Форум WWW.MEYDAN.AZ » Идеи и предложения » Законы проекта WWW.MEYDAN.AZ (Nümunə)
0
Автор Тема: Законы проекта WWW.MEYDAN.AZ (Nümunə) [Перемещен]
  0 / -0    написано: 2021-03-07 16:51:55 

1. Qəhrəmanın (Personajın) qeyri düzgün qeydiyyatı ilə bağlı qanun pozuntuları.

1.1. WWW.MEYDAN.AZ qeydiyyat anketinin doldurulamsı zamanı doğum tarixinin və ya cinsiyyətin qeyri düzgün göstərilməsi.

Ceza: Türmə (Çıxış komm. bölmə)

1.2.
Qəhrəmanın (Personajın) qeydiyyatı zamanı mövcud olmayan və ya digər şəxsə məxsus elektron poçt ünvanını göstərmək qadağandır.

Ceza: Türmə (Çıxış komm. bölmə)

1.3.
Qəhrəmandan (Personajdan) yalnız onu qeydiyyatdan keçirmiş oyunçu (istifadəçi) istifadə edə bilər. Qalan bütün hallar şifrənin üçüncü şəxsə ötürülməsi kimi qəbul olunur və qəti qadağandır.

Ceza:BLOK

1.4.
Qəhrəmanın (Personajın) qeydiyyatı zamanı istifadəçi adında (Login, nik) qeyri normatıv leksika, üstüörtülü təhqir, irqçilik, milliyyətçilik, narkotiklərin təbliği, dini və siyasi təbliğat, həmçinin, WWW.MEYDAN.AZ –a aidiyyatı olmayan bütün növ reklam xarakterli ifadələrin istifadə olunması qadağandır.

Ceza:BLOK

1.5.
Administrasiyanın xüsudi seçilmiş istifadəçi adlarına (Login, nik) bənzər adlardan istifadə etmək (Plagiatlıqla məşğul olmaq) qadağandır.

Ceza: Türmə (Çıxış komm. bölmə)

2. Bir neçə qəhrəmanın (Personajın) qeydiyyatı ilə bağlı pozuntular.

2.1. Hər bir şəxsə (istifadəçiyə) WWW.MEYDAN.AZ –da siğorta olunmamış birdən artıq qəhrəman (Personaj) qeydiyyatdan keçirmək qəti qadağandır.

Ceza: Xaos , Digər açılan qəhrəman Blok

2.2. Bir komputerdən, İP-dən
(Internet Protocol) bir qəhrəmandan (Personajdan) artıq qəhrəman oyuna daxil olursa, bu qəhrəmanların sahibləri anketdə haqiqi məlumatı
göstərməlidirlər, həmçinin bunu qəhrəman haqda məlumatda qeyd
etməlidirlər.

Ceza: Xaos 15 gündən 30 günə kimi

2.3. Bir komputerdən daxil olan qəhrəmanların (Personajların) eyni tərəfdən və ya öz aralarinda küçirilmiş döyüşlər qanunsuz döyüşlər hesab
olunur, əlavə qəhrəmanlar isə "MULT” kimi qəbul olunur.

Ceza: Xaos 15 gündən 30 günə Kimi

3. Döyüşün nəticəsi haqqında razılaşma ilə bağlı pozuntular .

3.1.
Döyüşün nəticəsi haqqında oyunçular (İstifadəçilər) arasında
razılaşma (qələbə/məğlubiyyət) qadağandır və bu cür döyüşlər qanunsuz
döyüşlər hesab olunur.

Ceza: Xaos 30 gündən başlayaraq

3.2. Oyunçuların (istifadəçilərin)
digər oyunçulara döyüşün əvvəlcədən nəticəsi (qələbə/məğlubiyyət)
haqqında birtərəfli və ya qarşılıqlı şəkildə həmçinin pulla təkliflər
etməsi qadağandır.

Ceza: Xaos 30 gündən başlayaraq

4. Qanunsuz maliyyə əməliyyatları.

4.1.
Oyunçunun (İstifadəçinin) digər oyunçulara müftə (havayı) olaraq oyunun pul vahidlərini, əşyalarını ötürməsi və həmçinin qəbul edilməsi qadağandır. Yalnız WWW.MEYDAN.AZ -ın administrasiyası tərəfindən mərhələyə görə təyin olumuş limit çərçivəsində hədiyyələr və oyunçular arasında bağlanmış müqavilə (saziş) əsasında ötürmələr istisnalar təşkil edir. Əks halda ötürmələr qanunsuz əməliyyatlar hesab olunur.

Ceza: Xaos (çıxış komm. bölmə vasitəli ilə)

4.2. WWW.MEYDAN.AZ –ın komisyon dükanlarında yerləşdirilmiş əşyaların faktiki qiymətinən dəfələrlə ucuz və ya baha satılması.

Ceza: Xaos 7 gündən 15 günə kimi

5. Qeyri normativ leksikanın (o cümlədən üstüörtülü təhqir) istifadəsi.

5.1. WWW.MEYDAN.AZ –ın oyun çatında qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanin istifadəsi qadağandır.

Ceza: 45 dəq. başlayaraq 6 saata kimi

5.2. WWW.MEYDAN.AZ forumunda qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanin istifadəsi qadağandır.

Ceza: 6 saatdan 12 saata kimi

5.3. Döyüşlərə ərizə verən zaman istifadə olunan şərhlərdə qeyri normativ leksikanın istifadəsi qadağandır.

Ceza: 45 Deq 1 saata kimi

5.4. Hədiyyələrin üzərindəki qeydlərdə qeyri normativ və reklam xarakterli leksikanin istifadəsi qadağandır.

Ceza: Xaos (işin halına görə blok)

5.5.
Qəhrəman (Personaj) haqda məlumatda (Anketdə), həmçinin xanlıq tərkibində olan qəhrəmanlara təyin olunmuş vəzifələrin qeydlərində qeyri normativ və reklam xarakterli leksikanı istifadə etmək qadağandır .

Ceza: Xaos 15 gün (işin halına görə blok)

5.6. WWW.MEYDAN.AZ dəmirçixanasında əşyaların oyması zamanı qeyri normativ və reklam xarakterli leksikanın istifadəsi qadağandır.

Ceza: Xaos 15 gün (işin halına görə blok)

5.7. WWW.MEYDAN.AZ poçtu
vasitəsi ilə ünvanlanmış məktublarda və həmçinin oyunçular
(istifadəçilər) tərəfindən qeyd oluna biləcək bütün növ qeydiyyat
vasitələrində qeyri normativ və reklam xarakterli leksikanin istifadesi qadağandır.

Ceza: Xaos 15 gün (işin halına görə blok)

6. Dələduzluq, oyunçuların (istifadıçilərin) aldadılması.

6.1.
İcarə, kredit və ya ticarət razılaşmasının həyata keçirilməsi zamanı öhdəliklərin pozulması, həmçinin digər əmlakın oğlurlanması
dələduzluq hesab olunur və qadağandır.

Ceza: Xaos (çıxış komm. bölmə vasitəsi ilə)

6.2. Hər bir kommersiya razılaşmasının həyata keçirilməsinə lisenziyanin olmamasi, həmçinin
lisenziyasiz lisenziya tələb edən kommersiya fəaliyyetinin həyata
keçirilməsi qadağandır.

Ceza: Xaos 6 Aydan 12 aya Kimi

6.3. Oyunçulara (İstifadəçilərə) yalan vədlər verərək istifadəçilərinə
(personajlarina) məxsus şəxsi
isformasiyanın (Şifrələrin, qeydiyyatdan keçirdiyi elektron ünvanın) ötürülməsini təklif etmək.

Ceza: Blok

6.4. WWW.MEYDAN.AZ –ın
administrasiyasının (müdiriyyətinin ) adindan istifadə edərək yalan
vədlər vermək, oyunçularin (istifadeçilerin) aldadilmasi.

Ceza: Blok

6.5. WWW.MEYDAN.AZ -da dilənçilik (Bilərəkdən xahiş etmək) dələduzluğa bərabərdir ve qadağandır.

Ceza: 6 saatdan 12 saata qədər

6.6 WWW.MEYDAN.AZ –a aid olmayan mövzularda suallar yazaraq "Стражи порядка” –nın işinə mane olmaq dələduzluq kimi qebul olunur ve qanun pozuntusudur.

Ceza: 6 Saatdan 12 saata qədər

7. Zorla alma (zorakiliq), hədə-qorxu, Şantaj.

7.1. WWW.MEYDAN.AZ -da istenilen növ şantaj və zorla alma (zorakiliq), hədə-qorxu qəti qadagandir.

Ceza: 24 Saatdan 2 günə

7.2. Digər oyunçulara mənəvi və maddi zərər verə biləcək məlumatların yayilmasi qadagandir.

Ceza: Xaos 30 günlük

7.3. Real heyatda zorakiliq hərəkətlərinə çağırış və fiziki hesablaşma hədəsi qadagandir.

Ceza:24 saatdan 48 saata Kimi

7.4.
Oyunçunun (istifadəçinin) özünün və ya digər oyunçuların şəxsiyyətini aydınlaşdıra biləcək her hansi bir
informasıyanın (qeydiyyatda olduğu və ya yaşayış yerinin ünvanı,
telefon ve qeydiyyat nömrələrive s.) WWW.MEYDAN.AZ –da mövcud olan bütün növ ünsiyyət vasitelerinden istifade edərək yayilmasi qadagandir.

Ceza:24 saatdan 48 saata kimi

8. Mühakimə icraatina mane olan hərəkətlər.

8.1. WWW.MEYDAN.AZ -ın administrasiyasinin (müdiriyyətinin) ve ya "Стражи порядка” -nin iş fəaliyyətinin bütün npv ünsiyyət, qeydiyyat vasitələri ilə müzakirəsi qəti qadağandır. Yalniz WWW.MEYDAN.AZ -in forumunda xususi yaradılmış "Жалоба” bölməsində şikayətlər istisnadir.

Ceza: 30 Deq 2 saata Kimi

8.2. WWW.MEYDAN.AZ -in administrasiyasinin (müdiriyyətinin) cə ya "Стражи порядка” -nin
aldadilmasi, yalan ifadelerin (melumatlarin) verilməsi, xususi
hazirlanmiş (düzəlmiş) təsiqedici sənədlərin təqdim olunmasi.

Ceza: Xaos 1 ayliq

8.3. Hakimiyyet nümayəndələtinin bilərəkdən aldadilmasi, hakimiyyet orqanlarina lazimi melumatin təqdim olunmasindan imtina.

Cəza: Xaos 15 gün

8.4. WWW.MEYDAN.AZ -in administrasiyasinin (mudiriyyetinin) ve ya "Стражи порядка” -ni pul ile ele alma cehdi.

Ceza:XAOS 30 Gunluk

8.5. "Стражи порядка” -ni məlumatın yayilmasina, xidmeti səlahiyyətlərin aşılmasına məcbur etme cəhdi, o cumleden hədə-qorxu yolu ile.

Ceza: Xaos 12 aydan Bloka qədər

8.6. Böhtan, təhqirdə ittiham, zorakiliq haqqinda bilerekden "Стражи порядка” –a yanliş melumatın verilmesi (sitatin modifikasiyasi) və ya melumatin hər hansi bir vasite ile saxtalaşdırılması.

Ceza: Xaos 15 gün

9. WWW.MEYDAN.AZ serverlərinin proqram təminətı səhvlərinin istifadəsi.

9.1. WWW.MEYDAN.AZ -in
administrasiyasindan (mudiriyyetinden) proqram sehvlerinin olmasi
haqqinda melumatin gizledilmesi ve ondan istifade olunmasi qadagandir.

Ceza:BLOK

9.2. Məzmunu komputerin işində dayanmalara səbəb olan veb-saytlara istinadlarin yayilmasi qadagandir.

Ceza:BLOK

9.3. Mezmunu WWW.MEYDAN.AZ qəhrəmanlarının
(personajlarinin) daxil olma parollarının qanunsuz yolla alinmasi məqsədi
daşıyan veb-saytlara istinadlarin yayilmasi qadagandir.

Ceza:BLOK

9.6. Ogurlama ve ya qehremana (personaja) maddi ve ya menevi zererin yetirilməsi məqsədi ile WWW.MEYDAN.AZ qehremanlarin sındırılması qəti qadagandir.

Ceza:BLOK

10. "Стражи порядка” -nin səlahiyyətlərini aşması.

10.1.
Rushvetin alinmasi ("Стражи порядка” -a terefinden rushvetin bilavasite
ve ya vasitechi vasitesi ile pul sheklinde (WWW.MEYDAN.AZ ve ya diger
oyunda istifade olunan oyun pullari, hemchinin real pullar) əşya
şəklində, diger əmlak və ya rüşvət verən və ya onun təmsil edən şəxs
xeyrine hərəkətlər (hərəkətsizlik).

Ceza: Xaos 6 aydan 12 aya Kimi

10.2. Xidməti məlumatın yayilmasi.

Ceza: Xaos 1 Aydan 6 Aya kimi

10.3.
Casusluq (shpionaj) (öz maraqları üçün vəya ümumilikdə WWW.MEYDAN.AZ
layihesine zərər verə biləcək WWW.MEYDAN.AZ -in administrasiyasinin
(mudiriyyetinin) ziyanina istifade etmek məqsədi ilə məxfi məkumatın
ötürülməsi, yığılması, oğurlanması, saxlanmasi).

Ceza: BLOK

10.4. Vezife
səlahiyyətlərinin sui istifadəsi ("Стражи порядка” -a terefinden
WWW.MEYDAN.AZ layihesinin maraqlarinin ve ya "Стражи порядка” -nin
maraqlarinin əksinə öz xidmeti vəzifələrinin istifadesi).

Ceza: Xaos 1 Aydan 6 aya kimi

10.5.
Vezife selahiyyetlerinin aşması ("Стражи порядка” -a tərəfindən öz
səlahiyyətlərinə daxil olmayan hərəkətklərin yerinəı yetirilməsi).

Ceza: Xaos1 Aydan 6 Aya kimi

10.6.
Səhlənkarlıq (xidmətə səhlənkar ve ya diqqetsiz yanaşması nəticəsində
"Стражи порядка” -lar tərəfindən oz vezife borcunun yerine yetirilməməsi
ve ya oz işlərinə laqeyd yanashma).

Ceza: Xaos 1 Aydan 3 Aya kimi

10.7. Əmrə tabe olmama (Vəzifəcə, Rütbəcə oözündən böyük və ya bir başa tabeçiliyində olduğu
"Стражи порядка” –nin əmrlərinə, göstərişlərinə tabe olmamaq, boyun
qaçırmaq).

Ceza: Xaos1 Aydan 3 Aya kimi

11. Digər qanun pozuntuları.

11.1. WWW.MEYDAN.AZ –a, onun administrasiyasina (müdiriyyətinə) həmçinin"Стражи порядка” –nin
ünvanına ve ya ünvansız olaraq birbaşa yaxud "üstü örtülü” şəkildə
təhqiramiz fikirler, ədəbsiz formada ifadələr, onlarin şərəf ve
ləyaqətinin alçaldılması.

Ceza: 12 Saatda 48 Saata kimi, 30 günlük Xaos

11.2. Istenilen oyunçunun
(istifadəçinin ), xanligin ünvanına vəya ünvansız olaraq birbaşa yaxud
"üstü örtülü” şəkildə təhqiramiz fikirlər, ədəbsiz formada ifadələr,
onlarin şərəf ve ləyaqətinin alçaldılması.

Ceza: 12 Saatda 48 Saata kimi

11.3. Qanunverici orqanin ve ya qanun icraçısı olan "Стражи порядка” –nin rəhbərliyinin fəyişməsinə açıq çağırışlar.

Ceza: 12 Saatda 24 Saata kimi

11.4. WWW.MEYDAN.AZ administrasiyasinin
(müdiriyyətinin)xüsusi razılığı olmadan oyunçunun (istifadəçinin) oz
qehremaninin (personajinin) ve ya hər hansi bir qehremanin istenilen
növ pul vahidi ile alqi-satqisi, hədiyyə olunmasi, dəyişdirilməsi, hər
hansi bir məqsədlə icareye verilməsi (həmçinin cəhd olunmasi da eyni
qanun pozuntusuna bərabərdir) qəti qadagandir.

Ceza:6 Saatda 24 Saata kimi, 3 gün xaos

11.5. WWW.MEYDAN.AZ -a aid olmayan əşyaların, xidmətlərin, real pul vahidlerinin WWW.MEYDAN.AZ oyun pullarina alış-satışı və ya WWW.MEYDAN.AZ oyun dunyasinin maddi resurslarina dəyişdirilmədi qadagandir.

Ceza:6 Saatda 12 Saata kimi, 3 gün xaos

11.6.
Qeyri oyun resurslarinin, alkoqolun, narkotik vasitələrin istenilen növ
reklam, intim xidmət növü gosterilmesi ilə əlaqədar reklam həmçinin WWW.MEYDAN.AZ –in
hazirki qanunlarina esasen proyektden istifadə edərək sadalanmayan
bütün fealiyyet növlərinin, xidmetlerin internetdə və ya real heyatda
reklami qəti qadagandir.

Ceza:1 Saatda 12 Saata kimi

11.7. Alternativ saytlarin reklami ve ya istənilə növ saytlarin reklami. Fəaliyyətindən asılı olmayaraq WWW.MEYDAN.AZ –a heç bir adiyyati olmayan bütün növ saytlara istinadlarin paylaşdırılması reklam kimi qebul olunur ve qəti qadagandir.

Ceza:BLOK

11.8. Alqı – Satqı ( Trade) yerində alıram , satıram , dəyişirəm və Qoraya çağırışdan başqa digər (xüsusi icazəsi olmayan ) bütün söhbətlər qadağandır.

Ceza: Birinci Defe rəsmi xəbərdarlıq, Təkrar Olunarsa 15 Deq

11.9. WWW.MEYDAN.AZ -in
çatında və forumunda flud/spam (eyni işarənin, hərflərin , simvollarin,
smayilin, sözün, cümlenin, uc dəfədən çox bir-birinin ardinca
təkrarlamaq).

Ceza:Birinci Defe Resmi Xeberdarlig Tekrar Olunarsa 15 Deq

11.10. WWW.MEYDAN.AZ -in
çatında sistem ismariclarinin, döyüşlərin ərizələrin, naim, xanliq
xidmətlərinin reklami ve ümumilikdə fealiyyet göstərməsinə WWW.MEYDAN.AZ administrasiyasi
(müdiriyyəti) trəfindən xüsusi ixazə verilən bütün növ xidmetin
reklaminin 5 deqiqe intervali saxlamadan dərc olunmasi.

Ceza: Birinci Defe Resmi Xeberdarlig Tekrar Olunarsa 15 Deq

11.11.
Xanliq saytlarinin ve xanliq xidmətlərinin birbaşa ve ya dolayi yolla
reklami Xanliq başçısı onun muavini ve xususi teyin olunmuş "Carçı”
–dan başqa qəhrəmanlar üçün qadagandir. Istisna WWW.MEYDAN.AZ
forumunda xususi ayrılmış "Ханства” bölməsində Xanliq saytlarinin
reklami təşkil edir.

Ceza:15 Deq 30 Deq Kimi

11.13. WWW.MEYDAN.AZ çatında
ve forumunda ünsiyyət zamani yalniz böyük hərflərdən (baş hərflər),
həmçinin bir sözdə böyük hərflərin ardıcıllığı isfitadə etmək
qadağandır.

Ceza: Birinci Defe Resmi Xeberdarlig Tekrar Olunarsa 15 Deq


  написано: 2021-03-07 19:51:06 

Maddələr tam azərbaycan hərflərlə qeyd olunub

  написано: 2021-03-07 19:48:37 

Shekinech tərəfindən qeyd olunmuş Законы проекта WWW.MEYDAN.AZ (Nümunə)sinin tərəfimdən bəzən düzəliş olunmuş qanunların formatı təqdim edirəm. Baxın və qərar verin.


1. Qəhrəmanın (Personajın) qeyri düzgün qeydiyyatı ilə bağlı qanun pozuntuları.

1.1. WWW.MEYDAN.AZ qeydiyyat zamanı doğum tarixinin və ya cinsiyyətin qeyri düzgün göstərilməsi, mövcud olmayan və ya digər şəxsə məxsus elektron poçt ünvanını göstərmək qadağandır.
Cəza: Xaos (Çıxış komm. bölmə)

1.2. Qəhrəmandan (Personajdan) yalnız onu qeydiyyatdan keçirmiş oyunçu (istifadəçi) istifadə edə bilər. Qalan bütün hallar şifrənin üçüncü şəxsə ötürülməsi kimi qəbul olunur və qəti qadağandır.
Cəza: BLOK

1.3. Qəhrəmanın (Personajın) qeydiyyatı zamanı istifadəçi adında (Login, nik) qeyri normatıv leksika, üstüörtülü təhqir, irqçilik, milliyyətçilik, narkotiklərin təbliği, dini və siyasi təbliğat, həmçinin, WWW.MEYDAN.AZ –a aidiyyatı olmayan bütün növ reklam xarakterli ifadələrin istifadə olunması qadağandır.
Ceza:BLOK

1.4. Administrasiyanın xüsusi seçilmiş istifadəçi adlarına (Login, nik) bənzər adlardan istifadə etmək (Plagiatlıqla məşğul olmaq) qadağandır.
Ceza: Xaos (Çıxış komm. bölmə)

2. Bir neçə qəhrəmanın (Personajın) qeydiyyatı ilə bağlı pozuntular.

2.1. Hər bir şəxsə (istifadəçiyə) WWW.MEYDAN.AZ –da siğorta olunmamış birdən artıq qəhrəman (Personaj) qeydiyyatdan keçirmək qəti qadağandır.
Ceza: Əsas qəhrəmana Xaos, Digər açılan qəhrəman Blok

2.2. Bir kompyuterdən, İP-dən (Internet Protocol) bir qəhrəmandan (Personajdan) artıq qəhrəman oyuna daxil olursa, bu qəhrəmanların sahibləri anketdə həqiqi məlumatı göstərməlidirlər, həmçinin bunu qəhrəman haqda məlumatda qeyd etməlidirlər.
Ceza: Xaos 15 gündən 30 günə kimi

3. Döyüşün nəticəsi haqqında razılaşma ilə bağlı pozuntular .

3.1. Bir kompyuterdən (İP-dən (Internet Protocol)) daxil olan qəhrəmanların (Personajların) eyni tərəfdən və ya öz aralarında köçürülmüş döyüşlər qanunsuz döyüşlər hesab olunur, əlavə qəhrəmanlar isə "MULT” kimi qəbul olunur.
Cəza: Xaos 30 gün

3.2. Qəhrəmanlar (İstifadəçilər) arasında danışılmış döyüşlər (qələbə/məğlubiyyət) qadağandır və bu cür döyüşlər qanunsuz döyüşlər hesab olunur.
Cəza: Xaos 30 gün

4. Qanunsuz maliyyə əməliyyatları.

4.1. Qəhrəmanın (İstifadəçinin) digər qəhrəmanlara müftə (havayı) olaraq oyunun pul vahidlərini, əşyalarını ötürməsi və həmçinin qəbul edilməsi qadağandır. Yalnız WWW.MEYDAN.AZ -ın administrasiyası tərəfindən mərhələyə görə təyin olumuş limit çərçivəsində hədiyyələr və qəhrəmanlar arasında bağlanmış müqavilə (saziş) əsasında ötürmələr istisnalar təşkil edir. Əks halda ötürmələr qanunsuz əməliyyatlar hesab olunur.
Cəza: Xaos (çıxış komm. bölmə vasitəli ilə)

4.2. WWW.MEYDAN.AZ –ın komisyon dükanlarında yerləşdirilmiş əşyaların faktiki qiymətindən dəfələrlə ucuz və ya baha satılması.
Cəza: Xaos 7 gündən 15 günə kimi

5. Qeyri normativ leksikanın (o cümlədən üstüörtülü təhqir) istifadəsi.

5.1. WWW.MEYDAN.AZ –ın oyun çatında qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanın istifadəsi qadağandır.
Cəza: Susma 45 dəq. başlayaraq 6 saata kimi

5.2. WWW.MEYDAN.AZ forumunda qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanın istifadəsi qadağandır.
Cəza: Forum susma 6 saatdan 12 saata kimi

5.3. Döyüşlərə ərizə verən zaman istifadə olunan şərhlərdə qeyri normativ leksikanın istifadəsi qadağandır.
Cəza: Xaos

5.4. Hədiyyələrin üzərindəki qeydlərdə qeyri normativ və reklam xarakterli leksikanın istifadəsi qadağandır.
Cəza: Xaos (işin halına görə blok)

5.5. Qəhrəman (Personaj) haqda məlumatda (Anketdə), həmçinin xanlıq tərkibində olan qəhrəmanlara təyin olunmuş vəzifələrin qeydlərində qeyri normativ və reklam xarakterli leksikanı istifadə etmək qadağandır.
Cəza: Xaos 15 gün (işin halına görə blok)

5.6. WWW.MEYDAN.AZ dəmirçixanasında əşyaların oyması zamanı qeyri normativ və reklam xarakterli leksikanın istifadəsi qadağandır.
Cəza: Xaos 15 gün (işin halına görə blok)

5.7. WWW.MEYDAN.AZ poçtu vasitəsi ilə ünvanlanmış məktublarda və həmçinin qəhrəmanlar (istifadəçilər) tərəfindən qeyd oluna biləcək bütün növ qeydiyyat vasitələrində qeyri normativ və reklam xarakterli leksikanin istifadəsi qadağandır.
Cəza: Xaos 15 gün (işin halına görə blok)

6. Dələduzluq, qəhrəmanların (istifadıçilərin) aldadılması.

6.1. İcarə, kredit və ya ticarət razılaşmasının həyata keçirilməsi zamanı öhdəliklərin pozulması, həmçinin digər əmlakın oğlurlanması dələduzluq hesab olunur və qadağandır.
Cəza: Xaos (çıxış komm. bölmə vasitəsi ilə)

6.2. Hər bir kommersiya razılaşmasının həyata keçirilməsinə lisenziyanın olmaması, həmçinin lisenziyasız lisenziya tələb edən kommersiya fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Cəza: Xaos 6 aydan 12 aya Kimi

6.3. Qəhrəmanlara (İstifadəçilərə) yalan vədlər verərək istifadəçilərinə (personajlarina) məxsus şəxsi
informasiyanın (Şifrələrin, qeydiyyatdan keçirdiyi elektron ünvanın) ötürülməsini təklif etmək.
Cəza: Blok

6.4. WWW.MEYDAN.AZ –ın administrasiyasının (müdiriyyətinin ) adından istifadə edərək yalan vədlər vermək, qəhrəmanlarin (istifadeçilerin) aldadılması.
Cəza: Blok

6.5. WWW.MEYDAN.AZ -da dilənçilik (Bilərəkdən xahiş etmək) dələduzluğa bərabərdir və qadağandır.
Cəza: Susma 6 saatdan 12 saata qədər

6.6 WWW.MEYDAN.AZ –a aid olmayan mövzularda suallar yazaraq "Стражи порядка” –nın işinə mane olmaq dələduzluq kimi qəbul olunur və qanun pozuntusudur.
Ceza: Susma 6 saatdan 12 saata qədər

7. Zorla alma (zorakılıq), hədə-qorxu, Şantaj.

7.1. WWW.MEYDAN.AZ -da istənilən növ şantaj və zorla alma (zorakılıq), hədə-qorxu qəti qadağandır.
Cəza: Susma 24 saatdan 2 günə

7.2. Digər qəhrəmanlara mənəvi və maddi zərər verə biləcək məlumatların yayılması qadağandır.
Cəza: Xaos 30 günlük

7.3. Real həyatda zorakılıq hərəkətlərinə çağırış və fiziki hesablaşma hədəsi qadağandır.
Cəza: Susma 24 saatdan 48 saata Kimi

7.4. Oyunçunun (istifadəçinin) özünün və ya digər qəhrəmanların şəxsiyyətini aydınlaşdıra biləcək hər hansı bir informasıyanın (qeydiyyatda olduğu və ya yaşayış yerinin ünvanı, telefon və qeydiyyat nömrələri və s.) WWW.MEYDAN.AZ –da mövcud olan bütün növ ünsiyyət vasitələrindən istifadə edərək yayılması qadağandır.
Cəza: Susma 24 saatdan 48 saata kimi

8. Mühakimə icraatına mane olan hərəkətlər.

8.1. WWW.MEYDAN.AZ -ın administrasiyasinin (müdiriyyətinin) və ya "Стражи порядка” -nın iş fəaliyyətinin bütün növ ünsiyyət, qeydiyyat vasitələri ilə müzakirəsi qəti qadağandır. Yalnız WWW.MEYDAN.AZ -in forumunda xususi yaradılmış "Жалоба” bölməsində şikayətlər istisnadır.
Cəza: Susma 30 dəqiqədən 2 saata kimi

8.2. WWW.MEYDAN.AZ -in administrasiyasinin (müdiriyyətinin) və ya "Стражи порядка” -nın aldadılmasi, yalan ifadələrin (məlumatların) verilməsi, xususi hazırlanmış (düzəlmiş) təsdiqedici sənədlərin təqdim olunması.
Cəza: Xaos 1 ay

8.3. Hakimiyyət nümayəndələrinin bilərəkdən aldadılmasi, hakimiyyət orqanlarına lazımi məlumatın təqdim olunmasından imtina.
Cəza: Xaos 15 gün

8.4. WWW.MEYDAN.AZ -in administrasiyasının (mudiriyyətinin) və ya "Стражи порядка” -ni pul ilə ələ alma cəhdi.
Cəza: Xaos 30 gün

8.5. "Стражи порядка” -ni məlumatın yayılmasına, xidməti səlahiyyətlərin aşılmasına məcbur etmə cəhdi, o cümlədən hədə-qorxu yolu ilə.
Cəza: Xaos 12 aydan Bloka qədər

8.6. Böhtan, təhqirdə ittiham, zorakılıq haqqında bilərəkdən "Стражи порядка” –ya yanlış məlumatın verilməsi (sitatin modifikasiyası) və ya məlumatın hər hansı bir vasitə ilə saxtalaşdırılması.
Cəza: Xaos 15 gün

9. WWW.MEYDAN.AZ serverlərinin proqram təminatı səhvlərinin istifadəsi.

9.1. WWW.MEYDAN.AZ -in administrasiyasından (mudiriyyətindən) proqram səhvlərinin olması
haqqında məlumatin gizlədilməsi və ondan istifadə olunması qadağandır.
Cəza: BLOK

9.2. Məzmunu kompyuterin işində dayanmalara səbəb olan veb saytlara istinadların yayılması qadağandır.
Cəza: BLOK

9.3. Məzmunu WWW.MEYDAN.AZ qəhrəmanlarının (personajlarının) daxil olma parollarının qanunsuz yolla alınması məqsədi daşıyan veb saytlara istinadların yayılması qadağandır.
Cəza: BLOK

9.6. Oğurlama və ya qəhrəmana (personaja) maddi və ya mənəvi zərərin yetirilməsi məqsədi ilə WWW.MEYDAN.AZ qəhrəmanların sındırılması qəti qadağandır.
Cəza: BLOK

10. "Стражи порядка” -nın səlahiyyətlərini aşması.

10.1. Rüşvətin alınması ("Стражи порядка” -a tərəfindən rüşvətin bilavasitə və ya vasitəçi vasitəsi ile pul şəklində (WWW.MEYDAN.AZ və ya digər oyunda istifadə olunan oyun pulları, həmçinin real pullar) əşya
şəklində, digər əmlak və ya rüşvət verən və ya onun təmsil edən şəxs xeyrinə hərəkətlər (hərəkətsizlik).
Cəza: Xaos 6 aydan 12 aya kimi

10.2. Xidməti məlumatın yayilmasi.
Cəza: Xaos 1 aydan 6 aya kimi

10.3. Casusluq (shpionaj) (öz maraqları üçün və ya ümumilikdə WWW.MEYDAN.AZ layihəsinə zərər verə biləcək WWW.MEYDAN.AZ -in administrasiyasının (müdiriyyətinin) ziyanına istifadə etmək məqsədi ilə məxfi məlumatın ötürülməsi, yığılması, oğurlanması, saxlanması).
Cəza: BLOK

10.4. Vəzifə səlahiyyətlərinin sui istifadəsi ("Стражи порядка” -a tərəfindən WWW.MEYDAN.AZ layihəsinin maraqlarının və ya "Стражи порядка” -nın maraqlarının əksinə öz xidməti vəzifələrinin istifadəsi).
Cəza: Xaos 1 aydan 6 aya kimi

10.5. Vəzife səlahiyyətlərinin aşması ("Стражи порядка” -a tərəfindən öz səlahiyyətlərinə daxil olmayan hərəkətlərin yerinə yetirilməsi).
Cəza: Xaos 1 aydan 6 aya kimi

10.6. Səhlənkarlıq (xidmətə səhlənkar ve ya diqqətsiz yanaşması nəticəsində "Стражи порядка” -lar tərəfindən öz vəzifə borcunun yerinə yetirilməməsi və ya öz işlərinə laqeyd yanaşma).
Cəza: Xaos 1 aydan 3 aya kimi

10.7. Əmrə tabe olmama (Vəzifəcə, Rütbəcə özündən böyük və ya bir başa tabeçiliyində olduğu
"Стражи порядка” –nin əmrlərinə, göstərişlərinə tabe olmamaq, boyun qaçırmaq).
Cəza: Xaos 1 aydan 3 aya kimi

11. Digər qanun pozuntuları.

11.1. WWW.MEYDAN.AZ –a, onun administrasiyasına (müdiriyyətinə) həmçinin"Стражи порядка” –nın
ünvanına və ya ünvansız olaraq birbaşa yaxud "üstü örtülü” şəkildə təhqiramız fikirlər, ədəbsiz formada ifadələr, onların şərəf və ləyaqətinin alçaldılması.
Cəza: Susma 12 saatdan 48 saata kimi, 30 günlük Xaos

11.2. İstənilən oyunçunun (istifadəçinin), xanlığın ünvanına və ya ünvansız olaraq birbaşa yaxud "üstü örtülü” şəkildə təhqiramız fikirlər, ədəbsiz formada ifadələr, onların şərəf ve ləyaqətinin alçaldılması.
Cəza: Susma 12 saatdan 48 saata kimi

11.3. Qanunverici orqanın və ya qanun icraçısı olan "Стражи порядка” –nın rəhbərliyinin dəyişməsinə açıq çağırışlar.
Cəza: Susma 12 saatdan 24 saata kimi

11.4. WWW.MEYDAN.AZ administrasiyasının (müdiriyyətinin) xüsusi razılığı olmadan oyunçunun (istifadəçinin) öz qəhrəmanının (personajının) və ya hər hansı bir qəhrəmanın istənilən növ pul vahidi ilə alqı-satqısı, hədiyyə olunması, dəyişdirilməsi, hər hansı bir məqsədlə icarəyə verilməsi (həmçinin cəhd olunması da eyni qanun pozuntusuna bərabərdir) qəti qadağandır.
Cəza: Susma 6 saatdan 24 saata kimi, 3 gün xaos

11.5. WWW.MEYDAN.AZ -a aid olmayan əşyaların, xidmətlərin, real pul vahidlərinin WWW.MEYDAN.AZ oyun pullarına alış-satışı və ya WWW.MEYDAN.AZ oyun dunyasının maddi resurslarına dəyişdirilməsi qadağandır.
Cəza: Susma 6 saatdan 12 saata kimi, 3 gün xaos

11.6. Qeyri oyun resurslarının, alkoqolun, narkotik vasitələrin istənilən növ reklam, intim xidmət növü göstərilməsi ilə əlaqədar reklam həmçinin WWW.MEYDAN.AZ –ın hazırki qanunlarına əsasən proyektdən istifadə edərək sadalanmayan bütün fəaliyyət növlərinin, xidmətlərin internetdə və ya real həyatda reklamı qəti qadağandır.
Cəza: Susma 1 saatdan 12 saata kimi

11.7. Alternativ saytların reklamı və ya istənilən növ saytların reklamı. Fəaliyyətindən asılı olmayaraq WWW.MEYDAN.AZ –a heç bir aidiyyatı olmayan bütün növ sayt istinadların paylaşdırılması qəti adağandır.
Cəza: BLOK

11.8. Alqı – Satqı ( Trade) yerində alıram , satıram, dəyişirəm və Qoraya çağırışdan başqa digər (xüsusi icazəsi olmayan ) bütün söhbətlər qadağandır.
Cəza: Birinci Dəfə rəsmi xəbərdarlıq, Təkrar Olunarsa susma 15 dəq.

11.9. WWW.MEYDAN.AZ -in çatında və forumunda flud/spam (eyni işarənin, hərflərin, simvolların, smaylin, sözün, cümlənin, üç dəfədən çox bir-birinin ardinca təkrarlamaq).
Cəza: Birinci Dəfə rəsmi xəbərdarlıq, Təkrar Olunarsa susma 15 dəq.

11.10. WWW.MEYDAN.AZ -ın çatında sistem ismariclarinin, döyüşlərin ərizələrin, naim, xanlıq xidmətlərinin reklamı və ümumilikdə fəaliyyət göstərməsinə WWW.MEYDAN.AZ administrasiyasi
(müdiriyyəti) tərəfindən xüsusi icazə verilən bütün növ xidmətin reklamının 5 dəqiqə intervalı saxlamadan dərc olunması.
Cəza: Birinci Dəfə rəsmi xəbərdarlıq, Təkrar Olunarsa susma 15 dəq.

11.11. Xanlıq saytlarının ve xanlıq xidmətlərinin birbaşa və ya dolayı yolla reklamı Xanlıq başçısı onun muavini və xüsusi təyin olunmuş "Carçı” –dan başqa qəhrəmanlar üçün qadağandır. İstisna WWW.MEYDAN.AZ forumunda xüsusi ayrılmış "Ханства” bölməsində Xanlıq saytlarının reklamı təşkil edir.
Cəza: Susma 15 dəqiqədən 30 dəqiqəyə kimi

11.13. WWW.MEYDAN.AZ çatında və forumunda ünsiyyət zamani yalnız böyük hərflərdən (baş hərflər),
həmçinin bir sözdə böyük hərflərin ardıcıllığı isfitadə etmək qadağandır.
Cəza: Birinci Dəfə rəsmi xəbərdarlıq, Təkrar Olunarsa susma 15 dəq.



  написано: 2021-03-07 16:52:12 

Maddə 1 1.1, 1.2, 1.5-ci bəndlərində blok cəzaları Türmə ilə əvəzlənsin. Çıxış Komm. bölməyə tapşırılsın. Həmin xətaları komm. bölmə ilə blok olmadan aradan qaldırmaq olar. Bütün bəndlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 2 Bütün bəndlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi, 2.3 ləğv olunaraq 2.4-cü maddəyə birləşdirildi. Eyni xətanın tərkib hissələridir. Sadəcə olaraq 2.4 daha ətraflı şəkildə yazılıb.

Maddə 3 Bütün bəndlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi və cəza müddətləri artırıldı (Xətanın mahiyyətinə görə)

Maddə 4 4.1 maddədə cəza müddəti artırıldı və çıxış komm. bölməyə tapşırıldı. Çünki çıxış yalnız göndərilmiş əşya vəya pul vahidləri geri qaytarıldıqda mümkün olmalıdır. 4.2 ləğv edildi. Çünki əvvəlki (4.1) maddədə ətradlı və geniş izah verilib. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 5 5.4-5.7 maddələri susma cəzası minimal xaosla və işin halına görə blokla əvəzləndi. Maddələrə "Reklam xarakterli" sözləri əlavə olundu. Susma bu bəndlərə aid edilməməlidir. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 6 6.1 bəndində cəza artırıldı və çıxış komm. otdel vasitəsi ilə edildi. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 7 7.4də "bütün növ qeydiyyatvasitelerinden" sözü "bütün növ ünsiyyət vasitelerinden" sözü ilə əvəzləndi. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 8 Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 9 9.1-ci maddə ləğv olunaraq 9.2-tə birləşdirildi. 9.2-ci eyni maddədi və ətraflı yazılıb. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 10 10.1 ləğv edilərək 10.2 ilə əvəzləndi. Cəza dəyişdirilb 10.2-nin cəzası təyin edildi. 10.2 eyni məzmundur və daha ətraflı yazılıb. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Maddə 11 Maddə 11.1 xaos müddəti artırıldı. Bütün bənlərdə hərflər Azərbaycan hərfləri ilə əvəzləndi.

Вы не авторизованы