Форум WWW.MEYDAN.AZ » Интервью » The_West ile musahibe.
0
Автор Тема: The_West ile musahibe. [Перемещен]
  0 / -0    написано: 2017-08-05 13:30:30 

22:14:14 [MISTIKA] private [The_West] Axshaminiz xeyir, musahibe teklifimizi qebul etdiz, teshekkur edirem)
22:14:55 [The_West] private [MISTIKA] Hər vaxtınız xeyir, mən sizi təşəkkür edirəm müsahibə təklifi verdiyiniz üçün. :)
22:15:48 [MISTIKA] private [The_West] Veteran oyuncu olmaqiniza baxmayaraq sizi tanimiriq, ozunuzu tanidin )
22:16:09 [The_West] private [MISTIKA] Qısaca yoxsa ətraflı? :)
22:16:41 [MISTIKA] private [The_West] Xetriniz nece isteyir, buyurun)
22:20:05 [The_West] private [MISTIKA] Yaxşı ,adım Nicat, yaxınlarım, dost tanış Nici olaraq müraciət edir çox vaxt. 24 yaşım var qismət olsa ölməsəm sağ qalsam avqust ayının 16-sı 25 yaşım olacaq. Bakılı balasıyam, Bakıda qalasıyam. Pozitiv emosiyonal sosialist, birazda milliyətçi ancaq ən çox Atatürkçüyəm. Hak və ədalət savunucusuyam.Nə haqsızlıq edərəm, nədə kiminsə haqsızlığa məruz qalmasına səssiz qalaram. Elə indiyənə qədərdə başıma nə bəlalar gəlibsə bu xüsusiyyətim ucubatından gəlib. :) Bu qədər.
22:23:28 [MISTIKA] private [The_West] Maraqli rezyumeniz var,emosional insan olduqnuzu da son vaxtlar goruruk)
22:23:54 [MISTIKA] private [The_West] Nicat bey proektde olma tecrubeniz yeterincedi, oyuna nece gelmisiz?)
22:24:54 [The_West] private [MISTIKA] Yox tam əksinə son vaxtlar dalğalı dəniz durulub sakinləşib deyək. İnanın problemlərdən söz söhbətlərdən bezmişəm son zamanlar. Özüm geri dururam və mənə toxunmayana qədər heç kimə heçnə demirəm ki problem söz söhbət yaranmasın durduq yerə
22:27:09 [The_West] private [MISTIKA] Hə proyektdə necə gəlmişəm... Maraqlı sualdı. 10 il bundan qabaq olardı... Elə məhlə uşaqlarımla birlikdə məhləmizdə olan İnternet klubdan istifadə edirdik. Bir çox məhlə uşaqlarım rus RPG oyunundan istifadə edirdi. Sonra bilmirəm heç nə oldu necə oldu (səhv etmirəmsə kimsə rus RPG bizim saytın reklamını etdi) gəldik Meydan.Az -a. 2-3 dostum məndən öncə girmişdilər mən onlara baxıb həvəsə düşüb daxil oldum. O gün bu gündür burdayam ama arada fasilələrlə..
22:29:04 [MISTIKA] private [The_West] Oyuncu adiniz maraq doqurur, niye bu leqeb?Nese bir ozellik var ,ya nece?
22:30:43 [The_West] private [MISTIKA] Düzünü desəm bilmirəm nə özəlliyi var. Məşhur siqaret brendinin adıdır. Oyunçunu açdığım günlərdə çəkirdim o siqareti :) Həmdə The_Best qoysam çox iddialı çıxar deyə The_West qoydum və dəyişdirməkdə fikrim yoxdur. :)
22:33:31 [MISTIKA] private [The_West] sohbetimizin evvelinde vurquladiz , haqq edalet terefdarisiz dediz, oyuncunuzun informasiya sehifesinde de movzuya aid kelamlar yazmisiz
22:34:32 [MISTIKA] private [The_West] Niye?cox haqsizliqlar oldu ya guclu bir iradeye malik olub zeiflere arxa cixirsiz?Hardandir bu ehval -ruhiyye?
22:38:11 [The_West] private [MISTIKA] Bəli. İki vazkeçilməzimdir: HAQQ və ƏDALƏT. Və mənim üçün ədalət hava, su kimi dəyərli bir məhfumdur. Mənə qarşı bəli çox haqsızlıqlar olub. Çox demədiyim sözü demiş kimi deyənlər, çox eləmədiyim bir hərəkəti eləmiş kimi qələmə verənlər olub. Varsın olsun... Buraxmışam xaliqin öhdəsinə. "Sən doğru dur əyri öz bəlasını tapar" deyib həyatımı yaşamağa davam eləmişəm. Doğrularımdan da heç vaxt vazkeçməmişəm.
22:43:14 [MISTIKA] private [The_West] Her mekan, her cemiyyet oz menfi ve musbet insanlari ile yashayir, yaxshini qebul edib, pisleride ozlerini doqurltmaqa shans, onlara inandiqmizi bildirmeliyik, eyer siz deyen kimidirse, hemin insanlar seni bedleyib oz menafeyi ucun istifade edirse tebii ki , onlari sadece yaddashdan silmek kifayet edir)
22:49:58 [The_West] private [MISTIKA] Bəli çox zaman elə edirəm. Yox kimi qəbul edirəm elə insanları deməyək yaratıqları deyək. Həyatda belə bir insan yoxdu, oyunda belə bir oyunçu yox kimi qəbul edirəm.
22:53:22 [MISTIKA] private [The_West] Hetta bele bir kelam var men rus dilinden tercumasini yazacam, orda deilir ki,men susuram, ona gore yox ki demeye sozum yoxdu, , sadece qarshimdaki insanla danishmaqi menasiz sayiram.
22:55:02 [MISTIKA] private [The_West] Gelin pozitiv movzulardan danishaq)
22:56:02 [The_West] private [MISTIKA] Bəli ola bilər. Bu barədə Mövlanə-nində qəşəng kəlamı var. Ədəbli ədəbindən susar, ədəbsiz də "mən susturdum" zənnedər.
22:57:00 [The_West] private [MISTIKA] Buyurun pozitivliyə addımlayaq :)
22:58:26 [MISTIKA] private [The_West] Gozel ve derin mena kesb eden sozlerdi)
22:58:54 [MISTIKA] private [The_West] Proktde dostlariniz yaxinlariniz var dediz, indi de oyundadilar?
22:59:50 [The_West] private [MISTIKA] Yox çox təəssüfki yoxdular. 10 il bundan öncəki dost tanışlarım artıq yoxdular oyunda. İşləriylə əlaqədar.
23:02:38 [MISTIKA] private [The_West] Bes indi?Proekt sayesinde qazandiqiniz kimse yoxdu?
23:04:12 [The_West] private [MISTIKA] "Yaxın dost" deyə biləcəyim bir insan çox təəssüf ki, demək olarki yoxdur. Belə ama "çox gözəl insan" olaraq tanıdığım şəxslər var.
23:06:24 [MISTIKA] private [The_West] private [The_West] Cox gozel, yaxshi ki ele insanlar hele de var)
23:06:56 [The_West] private [MISTIKA] Bəli nə yaxşı ki azda olsalar hələdə varlar...
23:07:42 [MISTIKA] private [The_West] Nicat bey, sayli gunler qalib, proektin yubileyidi, nece deyerler 10 il bir igidin omrudu)
23:08:11 [MISTIKA] private [The_West] Bu iller erzinde burda olmusuz, sizce yukselish var?
23:10:10 [The_West] private [MISTIKA] Bəli doğru deyirsiz. Elə məndə bu arada bu müsahibə səbəbiylə fürsətdən istifadə edib MEYDAN.AZ proyektinin 10 yaşı münasibətiylə bütün oyunçuları və rəhbərliyi, şəxsən "gözəl insan" olaraq tanıdığım dillər baş rəhbər Tale bəyi təbrik edirəm. Azərbaycanın ilk möhtəşəm və profesional RPG oyunu olaraq artıq tarixə damğasını vurub Meydan.Az saytı. VƏ bunda Tale və qurucu komandanın əməyi böyükdür. Mən hamısına öz təşəkkürümü bildirirəm. Sağolsunlar varolsunlar.
23:12:05 [The_West] private [MISTIKA] Əlbətdə yüksəliş var. Elə hər baxımdan. Düzünü desəm mənim üçün əsas olan elə söhbətimizin başındada qeyd etdiyim HAQQ ƏDALƏT məhfumlarının qorunmasıdır. Eləcədə burada. VƏ mənim fikrimcə oyunun qurucu rəhbəri olan Tale bəy bu sahədə tam səmimi deyirəm çox işlər görür və çox əziyyətlər çəkir. Çünki özüdə çox gözəl bilirki ƏDALƏT istənilən bir quruluşun təməlidir. O olmazsa o quruluş çökər.
23:15:41 [MISTIKA] private [The_West] bu tebrik mesajina qoshuluruq, ve vurquladiqiniz kimi komandanin bashinda , anlayishli, derrakeli bir insan var, tebii ki edalet, ceza ve bu kimi amiller hemishe zamaninda olacaq .
23:16:21 [MISTIKA] private [The_West] Administrasiyaya da bu cetin ve sebr teleb eden ishde hamimiz destek olmaliyiq
23:17:45 [The_West] private [MISTIKA] Çox. Çox anlayışlı bir insandır Tale bəy. Mən indi durub onu tərifləməyəcəm. Çünki ola bilsin müsahibəni oxuyanlar tərəfindən bu "yaltaqlıq" kimi başa düşülsün. Ama sözün əsil mənasında tam səmimi olaraq deyirəm bu sözləri. Mən çox vaxt Tale bəyin bu xüsusiyyətdən sui-istifadə edib necə deyərlər "harınlayanlar" -ı başa düşmürəm və belə bir situasiya ilə qarşılaşanda əsəb keçirirəm. Hər neysə. Necə deyərlər balıq bilməsədə xaliq bilər... :)
23:19:15 [The_West] private [MISTIKA] Tale beyin bu musbet xüsusiyyətlərindən sui-istifadə edənlərdə olur. ;) Və o şəxslər elə adamlar olurki adi vaxta Tale bəy üçün "dost qardaş" deyirlər ancaq vəzifələrindən sui-istifadə edərək bir başa olaraq proyektin özünə zərbə vururlar yəni əslində "dost qardaş" dedikləri Tale bəyə qarşı düşmənçilik etmiş olurlar. Bu cür hadisələrlə qarşılaşanda inanın səmimiyətimə mən özüm çox əsəbləşirəm.
23:21:31 [The_West] private [MISTIKA] Düzdü mən bu proyektdə adi bir oyunçuyam. Proyekt mənim deyil. Heç Tale bəylə uzaqdan yaxından qohumluq əlaqəmdə yoxdur. Ama dediyim kimi HAQQSIZLIQ və ƏDALƏTSİZLİK??? :))) Götürmürəmdə belə şeyi. Göz görə görə çox haqsızlıqlara da məruz qalır Tale bəy. Hər neysə adminin dedi qodusunu bəsdi bu qədər etdim :D
23:24:26 [MISTIKA] private [The_West] Bu fikirlerinizle de tam raziyam, Tale beyin terifi getmir, ozu de bilir, ele olub ona iradlarimizi, shikayetlerimizi de aciq bildirmirshik , amma o insani men de 10 ildir taniyiram, ve eminlikle deye bilerem ki ,insani keyfiyyetlerde qusursuz (человек с безупречным репутаци) bir insandir
23:24:57 [The_West] private [MISTIKA] + elədiki var. Məncə o şəxs bu proyekt üçün bir lütufdur.
23:26:18 [MISTIKA] private [The_West] Inshallah uqurlari bol olsun, onun Meydan.az adli dovleti hemishe ciceklensin)
23:26:42 [The_West] private [MISTIKA] Amin inşəAllah :)
23:27:43 [MISTIKA] private [The_West] Bu arada bir sual vrmek isteyirem, selist, qrammatik yazi uslubunuz var, orden ve ya qara quvveler sirasinda calishmisiz?Adeten bu savadli insanlarin xususiyyetidi.
23:30:08 [The_West] private [MISTIKA] Xeyr. Bu günə qədər nə orden nədə tarman sıralarında heç bir vəzifədə çalışmamışam. Səlist qramatik yazı üslubumun olduğunuda ilk deyən siz deyilsiz :) Bilirəm. Və bu xüsusiyyət ən əsas kitab oxumaqdan təbii ki dünya görüşümdən və komputerdə klaviaturadan çox istifadə etməkdən yaranıb məndə. :)
23:33:39 [MISTIKA] private [The_West] Mutalieni her adam sevmir, amma bu gozel
keyfiyyetdi,insanin derrakesinin diapazumu genishlenir, danishiq ve anlayish terzi tam ferqli olur, ele insanlari her kes anlamir
23:34:59 [The_West] private [MISTIKA] Çox haqlısız. :)
23:37:31 [MISTIKA] private [The_West] Nicat bey ,bir az sizin qara quvvelere olan teyinayinizdan danishaq. niye ishiqli deil mehz qara quvveler?
23:41:30 [The_West] private [MISTIKA] Oouu :) Çox möhtəşəm bir sual. Hətda deyərdim ki mənim üçün çox münaqişəli bir sual. Qara Qüvvələr... Niyə məhz Qara Qüvvələr. Nə bilim... Səhv eləmirəmsə səbəbi bir vaxtlar İŞIĞI TƏMSİL EDƏN qüvvələrin basqıcı totalitar üslübda davranmaları olub. Dəfələrlə şahidi olmuşam ən zəyif qara qüvvə təmsilçisi olub onun üstünə 10-15 "svet" birdən tökülüşüb napast ediblər. Bu məndə işıqlı qüvvələrə qarşı anti simpatiya yaradıb.
23:42:25 [The_West] private [MISTIKA] + Həmdə bu dəqiqə svet içində "kümələnən" BƏZİ fitnə fəsad toxumları əkən "ikiüzlü" insanlar var. Təbii ki bütün işığı təmsil edənlərə bu sözlərim şamil deyil. ;)
23:43:01 [The_West] private [MISTIKA] Qara Qüvvələrin sıxışdırılmasına qarşı olmuşam, zalimcə yox edilmək istənməsinə qarşı olmuşam deyək. Bu səbəbdən qara qüvvələri seçmişəm elə ən başdan.
23:45:49 [MISTIKA] private [The_West] Amma fakt olaraq qara quvveler hemishe ustunluk kesb edib, bes haqq-edalet?)azliqda olan ishqili quvvelerin zeifliyi?)
23:49:31 [The_West] private [MISTIKA] Haqlısız. Mən bunu danmıram ki :) Ancaq məsələ bundan ibarətdir ki qara qüvvələrin sayca üstün olması şahidi olduğumun tam əksinə (qara qüvvələrin işıq qüvvələrinin sıxışdırılması) bir vəziyyətlə inanın səmimiyətimə qarşılaşmamışam. Qara Qüvvələri təmsil edən oyunçular yəgin çox vaxt elə qaranlığı görünməzliyi səssizliyi tərcih edir.
23:53:23 [MISTIKA] private [The_West] Oyunda konkret istifadeciler var ki ,balansin yaranmasi, oyunda azartin artmasi ucun teyinatini deyishmeye hazirdi
23:54:05 [MISTIKA] private [The_West] Yeni onsuz da hami bir birini taniyir, ferq etmir hansi terefden doyushur esas odu ki maraqli daoyush olsun
23:57:06 [The_West] private [MISTIKA] Hə elə insanlarada hörmətim sonsuzdur. Şəxsi qərarları və oyun strategiyaları belədir deyib keçirəm. Mənim üçün maraqlı döyüş ədalətli döyüşdür
00:02:33 [MISTIKA] private [The_West] doyushlerin neticesi bellidi ya qelebe ya meqlubiyyet. meqlubiyyeti qebul etmeyi bacaranlar az da olsa var, amma baxir qalib kimdi, sizde nece? )
00:04:30 [The_West] private [MISTIKA] Hə məncədə məğlubiyyəti çox asanlıqla qəbul edib məğlub olan tərəf üstündə çalışmalıdır. "Niyə məğlub oldum?" sualına cavab tapmağa çalışmalı və əskiklərini tamamlamalıdır. Mənim üçün qalib dediyim kimi dürüstcə döyüşən, mərd məğrur olan tərəfdir. O tərəf nəticə etibari ilə məğlub olsada mənim üçün qalibdir :)
00:05:33 [MISTIKA] private [The_West] ele doyushculerden kimleri numune gostere bilersiz?)
00:06:32 [The_West] private [MISTIKA] Yox ad çəkib ayrı seçkilik etməyəcəm. :)
00:07:22 [MISTIKA] private [The_West] onda bele bir sual verim, qalib teref xanim doyushcu olarsa , bu halda nece?)
00:07:37 [MISTIKA] private [The_West] coxu xanima uduzmaqi ozune ayib bilr)
00:10:10 [The_West] private [MISTIKA] Mənim üçün fərq eləmir qalib olan tərəf kişi və ya qadın. Haqqıyla qalib gəlibsə dürüstcə qalib gəlibsə mənim üçün qalibdir və baş tacıdır bu qədər. O oyunda xanıma uduzmağı özünə ayıb bilən insanlar isə mənim fikrimcə biraz ağır olacaq ama deyəcəm: CAHİL insanlardı. Tarix boyu kişilər qadınlara uduzublar. Təbii ki yaxşı mənada. Və buda heçdə ayıbli bir şey deyil.
00:14:04 [MISTIKA] private [The_West] Ehsen , bu fikriniz meni bir az teecublendirdi)Amma duz buyurduz,xanimlar her bir halda qalibdi, sadece eks cinsin coxunun bundan xeberi yoxdu, sizin sozunuze quvvet)
00:14:37 [MISTIKA] private [The_West] Xanimlar bizim aktual movzumuzdu)Bu haqda fikirlerinizi bilmk isterdim)
00:15:00 [MISTIKA] private [The_West] Tebii ,proekt cercivesindeki xanimlardan danishaq)
00:17:23 [The_West] private [MISTIKA] Aaax xanımlar xanımlar... )) Proyekt çərçivəsində xanımlar valla bilmirəm nə danışım. Bilgim məlumatım yoxdur insanlıqları bərasində. Necə bir insandırlar necə bir xarakterə malikdirlər bilmirəm. Valla nə danışım? :) Sadəcə bunu demək istəyirəm xanımlar hər zaman çiçəkdir ama istinasız hər zaman. O çiçəklərin qorunması lazımdır. Onlara qarşı pozitiv ayrımcılığı dəstəkləyirəm. :))
00:18:38 [MISTIKA] private [The_West] Teshekkur edirem, tebii butun xanimlar adindan)
00:19:31 [The_West] private [MISTIKA] Təşəkkürə ehtiyac yoxdur. )) Sadəcə səmimi düşüncələrimi yazdım.
00:21:17 [MISTIKA] private [The_West] xanim oyuncularimizin sayi azalib, umid edirem ki movsumle baqlidi, inshallah qayidib yene proekte rengarenglik, ajotaj ve heyacan yaradacaqlar))
00:22:15 [The_West] private [MISTIKA] Heç şübhəsiz. Rəngarənglik və həyacan qatacaqlarına şübhəm yoxdur. Tam əminəm. Ama ajotaj yaratmasalarda olar :)
00:25:02 [MISTIKA] private [The_West] Siz bilirsiz proektin ictimaii heyati da var)Yeni , gorushler, tedbirler, qeyri-doyush movzusunda olan musabiqeler, musahibeler ve sair)
00:25:55 [MISTIKA] private [The_West] siz bu cur tedbirlerde nedense aktiv deilsiz, sebeb nedir?
00:29:43 [The_West] private [MISTIKA] Düzünü desəm bir balaca maddi sıxıntılar və kompleksli insan olmağımdı səbəb. Özümə qarşı komplekli biriyəm. Yoxsa kollektivlə tədbirlər qeyd etməyi deyib gülməyi və güldürməyi sevən bir insanam. İnşəAllah qismət olar (hələ Meydan.Az ən az 100 il ayaqüstə sarsılmaz olaraq həyatına davam edəcək) növbəti tədbirlərdə iştirak edərəm. Dediyim kimi sadəcə qismət.
00:32:46 [MISTIKA] private [The_West] Sizi anlairam, zamanin telebleri ile uyqunlashmaq asan deil, amma szi inandirim ki ne zamansa bele bir gorushlerde olsaniz daha bu cur fikirlerde olmayacaqsiz ve kompleksiziniz tamam itecek)
00:33:47 [MISTIKA] private [The_West] bu arada bir soz de dyim , sizi Gencler gunune hesr olunmush musabiqede jyuri heyyetinde gorurem, yeqin ki edaletli olacaqsiz)
00:34:24 [The_West] private [MISTIKA] Yox mənim öz özlüyümdə özümə qarşı olan kompleksim görüşlərdə iştirak etsəm bitməyəcək. Onu gərək özüm bitirim. :)
00:34:48 [The_West] private [MISTIKA] Valla o nə müsabiqədi ondan xəbərdar deyiləm axı :) Ədalətli olacağıma isə heç kim şübhə edə bilməz.
00:37:25 [MISTIKA] private [The_West] Musabiqe cox maraqlidi amma efsus teyinati uzre yazan azdi, sizi de jyuri kimi ishitrakinizi Admin tovsiyye etdi, umidvaram ki bu etimadi doqruldacaqsiz)
00:42:11 [MISTIKA] private [The_West] Nicat bey, her kesden her movzudan danishdiq, sozlerinizdeki heqiqeti de oxucularimiz izleyecek, bashqa daha neler demek isteyirsiz?
00:45:17 [The_West] private [MISTIKA] Əslində çox şeylər demək istərdim daha çox məqamlara nüanslara toxunmaq istərdim. Ancaq nə sizin başınızı ağrıdıb vaxtınızı almaq istəyirəm nədə oxuyucuların. Sadəcə bu qədərini demək istəyirəm: "Nə əzən, nə əzilən! İnsanca haqca bir düzən!" tərəfdarıyam və hər kəsində belə olmasını arzulayıram.
00:47:38 [MISTIKA] private [The_West] Gunduz umumi catda tesadufen bir yazinizi gordum
00:48:00 [MISTIKA] private [The_West] kim ne edibse ozune edib - yazdiz
00:48:19 [The_West] private [MISTIKA] Təbii ki pis insan olub pislik edənləri nəzərdə tutdum.
00:49:58 [MISTIKA] private [The_West] Heyat guzgu, emellerimiz bumeranqdi ,yeqin ki bunu bilirsiz)
00:50:52 [The_West] private [MISTIKA] Bəli :)
00:51:26 [MISTIKA] private [The_West] Size qazilan quyu, her an sahibine qismet ola biler, ona gore soyuqqanliliq hemishe yaxshi keyfiyyetdi, ferz edin ki doyushdesiz sadece doyushun)
00:52:57 [The_West] private [MISTIKA] Elədiki var. Və çox zaman soyuqqanlılığımı qoruma çalışıram. Elə hər məsələdə. Hər zaman döyüşdəyəm hər zaman mübarizədəyəm. Baxır harda və hansı məsələlərdə. Həyat özü bir böyük mübarizə və döyüşdür hər insan üçün.
00:54:16 [MISTIKA] private [The_West] Nicat bey, 10 illik meydan ehalisinden kimin yeri gorunur?Kim burda olsaydi daha maraqli olardi?
00:57:58 [The_West] private [MISTIKA] Vau çox maraqlı və incə bir sualdı. Vallah desəmki çoxları yadımdan çıxıb bəlkədə inanmazsız ama həqiqətəndə çoxları yadımdan çıxıb. Bununda səbəbi oyuna çox ara vaxt verməyimdi. Oyunda görmək istəyərdim deyəndəki ümumiyyətlə nə edirlər necədirlər onu bilmək istəyərdim. Məsələm o vaxt OBİTEL var idi, DJ_Elmar var idi. Yenilərdən Raul, Kiss və oyunçularının ləqəbləri yadımda qalmayan bir çoxları.
01:00:11 [MISTIKA] private [The_West] DJ_Elmar oyuncu kimi aktiv olmasa da ara sira oyuna gelir salamlashir her kesin halini sorushur ve ictimai tdbirlerde cox aktivdi)amma diger qehremanlar aktiv deil
01:01:54 [The_West] private [MISTIKA] Doğurdan? Mən görməmişəm DJ_Elmar nikini heç :) Bəlkədə ola bilsin rastlaşmamışıq.
01:08:49 [MISTIKA] private [The_West] Proektle baqli unuda bilmediyiniz elametdar hansisa bir hadise varmi?
01:10:41 [The_West] private [MISTIKA] Var. Шеф -in qara qüvvələri təmsilən "Böyük Qayıdış" çağırışı və Qara Qüvvələrin başçısı olması. :)
01:19:27 [MISTIKA] private [The_West] Umidvaram musahibemizi beyendiz , suallar bitmir, amma bezdirici uzun musahibe olmasini istemirem, sona gelmeye mecburuq)Burdan her kese seslenib sozunuzu deye bilersiz)
01:20:13 [MISTIKA] private [The_West] Admistrasiyadan bashlayaraq, reklam shobesi daxil olmaqla, tebii istifadecilerimiz daxil, buyurun)
01:25:54 [The_West] private [MISTIKA] Cəsarətli bir müsahibə oldu. :) Başda qeyd elədiyim kimi müsahibə təklifi etdiyiniz üçün sizə və eləcədə reklam bölməsinin bütün əməkdaşlarına dərin təşəkkürlərimi bildirirəm. Başda rəhbərlik olmaqla hər kəsə minnətdaram. Sözlərimi məşhur Türk şairi Nazım Hikmət in şeir misralarıyla sonlandırmaq istəyirəm: "Yaşamak bir ağaç gibi tek ve hür... Ve bir orman gibi kardeşcesine..!" hər kəs sağolsun varolsun. )Pozitiv insani və vicdanı duyğularımızı itirməmək diləyi ilə təşəkkürlər!
01:29:33 [The_West] private [MISTIKA] Var)) Bu həsrət bizim, bu dəvət bizim, bu MƏMLƏKƏT bizim! :)))
01:31:42 [MISTIKA] private [The_West] Teshekkurler,musahibemiz patriotik ruhda sona geldi)Men de size ishlerinizde uqurlar, proektde yeni nailiyyetler arzu edirem .
01:32:28 [The_West] private [MISTIKA] Sağolun, varolun. Təşəkkürlər )


  написано: 2017-12-31 09:46:59 

Əla

  написано: 2017-08-24 00:33:08 

01:01:54 [The_West] private [MISTIKA] Doğurdan? Mən görməmişəm DJ_Elmar nikini heç :) Bəlkədə ola bilsin rastlaşmamışıq.


Meydan.az da aktiv oyuncu olmasamda tanidigim adamlarla hal ehval bilmeyi ve ara sira bosh zaman kecirmey ucun bu nikden istfade edirem. Yani Dj_Camal (Dj- mene aitdir Camal ise dostumuzun oglunun adidir)

  написано: 2017-08-16 18:48:48 



  написано: 2017-08-16 07:50:33 



  написано: 2017-08-15 02:20:17 

Ugurlar )

  написано: 2017-08-13 23:22:40 

İmza Əyyub


  написано: 2017-08-13 21:50:42 



  написано: 2017-08-07 09:56:21 

Təşəklür edirəm. Hər kəs haqqında söz söhbət deyilir. Bunun aşısını almaq olmaz. Lakin insan iradəsi sayəsində hər şeyə qalib gələr. Bu iradəni özündə tapmayanlar zəhmət Qurani Kərim'in "Loğman" sürəsini oxusun. 21 ci surədir. Elədə vaxtınız getməyəcək , cəmi 34 ayədir.

  написано: 2017-08-06 21:56:44 

Cenab Ismayilov, Dəyərli fikirləriniz üçün təşəkkürlər. Məni bu dünyada mühakimə edəcək məndən günahsızı yoxdur. VƏ məni ancaq və ancaq ALLAH MÜHAKİMƏ EDƏ BİLƏR. Həmin o yalandan şayə buraxıb ona buna vedrə bağlayan "mundar" xislətli yaratıqlar bilsinlərki heç kimə yox özlərinə pislik edirlər. Ruhlarını çürüdürlər belə etməklə. Davam eləsinlər. :)

O məsələ gəlincə... Bəli bax o barədə qismən haqlısız. Çox zaman tünd oluram, sərt oluram. Yazılarım sözlərim kəlamlarım qılıncdan belə iti və kəskin olur. Yaradılışım belədir nə edim?! :)

ƏGƏR HAQLIYAMSA QARŞIMDA DAĞ BELƏ OLSA SÖZÜMÜ YAZIMI ƏSİRGƏMƏRƏM. ÖLƏCƏYİMİ, ÖLDÜRÜLƏCƏYİMİ BİLSƏM DƏXİ SÖZÜMDƏN GERİ DÖNMƏRƏM və ƏSİRGƏMƏRƏM!

Təşəkkürlər.

  написано: 2017-08-06 21:50:39 

Salam Император

Öncəliklə fikirlərin üçün təşəkkürlər. Öncəliklə bir yanlışı düzəldək: Bu zamana qədər mən nə ORDEN nədə TARMAN sıralarında çalışmamışam. Haqq ədalətli olmağımada kiminsə şübhəsi varsa özü bilər o artıq məni maraqlandırmır və narahatda eləmir çünkü vəzifə sahibi deyiləm.

2. Məsələ: Əslində belə bir şeyi yazmış olmağım belə Azərbaycan Respublikası Konstitutsiyasının mənə bir Azərbaycan vətəndaşı olaraq verdiyi haqlara hüquqlara istinadən cinsi oriyentasiyamı açıqlamağa təzyiq göstərilməsi, məcbur buraxılmağım belə MƏSULİYYƏT tələb edir və CİNAYƏTDİR. Məni və ya hər hansısa bir başqa istifadəçini açıqlama verib öz cinsi oriyentasiyası haqqında informasiya verməyə MƏCBUR BURAXMAQ, TƏZYİQ GÖSTƏRMƏK belə alçaqlıqdır. Ancaq buna rağmən açıqlayacam: Mən cinsi azlıq falan deyiləm. Amma və lakin! OLMUŞ OLSAMDA: MƏN "CİNSİ AZLIĞAM" DEYƏ HEÇ KİMƏ HEÇ BİR İXTİYAR, HAQQ VERİLMƏYİBKİ MƏNİM CİNSİ ORİYENTASIYAMI MÜZAKİRƏ ELƏSİN vəya CİNSİ ORİYENTASIYAMA GÖRƏ MƏNİ TƏHQİR ELƏSİN. Belə bir haqq hüquq ixtiyar HEÇ KƏSƏ hətda dövlət başçısına belə verilməyib. Mən hər şeydən öncə bu dövlətin vətəndaşıyam və hüquqlarım qorunur. VƏ BU DÖVLƏT TOLERANS, SEKULYAR DÖVLƏTDİR. Hər hansısa bir dinin şəri qanunları ilə İDARƏ OLUNMUR. Həmçinin MEYDAN.AZ saytıda Azərbaycan dövlətinin ali qanunlarını tədbiq etmək, uymaq və qorumaq MƏCBURİYƏTİ DAŞIYIR!

- BİR İNSAN HAQLARI MÜDAFİYƏÇİSİ OLARAQ HƏR KƏSİ İNSAN HAQLARINA HÖRMƏTLİ OLMAĞA ÇAĞIRIRAM!

1-2 il bundan qabaq 2-3 nəfərlə dırnaq arası zarafatlaşmağım olub mən birazda irəli getmişəm. Qurdalamışam onları ki görüm bunlar kimdilər məqsədləri nədir necə xislətli insanlardılar. VƏ İNDİ həmin "kişi" olub məni cinsi azlıq kimi orda burda qələmə verənlərin iç üzlərinə və necə bir insan olduqlarına şahid olmuşam. Bu barədə məndə screenlər, skype səs yazmaları, şəkillər və s. hamısı var. ;) Ancaq bu günə qədər heç kim deyə bilməzki The_West "filankəs haqqında belə dedi" və açdı tökdü sandığı. Çünkü mən özümə sığışdırmamışam elə şeyi. KİŞİNİN YANINDA BAŞ KƏSİLƏR ÇÜNKİ!

Son olaraq: Mənə "cinsi azlıq" deyib hörmətsizlik etməyə cürət edən o KİŞİLƏR bilsinlərki Azərbaycandaki və dünyada bütün cinsi azlıqlarda olan qeyrətin, kişiliyin, mərdliyin, igidliyin 1 QRAMIDA onlarda yoxdur! BUNU UNUTMASINLAR!

Bu qədər. Bu barədə birdə məndən heç kim heçnə soruşmasın. Hər kimə ki sərf edir o 2-3 nəfər "kişi" -yə inanmaq və onların ağzından çıxacaq sözlə məni tanımaq, mühakimə etmək ÖZLƏRİ BİLƏR ALLAHLARI BİLƏR! Kim məni hansısa "kişi"-yə görə tanıyıb hörmət qoyursa vəya qoymursa bu mənim yox həmin o inananların mənfisidir.

  написано: 2017-08-06 21:27:09 

Император
Hər kəsi öz vicdanı ilə baş başa buraxmaq lazımdır.Kimin necə nə cür olduğu zamanla bilinir.

  написано: 2017-08-06 20:25:27 

İnsanlar haqqında yalan şaiə ən murdar əlamətdi. İnsan sadəcə rəbbinə açıqlama verəcək . Əgər düzsənsə kim nə deyir desin.

Yoldaş qəhərman ədalət mövqeyində durur ama bir deyim varki " Sirkə nə qədər tünd olarsa öz qabın çatladar" . Yəni çoxda dərinə getmək yaxşıda deyil :)

Uğurlar

  написано: 2017-08-06 16:50:23 

Salamlar..

Yenə həmişə ki kimi tam ard arda oxuya bilmədim. Amma maraqlı məqamlar var. Açıq aşkar danışacam.

İlk mövzu The_west niki haqq ədalətli adamdı. Buna ORDEN sıralarında çalışarkən şahid olmuşam ( Bir iki problemlər var idi ordan )

- Amma burda bəzi şaiələrmi deyim zarafatlaşmağmı deyim bilmirəm : Bəzi istifadəçilər The_West- in cinsi azlıq olduğun deyirlər. Şəxsən öz adıma inanmıram buna. Çox məsələlər deyiblər inanmamışam.

Gələk oyunda balans söhbətinə..

Bu oyunda daima balansı Агаев-in klanı və T U R A L saxlıyıb. Skaypda danışıqlar olur və bir klan keçir zəif tərəfə.Beləcə oyun maraqlı olur.Mən hələdə bəzi istifadəçilərə çatdıra bilmirəm ki balansı 5-6 adam saatlarnan skaypda danışır qurur və dağıdır.Amma bəzi istifadəçilər kiçik söhbətlər edir svet belə tma elə. Və sairə deyiləsi çox mövzular var.

Sonda isə The_West - ə deyiləsi sözlərim var :

Hörmətli Nicat bəy.Sizə qarşı səslənən ittihamlar və böhtanlarnan heç vaxt razı olmamışam və qarışmamışam. Hər kəsi öz vicdanı ilə baş başa buraxmaq lazımdır.Kimin necə nə cür olduğu zamanla bilinir.

Altından xətt çəkərək yazıram ki :
Bu oyunda hamının düzgün bildiyi adam(lar) var ki min hoqqadan çıxıb realda.Nələr edib(lər) danışsaq tükləriviz biz biz olar. Tanıyırıq məlumatı çatıb xəbərimiz var. Onlar elədikləri əməldən utanmır yenə dikbaş dikbaş gəzdiyi halda siz niyə nədənsə narahat olasız ?


Sizə bol bol uğur arzu edirəm.

  написано: 2017-08-05 14:53:16 



Вы не авторизованы