Kolleksiya

bor
bor[11] info Xanlıq adminion
2026-09-08 00:23:27
Kolleksiya yeni sistem - Çantanıza daxil olarak orada yaradılan kolleksiyaya daxil oluruq.
Kolleksiyada bizi 4 fəsil gözləyir. Payız , Qış , Yaz və Yay. İlk fəslimiz payız olduğu üçün bu fəslin hədiyyəsi qeyd olunmuşdur. Kolleksiyanı bitirmek üçün vaxtlar aşağıda qeyd olunacaqdır həmin vaxt ərzində kolleksiyanı bitirsəniz sizə 1 aylıq hədiyyə veriləcək. Fəsillərin hədiyyələri hər fəsil gəldikcə dəyişkəndir. İlk payız fəslinin hədiyyəsi 25% Gücləndirilmiş Zərbə olaraq qeyd olunmuşdur.

Kolleksiyadaki resursları sizlər yalnız xaot döyüşlərindən və Əfsanəvi Sandıqdan qüdrət qarşılığında əldə edə bilərsiniz. Sayısı çox olan resurslarıysa Ticarət Bazarında manat qarşılığı digər qəhrəmanlara sata bilər və manat qazana bilərsiz.

Kolleksiya (Payız): 23 Sentyabr – 21 Dekabr
Kolleksiya (Qış): 22 Dekabr – 20 Mart
Kolleksiya (Yaz): 21 Mart – 21 İyun
Kolleksiya (Yay): 22 İyun – 22 Sentyabr

Bu tarixlər arası resurslar ayrı ayrı verilir. Məsələn
hal hazırda 23 İyundursa sizə yay aylarının resurslarını döyüşlərdə vərəcək yox əgər Fevral ayıdırsa o zaman sizə Qış resurslarını döyüşlərdə verəcək.

Xaot döyüşlərində qələbə qazanmaq vacib deyil qələbə və ya məğlubiyyət zamanıda verir.
VipÇat - Vipçatı olan qəhrəmanlarıda düşündük.
Beləki vipi olmayan qəhrəmanlar 10% şansla bu resursları əldə edir amma vipçatı olan qəhrəmanlar 15% şansla əldə etmiş olur.

Sistem yenidir hər an dəyişikliklər oluna bilər.

və son olaraq tarixlərə diqqət etməyiniz vacibdir çünki payız fəsli arası tarix qeyd olunub məsələn (Payız): 23 Sentyabr – 21 Dekabr siz resursları kolleksiyaya 22 dekabrda təhvil verə bilməyəcəksiniz. Yəni vaxtında təhvil verməlisiniz əks halda həmin kolleksiyanın girişi bağlanır və növbəti il üçün həmin resurslar birbaşa olaraq təmizlənir. (çox bilmişlik etmək olmayacaq :)))) )
Giriş etməmisiniz
2006-2026 Meydan.az