Форум WWW.MEYDAN.AZ » Законы проекта WWW.MEYDAN.AZ » WWW.MEYDAN.AZ Layihəsinin qanunları
Автор Тема: WWW.MEYDAN.AZ Layihəsinin qanunları
  0 / -0    написано: 2024-03-27 21:08:48 

İlkin anlayışlar:


✍ Qanunları bilməmək sizi məsuliyyətdən azad etmir.
✍ www.meydan.az layihəsinin qanunları heç bir halda müzakirə oluna bilməz və bu qanunlara istisnasız olaraq bütün oyunçular riayət etməlidir.
✍ Döyüşçünü idarə edən şəxsin kimliyindən asılı olmayaraq qanun pozuntusu müşahidə edildikdə döyüşçü özü məsuliyyətə cəlb edilir və bütün hərəkətlərə görə qanun çərçivəsində cavab verir.
✍ Layihədə qanun nümayəndələri vardır hansı ki, Administrasiya tərəfindən bu qurum yaradılıb. Forumdakı “Şikayətlər” bölməsi istisna olmaqla qanun nümayəndələrinin fəaliyyəti heç bir halda müzakirə oluna bilməz.
✍ Qanun nümayəndələrinin fəaliyyəti www.meydan.az layihə qanunlarına əsaslanır və tətbiq olunmuş cəzaya görə forumda cəzanı tətbiq edən qanun keşikçisi barədə hər bir döyüşçünün şikayət etmək hüququ vardır.
✍ Döyüşçüyə verilmiş cəza sonrakı fəaliyyətə görə dəyişdirilə (azaldıla və ya çoxaldıla) bilər.
✍ www.meydan.az layihəsinin qanunları Administrasiya tərəfindən tərtib edilir və sonrakı müddət ərzində müəyyən səbəblərə əsasən dəyişdirilə və yaxud təkmilləşdirilə bilər.



Layihənin qanunları:

1. Qeydiyyat zamanı aşkar edilən qanun pozuntuları:

1.1 Tərkibində oyun prosesində iştirak edən şəxsləri və ya Adminstrasiyanı təhqir edən sözlər olan ləqəblər (loginlər), nəzakətsiz, əxlaqsız leksika, təhqir qadağandır.
Cəza: Blok



2. Anket məlumatlarının doldurulmasında aşkar edilən qanun pozuntuları:

2.1 Qeyri-etik ifadələr, ünvanlı şəkildə təhqir və söyüşlər yazmaq qəti qadağandır.
Cəza: Anketin bağlanılması

2.2 Narkotiklərin reklamı, küçə təbliğatı qadağandır.
Cəza: Anketin bağlanılması

2.3 Dini və siyasi təşviqat aşılanması, millətlərarası və dini ədavətin, həmçinin, terrorçuluq fəaliyyətinin qızışdırılmasına dair təbliğat qadağandır.
Cəza: Anketin bağlanılması

2.4 Administrasiya və ya oyun prosesində iştirak edənləri təhqir edən ifadələr qadağandır.
Cəza: Anketin bağlanılması və sürgün (3/7 gün)

2.5 Digər web səhifələr, layihəyə aid olmayan reklam qadağandır. (Layihəyə zidd olmayan Youtube, Facebook kimi saytların keçidləri istisnadır)
Cəza: Anketin bağlanılması və susma (1 saat)

2.6 Real həyatda qisasçılıq təhdidləri məqsədilə anketdə nömrə yazmaq, müxtəlif növ şəxsiyyəti aydınlaşdıran məlumat yerləşdirmək qadağandır.
Cəza: Anketin bağlanılması, susma (24 saat) və sürgün (3/7 gün)

2.7 Anketdə layihənin işləməsinə xələl gətirə biləcək nüansları yazmaq qadağandır.
Cəza: Anketin bağlanılması və xəbərdarlıq. Xəbərdarlığa məhəl qoyulmadığı halda sürgün (3/7 gün)

2.8 Real pullarla döyüşçülərə alış/satış xidmətlərinin təklifi qadağandır.
Cəza: Anketin bağlanılması və sürgün (30 gün)



3. Çat və forumda aşkar edilən qanun pozuntuları:

3.1 Layihədə istənilən döyüşçünün təhqiri, etikadan kənar danışıq, əxlaqsız davranış qadağandır.
Cəza: Susma (1 saat), təkrar olunsa susma artırılır.

3.2 İrqçilik, milliyyətçilik , dini və siyasi təşviqat qadağandır.
Cəza: Susma (6 saat)

3.3 Real həyatda qisasçılıq təhdidləri məqsədilə ümumi çatda nömrə yazmaq, hədə-qorxu gəlmək qadağandır.
Cəza: Susma (24 saat) və sürgün (3/7 gün), təkrar olunsa susma (2 gün) və sürgün (7 gün)
Qeyd: Əgər döyüşçü ay ərzində 10 dəfədən çox bu qaydanı pozursa susma (7 gün) və sürgün (2 ay)

3.4 Dövlət hakimiyyətinin mənafeyinə toxunan danışıqlar, mitinqlərə, təxribat xarakterli dövlət qanunlarını pozmağa dəvət edilən çağırışlar qadağandır.
Cəza: Susma (12 saatdan başlayaraq)

3.5 Seksual təzyiq, pornoqrafik materialların yayılması, intim əlaqə təklifi qadağandır.
Cəza: Susma (12 saatdan başlayaraq)

3.6 Çatın alqı-satqı (Торговля) hissəsində “alıram”, “satıram” və yaxud “dəyişirəm” tipli yazılardan başqa digər (xüsusi icazəsi olmayan) bütün söhbətlər qadağandır.
Cəza: Birinci dəfə xəbərdarlıq, təkrar olunsa susma (15 dəqiqə)

3.7 Ümumi çatda və yaxud forumda hər hansı online layihələrin müzakirəsi və ya reklamı qadağandır.
Cəza: Susma (1 saatdan başlayaraq)

3.8 Ümumi çatda və ya forumda (“Жалобы” / “Şikayətlər” bölməsi istisnadır) qanun keşikçiləri və ya Administrasiyanın fəaliyyətinin müzakirəsi qadağandır.
Cəza: Susma (6 saat)

3.9 Ümumi çatda www.meydan.az layihəsinin qanunlarını pozan təkliflər, yəni danışılmış döyüşlər, parolun ikinci bir şəxsə ötürülməsi qadağandır.
Cəza: Susma (6 saat), təkrar olunduğu halda sürgün (7 gün)

3.10 Ümumi çatda digər web səhifələr, layihəyə aid olmayan saytların reklam olunması qadağandır. (Layihəyə zidd olmayan Youtube, Facebook kimi saytların keçidləri istisnadır)
Cəza: Susma (12 saat), təkrar olunduğu halda susma (24 saat) və sürgün (7/15 gün)



4. Döyüşçü ilə əlaqədar aşkar olunan qanun pozuntuları:

4.1 Bir şəxsin iki və daha çox döyüşçü qeydiyyatdan keçirməsi qadağandır.
Cəza: Əsas döyüşçü sürgün (7/30 gün), əlavə açılmış döyüşçülər isə blok.

4.2 Əvvəlcədən deyil, döyüşün sonunda heç-heçə nəticəsi ilə döyüşün bitirilməsi barədə sövdələşmək istisna olmaqla, digər əvvəlcədən sövdələşdirilmiş döyüşlər keçirtmək qadağandır.
Cəza: Sürgün (15/30 gün)

4.3 Başqa döyüşçülərə sahiblənmək üçün vasitələr, oğurluq və dələduzluq etmək qadağandır.
Cəza: Blok

4.4 Çatın alqı-satqı (Торговля) hissəsində müxtəlif əməliyyatlar edən döyüşçü (alış/satış/kirayə/əşya ötürmə/müalicə/kredit vermə, görünüş düzəltmək və.s) məcburi surətdə forumun “Сделки” bölümündə öz müqaviləsini qeydiyyatdan keçirməlidir. Hər müqavilə qanun keşikçiləri tərəfindən yoxlanılır və düzgün olduğu halda təsdiqlənir. Qeydiyyatdan keçirilməmiş müqavilə qanunsuz hesab olunur.
Cəza: Sürgün (7/15 gün)

4.5 Poçt vasitəsilə döyüşçülərin təhqiri, o cümlədən döyüşçülərə göndərilən müxtəlif hədiyyələrin üzərində təhqiredici ismarıcların göndərilməsi qadağandır.
Cəza: Sürgün (7/15 gün)

4.6 Silahların üzərinə etikadan kənar, təhqiredici sözlər yazmaq qadağandır.
Cəza: Həmin yazının silinməsi və sürgün (7 gün)

4.7 Köməkçi heyvanlara verilən adlara, klan adlarına, o cümlədən klan başçıları tərəfindən klan heyətinə verilən statuslara etikadan kənar, təhqiredici sözlər yazmaq qadağandır.
Cəza: Həmin yazının silinməsi barədə xəbərdarlıq, məhəl qoyulmadığı halda sürgün (7/15 gün)



5. www.meydan.az layihəsi əleyhinə aşkar olunan qanun pozuntuları:

5.1 Administrasiya nümayəndələri və qanun keşikçilərinə qəsdən yalan məlumatın ötürülməsi, özünün və yaxud başqasının faydası naminə yalan ifadə vermək qadağandır.
Cəza: Susma (24 saat) və sürgün (7/15 gün)

5.2 Administrasiya nümayəndələrinə və ya qanun keşikçilərinə təzyiq, qanunları pozan fəaliyyətə məcbur etmə, xidməti informasiyanı yaymağa yönəldilən cəhdlər etmək qadağandır.
Cəza: Susma (24 saat) və sürgün (7/30 gün)

5.3 Şər-böhtan atmaq, qanun keşikçilərindən əsassız, sübut edilməmiş şikayət etmək qadağandır.
Cəza: Sürgün (7/15 gün)

5.4 Administrasiya nümayəndələri adından çıxış etmə, öz mənafeyi naminə Administrasiya və ya qanun keşikçiləri adından yalan informasiya yaymaq qadağandır.
Cəza: Susma (24 saat) və sürgün (7/30 gün)



6. Texniki qanun pozuntuları:

6.1 Oyunda yaranmış texniki səhvlərdən (bug) öz məqsədi üçün istifadə etmək və bunu qanun keşikçilərindən gizlətmək QƏTİ QADAĞANDIR!
Cəza: Sürgün (müddətsiz, çıxış yalnız kommersiya yolu ilə)

6.2 Botlardan öz xeyirinə istifadə etmək, hiylə ilə hansısa vasitələrdən istifadə edərək oyunçunun mərhələsini və yaxud valyuta vasitələrini artırmaq, qanunsuz döyüşlər keçirmək QƏTİ QADAĞANDIR!
Cəza: Sürgün (müddətsiz, çıxış yalnız kommersiya yolu ilə)



Vəzifəsindən sui-istifadə edən, cəzalardan artıq cəza tətbiq edən qanun keşikçilərinin özləri cəzalandırılacaqdır.
Qanunları bilin ki, cəzasız qalasınız...



Вы не авторизованы