yaranıb əkiz.
Qoşa bayram, baş bayram, milli, müqəddəs bayram,
Təbiətin doğduğu bakirə nəfəs bayram.
Təbiətə inamın insanda gücünə bax,
Onunçün də uludur Novruz hamıdan qabaq.
Təbiətləşir insanlar, insanlaşır təbiət,
Başa varır hər arzu, başa varır hər niyyət.
Hər fəslin öz anı, hər dövrün öz zamanı,
Gəlir Novruz bayramı, tutub düzü-dünyanı.
Nimçələrə düzməli, şəkərbura, paxlava
Al boyanmış yumurta, bir də səməni halva.
Plov üstə düzməli çay xanısı, ağ balıq-
Nəyin varsa gətir düz, olmaz varlığa darlıq.
Yemişi də yanında xurması, kişmişi var
Götür nəyi istəsən, xonçada var hər nübar.
Yanır rəngbərəng şamlar, niyyətlər hasil olsun,
Qulaq faılına çıxsan qəlbin xoş sözlə dolsun.
Od üstündən atlanmaq qoy çıxmasın yadından
Kimsə saxlayammasın səni bu inadından.
Bax, ev-eşik tər-təmiz , səliqə-sahmandı yer
Çoxlu pöhrə əkilmiş ürək istəyən qədər.
“Kosa-kosa” oyunu; qodu gəzsin, “dilənsin”
Cəmi-cümlə yığılsıın; desin, gülsün. əylənsin.
“İynəsalma” oyunu – bəxtin gülsün üzünə,
Oğlan nişan aparsın filankəsin qizına.
Papaq, torba atılsın qapılardan içəri, –
“Doldurmuşuq heybəni, çıx qəflətdən, gəl bəri.”
Qara zurna, ney səsi, yallı getsin cavanlar,
Çiçək qızlar önündə qurşaq tutsun oğlanlar.
Novruz gəlir, xoş gəlir, qəlbim gəlir riqqətə
Bir dənədir, təkcədir, layiqdir hər hörmətə!
Aldanma sən dinçinin sözünə, əməlinə
O, yalana təşnədir, salar səni felinə.
Gəl, sən də ey şarlatan, saxla fitvanı-zadı
Novruzu bizdən edən həşiri, qərardadı.
Yoxsa, güman edirsən kasıblıq əyir bizi,
Vermərik əlimizdən “qətl günü” Novruzu.
Zənn eləmə, yoxsuluq, varımız-mənimizdir,
Meydan.az-da Qeyd Edek, Novruz dünənimizdir!


  написано: 2021-03-17 00:22:05 


Təbiət boyanıb girir min dona,
Ağaclar hörmətlə baş əyir ona.
Kədər, qüssə tükənib gəlir sona,
Xoş qədəmlə bu elə novruz gəlir.

Naxış vurur novruz çəmənə, dağa,
Bol meyvələr hədiyyə edir bağa,
Ruzi, bərəkətlə gəlir bu torpağa,
Xoş qədəmlə bu elə novruz gəlir.

Xalqımız sevinib şənlik edirlər,
Əl-ələ verirlər, yallı gedirlər.
Bayramınız mübarək olsun deyirlər,
Xoş qədəmlə bu elə novruz gəlir.

Süfrələrə naz neymətləri düzək,
Badələrə sevgi şərbəti süzək.
Kədərli ömürdən əlimizi üzək,
Xoş qədəmlə bu elə novruz gəlir.

Şamları yandıraq arzular tutaq,
Dərdlə vidalaşıb dərdi unudaq,
Gülər üzlə novruzu qarşılayaq,
Xoş qədəmlə bu elə novruz gəlir.

  написано: 2021-03-14 17:27:20 

Novruz gəlir yurduma
Yer-Göy necə şad olur.
Küskün düşən ürəklər –
Könüllər abad olur.

Yaşıllaşıb yenə də,
Təbiət cuşa gəlib.
Nə xoşdur Vətənimə
Bayramlar qoşa gəlib.

İlaxır Çərşənbənin
Bir başqadır növrağı.
Əski dünyadan gəlir,
Onun səsi-sorağı.

Bu bayrama çatan yox,
Girsin bəhsə, yarışa.
Heyran qalmamaq olmur
Bu nəcib yaranışa.

Allahın möcüzəsi,
Görkəzməsi bəlkə də.
Hələ belə bayram yox,
Nə diyarda, ölkədə.

  написано: 2021-03-14 15:49:57 

xoncaya qoydum baligi
al boyadim ortaligi
gerdise sal calmaligi
cunki gelibdi novruz
xos kececekdi novruz

sufreye qoy simuzeri
elave eyle sekeri
cunki gelibdi novruz
xos kececekdi novruz


atese sep uzerliyi
qarniyariq bezerliyi
cunki gelibdi novruz
xos kececekdi novruz



Вы не авторизованы