Форум WWW.MEYDAN.AZ » Законы проекта WWW.MEYDAN.AZ » Законы проекта WWW.MEYDAN.AZ
Автор Тема: Законы проекта WWW.MEYDAN.AZ
  0 / -0    написано: 2021-10-13 20:24:17 

1. Qəhrəmanın (personajın) qeyri düzgün qeydiyyatı ilə bağlı qanun pozuntuları.

1.1. WWW.MEYDAN.AZ qeydiyyat anketinin doldurulması zamanı doğum tarixinin və ya cinsiyyətin qeyri düzgün göstərilməsi.

Cəza: BLOK

1.2. Qəhrəmanın (personajın) qeydiyyatı zamanı mövcud olmayan və ya digər
şəxsə məxsus elektron poçt ünvanını göstərmək qadağandır.

Cəza: BLOK

1.3. Qəhrəmandan (personajdan) Yalnız onu qeydiyyatdan keçirmiş oyunçu
(istifadəçi) istifadə edə bilər. Qalan bütün hallarda şifrənin üçüncü şəxsə ötürülməsi kimi qəbul olunur və qəti qadağandır.

Cəza: BLOK

1.4. Qəhrəmanın (personajın) qeydiyyatı zamanı istifadəçi adında (Login, nik)
qeyri normativ leksika, üstüörtülü təhqir, irqçilik, milliyyətçilik,
narkotiklərin təbliğati, dini və siyasi təbligat həmçinin WWW.MEYDAN.AZ –a adiyyatı olmayan bütün növ reklam xarakterli ifadələrin istifadə olunması qadağandır.

Cəza: BLOK

1.5. Administrasiyanın xüsusi seçilmiş istifadəçi adlarına (Login, nik)
bənzər adlardan istifadə etmək (plaqiatlıqla məşğul olmaq) qadağandır.

Cəza: BLOK

2. Bir neçə Qəhrəmanın (personajın) qeydiyyatı ilə bağlı pozuntular.

2.1. Hər bir şəxsə (istifadəçiyə) WWW.MEYDAN.AZ –da sigorta olunmamış birdən artıq qəhrəman (personaj) qeydiyyatdan keçirmək qəti qadağandır.

Cəza: XAOS, Digər açdığı Qəhrəman BLOK

2.2. Bir komputerden, IP –dən (Internet Protocol) bir qəhrəmandan (personajdan) artıq qəhrəman oyuna daxil olursa, bu qəhrəmanların sahibləri anketdə həqiqi məlumatı göstərməlidirlər, həmçinin bunu qəhrəman haqda məlumatda qeyd
etməlidirlər.

Cəza: XAOS 15-30 gün

2.3. Bir komputerdən, IP –dən (Internet Pratacol) daxil olan qəhrəmanlar (personajlar) arasında döyüşlər qanunsuz döyüşlər hesab olunur, əlavə qəhrəmanlar isə "MULT” kimi qəbul olunur.

Cəza: XAOS 30 gündən 6 aya kimi

2.4. Bir komputerdən daxil olan qəhrəmanların (personajların) eyni tərəfdən və ya öz aralarında keçirilmiş döyüşləri qanunsuz döyüşlər hesab olunur.

Cəza: XAOS 15 gündən 30 günə kimi

3. Döyüşün nəticəsi haqqında razılaşma ilə bağlı pozuntular.

3.1. Döyüşün nəticəsi haqqında oyunçular (istifadəçilər) arasında razılaşma (qələbə/məğlubiyyət) qadağandır və bu cur döyüşlər qanunsuz döyüşlər hesab olunur.

Cəza: XAOS 15 Gündən 30 Günə Kimi

3.2. Oyunçuların (istifadəçilərin) digər oyunçulara Döyüşün əvvəlcədən nəticəsi (qələbə/məglubiyyət) haqqında birtərəfli və ya qarşılıqlı şəkildə həmçinin pulla təkliflər etməsi qadağandır.

Cəza: XAOS 15 Gündən 30 Günə Kimi


4. Qanunsuz maliyyə əməliyyatları.

4.1. Oyunçuların (istifadəçilərin) digər oyunçulara müftə (havayı) olaraq oyunun pul vahidlərini, əşyalarını ötürməsi və həmçinin qəbul edilməsi qadağandır. Yalnız WWW.MEYDAN.AZ –ın administrasiyası tərəfindən mərhələyə görə təyin olunmuş limit çərçivəsində hədiyyələr və oyunçular arasında bağlanmış müqavilə
(sazısh) əsasında ötürmələr istisnalar təşkil edir. Əks halda ötürmələr qanunsuz maliyyə əməliyyatları hesab olunur.

Cəza: XAOS 7 Gündən 15 Günə Kimi

4.2. Bir komputerden, IP –dən (Internet Protocol) daxil olan qəhrəmanlar personajlar) arasında ötürmələr qanunsuz maliyyə əməliyyatları hesab olunur.

Cəza: XAOS 15 Gündən 30 Günə Kimi

4.3. WWW.MEYDAN.AZ –ın komisyon dükanlarında yerləşdirilmiş əşyaların faktiki qiymətindən dəfələrlə ucuz və ya baha satılması.

Cəza: XAOS 7 Gündən 15 Günə Kimi

5. Qeyri normativ leksikanın (o cümlədən üstüörtülü təhqir) istifadəsi.

5.1. WWW.MEYDAN.AZ –ın oyun çatında qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanın istifadəsi qadağandır.

Cəza: 45 Dəq Başlayaraq 6 Saata Kimi

5.2. WWW.MEYDAN.AZ forumunda qeyri normativ, etik və əxlaq normalarından kənar leksikanın istifadəsi qadağandır.

Cəza: 6 Saatdan 12 Saata Kimi

5.3. Döyüşlərə erizə verən zamanı istifadə olunan şerhlərdə qeyri normativ leksikanın istifadəsi qadağandır.

Cəza: 30 Dəq 1 Saaa Kimi

5.4. Hədiyyələrin üzərindəki qeydlərdə qeyri normativ leksikanın istifadəsi qadağandır.

Cəza: 6 Saatdan 24 Saata Kimi

5.5. Qəhrəman (personaj) haqqında məlumatda (anketdə) həmçinin Xanlıq tərkibində olan qəhrəmanlara təyin olunmuş vəzifələrin qeydlərində qeyri normativ leksikanı istifadə etmək qadağandır.

Cəza: 2 Saatdan 6 Saata Kimi

5.6. WWW.MEYDAN.AZ dəmirçixanasında əşyaların oyması zamanı qeyri normativ leksikanın istifadəsi qadağandır.

Cəza: 2 Saatdan 6 Saata Kimi

5.7. WWW.MEYDAN.AZ poçt vasitəsi ilə ünvanlanmış məktublarda və həmçinin oyunçular (istifadəçilər) tərəfindən qeyd oluna biləcək bütün növ qeydiyyat
vasitələrində qeyri normativ leksikanın istifadəsi qadağandır.

Cəza: 2 Saatdan 6 Saata Kimi

6. Dələduzluq, Oyunçuların (istifadəçilərin) aldadılması.

6.1. İcarə, kredit və ya ticarət razılaşmasının həyata keçirilməsi zamanı
öhdəliklərin pozulması, həmçinin digər əmlakın oğurlanması dələduzluqdur və qadağandır.

Cəza: XAOS 7 Gündən 15 Günə Kimi

6.2. Hər hansı bir kommersiya razılaşmasının həyata keçirilməsinə lisenziyanın olmaması, həmçinin lisenziyasız lisenziya tələb edən kommersiya fəaliyyətinin həyata keçirilməsi qadağandır.

Cəza: XAOS 6 Aydan 12 Aya Kimi

6.3. Oyunçulara (istifadəçilərə) yalan vədlər verərək qəhrəmanlarına (personajlarına) məxsus şəxsi informasiyanın (parollarının, şifrələnin, qeydiyyatdan keçdiyi elektron unvanın) ötürülməsini təklif etmək.

Cəza: BLOK

6.4. WWW.MEYDAN.AZ –ın administrasiyasının (müdiriyyətinin) adından istifadə edərək yalan vədlər vermək, Oyunçuların (istifadəçilərin) aldadılması.

Cəza: BLOK

6.5. WWW.MEYDAN.AZ -da dilənçilik (bilərəkdən xahiş etmək) dələduzluğa bərabərdir və qadağandır.

Cəza: 6 Saatdan 12 Saata

6.6 WWW.MEYDAN.AZ –a aid olmayan mövzularda suallar yazaraq "Стражи порядка” –nın işinə mane olmaq dələduzluq kimi qəbul olunur və qanun pozuntusudur.

Cəza: 6 Saatdan 12 Saata


7. Zorla alma (zorakılıq), hədə-qorxu və şantaj.

7.1. WWW.MEYDAN.AZ -da istənilən növ şantaj və zorla alma (zorakılıq), hədə-qorxu qəti qadağandır.

Cəza: 24 Saatdan 2 Günə

7.2. Digər oyunçuya mənəvi və maddi zərər verə biləcək məlumatların yayılması qadağandır.

Cəza: XAOS 30 Gunluk

7.3. Real həyatda zorakılıq Hərəkətlərinə çağırış və fiziki hesablaşma hədəsi qadağandır.

Cəza: 24 Saatdan 48 Saata Kimi

7.4. Oyunçunun (istifadəçinin) özünün və ya digər Oyunçuların (istifadəçilərin) şəxsiyyətini aydınlaşdıra biləcək hər hansı bir informasiyanın (qeydiyyatda olduğu və ya yaşayış yerinin unvanı, telefon və qeydiyyat nömrələri və s.) WWW.MEYDAN.AZ –da mövcud olan bütün növ qeydiyyat vasitələrindən istifadə edərək yayılması qadağandır.

Cəza: 24 Saatdan 48 Saata Kimi

8. Mühakimə icraatına mane olan Hərəkətlər.

8.1. WWW.MEYDAN.AZ -in administrasiyasının (müdiriyyətinin) və ya "Стражи порядка” -nın iş fəaliyyətlərinin bütün növ unsiyyət, qeydiyyat vasitələri ilə müzakirəsi qəti qadağandır. Yalnız WWW.MEYDAN.AZ -in forumunda xüsusi yaradılmış "Жалоба” bölməsindəki şikayətlər istisnadır.

Cəza: 30 Dəq 2 Saata Kimi

8.2. WWW.MEYDAN.AZ -in administrasiyasının (müdiriyyətinin) və ya "Стражи порядка” -nın aldadılması, yalan ifadələrin (məlumatların) verilməsi, xüsusi
hazırkanmış (düzəldilmi.) təsdiqedici sənədlərin təqdim olunması.

Cəza: XAOS 1 Aylıq

8.3. Hakimiyyət nümayəndələrinin bilərəkdən aldadılması, hakimiyyət orqanlarına lazımi məlumatın təqdim olunmasından imtina.

Cəza: XAOS 15 Günlük

8.4. WWW.MEYDAN.AZ -ın administrasiyasının (müdiriyyətinin) və ya "Стражи порядка” -nı pul ilə ələ alma cəhdi.

Cəza: XAOS 30 Günlük

8.5. "Стражи порядка” -nı məlumatın yayılmasına, xidməti səlahiyyətlərin aşmasına məcbur etmə cəhdi, o cümlədən həde-qorxu yolu ilə.

Cəza: XAOS 12 Aydan Başlayaraq Bloka Kimi

8.6. Böhtan, təhqirdə ittiham, zorakılıq haqqında bilərəkdən "Стражи порядка” –a yanlış məlumatın verilməsi (sitatin modifikasiyası) və ya məlumatın hər hansı bir vasitə ilə saxtalaşdırılması.

Cəza: XAOS 15 Günlük

8.7 Susma cəzası almış istifadəçinin başqa istifadəçi ilə daxil olaraq eyni qanun pozuntusunu qəsdən təkrar törətməsi və ya Стражи Порядка-nın iş fəaliyyətinin susma almış şəxs tərəfindən mult nik ilə ümumi çatda müzakirəsi qəti qadağandır.

CƏZA: XAOS 3-15 gün, susma 12 saat. (Cəza mult kimi girilən nikə verilir)

9. WWW.MEYDAN.AZ servərlerinin proqram teminatinin sehvlerinin istifadəsi.

9.1. Proqram təminatının səhvlərinin istifadəsi qəti qadağandır.

Cəza: BLOK

9.2. WWW.MEYDAN.AZ -ın administrasiyasindan (mudiriyyətindən) proqram səhvlərinin olması haqqında məlumatın gizlədilməsi və ondan istifadə olunması qadağandır.

Cəza: BLOK

9.3. Məzmunu komputerin işində dayanmalara səbəb olan veb-saytlara istinadların yayılması qadağandır.

Cəza: BLOK

9.4. Məzmunu WWW.MEYDAN.AZ qəhrəmanlarının (personajlarının) daxil olma parolların qanunsuz yolla alınmasi məqsədi daşıyan veb-saytlara istinadların yayılması qadağandır.

Cəza: BLOK

9.5. Oğurlama və ya qəhrəmana (personaja) maddi və ya mənəvi zərərin yetirilməsi məqsədi ilə WWW.MEYDAN.AZ qəhrəmanların sındırılması qəti qadağandır.

Cəza: BLOK

10. "Стражи порядка” -nın səlahiyyətlərinin aşması.

10.1. "Стражи порядка” -nın digər Oyunçudan (istifadəçidən) rüşvətin alması.

Cəza: XAOS 6 Aydan 12 Aya Kimi

10.2.Rüşvətin alınması ("Стражи порядка” -a tərəfindən Rüşvətin bilavasitə
və ya vasitəçi vasitəsi ilə pul şəklində (WWW.MEYDAN.AZ və ya digər oyunda istifadə olunan oyun pulları, həmçinin real pullar) əşya şəklində, digər əmlak və ya rüşvət verən və ya onun təmsil edən şəxs xeyrinə hərəkətlər (Hərəkətsizlik)).

Cəza: XAOS 1 Aydan 6 Aya kimi

10.3. Xidməti məlumatın yayılması.

Cəza: XAOS 1 Aydan 6 Aya kimi

10.4.Casusluq (şpionaj) (öz maraqları üçün və ya ümumilikdə WWW.MEYDAN.AZ layihesine zərər verə biləcək WWW.MEYDAN.AZ -ın administrasiyasının (müdiriyyətinin) ziyanına istifadə etmək məqsədi ilə məxfi məlumatın ötürülməsi, yığılması, oğurlanması, saxlanması).

Cəza: BLOK

10.5. Vəzifə səlahiyyətlərinin sui istifadəsi ("Стражи порядка” -a tərəfindən
WWW.MEYDAN.AZ layihəsinin maraqlarının və ya "Стражи порядка” -nın
maraqlarının əksinə öz xidməti vəzifələrinin istifadəsi).

Cəza: XAOS 1 Aydan 6 Aya kimi

10.6.Vəzifə səlahiyyətlərinin aşması ("Стражи порядка” -a tərəfindən oz
səlahiyyətlərinə daxil olmayan hərəkətlərin yerinə yetirilməsi).

Cəza: XAOS 1 Aydan 6 Aya kimi

10.7.Səhlənkarlıq (xidmətə səhlənkar və ya diqqətsiz yanaşması nəticəsində
"Стражи порядка” tərəfindən öz vəzifə borcunun yerinə yetirilməməsi
və ya öz işlərinə laqeyd yanaşma).

Cəza:XAOS 1 Aydan 3 Aya kimi

10.8. Əmrə tabe olmama (vəzifəcə, rütbəcə özündən böyük və ya bir başa tabeçiliyində olduğu "Стражи порядка” –nın əmrlərinə, göstərişlərinə tabe olmamaq, boyun qaçırmaq).

Cəza: XAOS 1 Aydan 3 Aya kimi

11. Digər qanun pozuntuları.

11.1. WWW.MEYDAN.AZ –a, onun administrasiyasına (müdiriyyətinə) həmçinin "Стражи порядка” –nın ünvanına və ya ünvansız olaraq birbaşa yaxud "üstüörtülü” şəkildə təhqiramız fikirlər, ədəbsiz formada ifadələr, onların şərəf və
ləyaqətinin alçadılması.

Cəza: 12 Saatdan 48 Saata kimi 7 Günlük Xaos

11.2. İstənilən Oyunçunun (istifadəçinin), xanlığın ünvanına və ya ünvansız olaraq birbaşa yaxud "üstüörtülü” şəkildə təhqiramız fikirlər, ədəbsiz formada ifadələr,
onların şərəf və ləyaqətinin alçadılması.

Cəza: 12 Saatda 48 Saata kimi

11.3. Qanunverici orqanın və ya qanun icraçısı olan "Стражи порядка” –nın rəhbərliyinin dəyişməsinə açıq çağırışlar.

Cəza: 12 Saatda 24 Saata kimi

11.4. WWW.MEYDAN.AZ administrasiyasının (müdiriyyətinin) xüsusi razılığı olmadan Oyunçunun (istifadəçinin) öz Qəhrəmanının (personajının) və ya hər hansı bir Qəhrəmanın istənilən növ pul vahidi ilə alqi-satqisi, hədiyyə olunması, dəyişdirilməsi, hər hansı bir məqsədlə icarəyə verilməsi (həmçinin cəhd olunması da eyni qanun pozuntusuna bərabərdir) qəti qadağandır.

Cəza: 1 Həftə susma,eyni hal təkrar olarsa BLOK

11.5. WWW.MEYDAN.AZ -a aid olmayan əşyaların, xidmətlərin, real pul vahidlərinin WWW.MEYDAN.AZ oyun pullarına alışı-satışı və ya WWW.MEYDAN.AZ oyun dünyasının maddi resurslarına dəyişdirilməsi qadağandır.

Cəza: 6 Saatda 12 Saata kimi 3 Günlük Xaos

11.6.Qeyri oyun resurslarının, alkoqolun, narkotik vasitələrin istənilən növ
reklam, intim xidmət növu göstərilməsi ilə əlaqədar reklam həmçinin WWW.MEYDAN.AZ –ın hazırki qanunlarına əsasən proyektdən istifadə edərək sadalanmayan bütün fəaliyyət növlərinin, xidmətlərin Internetdə və ya real həyatda
reklamı qəti qadağandır.

Cəza: 1 Saatda 12 Saata kimi

11.7. Alternativ saytların reklamı və ya istənilən növ saytların reklamı. Fəaliyyətindən asılı olmayaraq WWW.MEYDAN.AZ –a heç bir aidiyyatı olmayan bütün növ saytlara istinadların paylaşdırılması reklam kimi qəbul olunur və qəti qadağandır.

Cəza: BLOK

11.8. Alqı – Satqı ( Trade) yerində alıram , satıram , dəyişirəm və Qoraya çağırışdan başqa digər (xüsusi icazəsi olmayan ) bütün söhbətlər qadağandır.

Cəza: Birinci Dəfə Rəsmi Xəbərdarləq Təkrar Olunarsa 15 Dəq

11.9. WWW.MEYDAN.AZ -ın çatında və forumunda flud/spam (eyni işarənin, hərflərin, simvolların, smaylın, sözün, cümlənin, üç dəfədən çox bir-birinin ardinca
təkrarlamaq).

Cəza: Birinci Dəfə Rəsmi Xəbərdarləq Təkrar Olunarsa 15 Dəq

11.10. WWW.MEYDAN.AZ -ın çatında sistem ismariclarının, döyüşlərə ərizələrin, naim, xanlıq xidmətlərinin reklamı və ümumilikdə fəaliyyət göstərməsinə WWW.MEYDAN.AZ administrasiyası (müdiriyyəti) tərəfindən xüsusi icazə verilən bütün növ xidmətin reklamının 5 Dəqiqə intervalı saxlamadan dərc olunması.

Cəza: Birinci Dəfə Rəsmi Xəbərdarləq Təkrar Olunarsa 15 Dəq

11.11.Xanlıq saytlarının və xanlıq xidmətlərinin birbaşa və ya dolayı yolla
reklamı Xanlıq babaşçısı onun muavini və xüsusi təyin olunmuş “Carçı”
–dan başqa qəhrəmanlar üçün qadağandır. İstisna WWW.MEYDAN.AZ
forumunda xüsusi ayrılmış "Ханства” bölməsində Xanlıq saytlarının
reklamı təşkil edir.

Cəza: 15 Dəq 30 Dəq Kimi

11.13. WWW.MEYDAN.AZ çatında və forumunda ünsiyyət zamanı Yalnız boyuk Hərflərdən (baş Hərflər), həmçinin bir sözdə böyük Hərflərin ardicılığından istifadə etmək qadağandır.

Cəza: Birinci Dəfə Rəsmi Xəbərdarlıq Təkrar Olunarsa 15 Dəq




WWW.MEYDAN.AZ administrasiyasının (müdiriyyətinin) mülahizəsinə əsasən Cəzalar tək-tək və kompleks şəkildə o Dəqiqə deyil sonradan da tətbiq oluna həmçinin ağırlaşdırıcı hal kimi artırıla bilər.

Yuxarıda qeyd olunmuş Hərəkətlərə görə mümkün Cəzalar:

• WWW.MEYDAN.AZ çatında susma ovsunu.
• WWW.MEYDAN.AZ forumunda susma ovsunu.
• Qovulma.
• WWW.MEYDAN.AZ həbsxanasında saxlama.
• Qəhrəmanın (personajın) blok edilməsi.
• Qəhrəmanın (personajın) anketinin bağlanması.
• Qəhrəmanın (personajın) müsadirə olunması.
• Qəhrəmanın (personajın) WWW.MEYDAN.AZ -in məlumatlar bazasından silinməsi.


WWW.MEYDAN.AZ virtual reallığınınn qanunları muzakirə olunmur və bütün oyunçular tərəfindən müstəsnasız yerinə yetirilməlidir. Bu qanunların yerinə yetirilməsinə qanun icraçısı olan “Стражи порядка” nəzarət edir.

"Стражи порядка” bu və ya digər cinayət tərk Законы проекта WWW.MEYDAN.AZibinin olması haqqında qərarlar qəbul edir.

"Стражи порядка” bu və ya digər qaydaları, şərtləri tərtib və onlarınn icra olunmasını tələb etmə səlahiyyətinə malikdir.

Qanunları bilməmək istifadəçiləri məsuliyyətdən azad etmir!


WWW.MEYDAN.AZ qanunları istənilən vaxt WWW.MEYDAN.AZ administrasiyasi (müdiriyyəti) tərəfindən əlavə oluna və ya deyişdirilə bilər.



Вы не авторизованы