Форум WWW.MEYDAN.AZ » Законы проекта WWW.MEYDAN.AZ » \"Mult\"ların təhvil verilməsi
Автор Тема: \"Mult\"ların təhvil verilməsi
  0 / -0    написано: 2024-03-29 19:56:21 

4.1 Bir şəxsin iki və daha artıq döyüşçü qeydiyyatdan keçirməsi qadağandır.
Cəza: Əsas döyüşçü sürgün (7/30 gün), əlavə açılmış döyüşçülər isə blok.



Qanunda qeyd olunduğu kimi, bir şəxsin qeydiyyatdan keçirdiyi ikinci və növbəti artıq döyüşçü “Mult” hesab olunur. Nəzərinizə çatdırırıq ki, qanun keşikçiləri tərəfindən aşkar olunan “Mult”lar xəbərdarlıq olunmadan bloklanacaq, əsas döyüşçü isə 7/30 gün müddətində sürgün olunacaqdır. Könüllü şəkildə ərizə yazmağınız sizin əsas döyüşçünü sürgün olunmaqdan xilas edər. (Hər bir halda “Mult” döyüşçü(lər) blok olunacaqdır.)



Ərizənin tərtib edilmə qaydaları:

1. Əsas döyüşçünün ləqəbi və keçid linki.
2. Əlavə qeydiyyatdan keçilən “Mult” döyüşçünün ləqəbi və keçid linki.
3. Olduğu halda digər əlavə qeydiyyatdan keçilən “Mult” döyüşçünün ləqəbi və keçid linki.

Nümunə:

1. Incognito (https://meydan.az/info.php?log=Incognito)
2. Test1 (https://meydan.az/info.php?log=Test1)
3. Test2 (https://meydan.az/info.php?log=Test2)



Вы не авторизованы