Форум WWW.MEYDAN.AZ » Официальные объявления » 9 Noyabr - BAYRAQ günü
0
Автор Тема: 9 Noyabr - BAYRAQ günü
  0 / -0    написано: 2016-11-09 10:12:20 

Gedərkən Turana çıxdın qarşıma,
Kölgən Dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!



Bayraq , bayrağımız ölkəmizin , millətimizin qürur mənbəyidir . Hər zaman yüksəkliklərdə dalğalanarkən baxıb fəxrləndiyimiz . Hər zaman başımızın üzərində olan , Böyük arenalarda , döyüşlərdə əlimizdə öndə dayanıb. Vətən uğrunda şəhid olan qardaşlarımızın məzarı üçrəngli bayrağa boyanıb.

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.

Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Qədim zamanlarda türklərin tikdikləri abidələr və.s mavi rəngdə olub .

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.

Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir


Azərbaycan bayrağının üç rəngi : türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur.

  написано: 2016-11-09 22:44:22 



  написано: 2016-11-09 21:23:56 

(c) Əhməd Cavad

  написано: 2016-11-09 19:12:47 

Bayramınız Mübarək!

  написано: 2016-11-09 17:41:51 

Bayraminiz mubarek

  написано: 2016-11-09 14:31:22 

Təbrik edirəm Hamını!!! Birdə zəhmət olmasa Aypara və Ulduzun açıqlamasını bildirmədiniz...

  написано: 2016-11-09 11:53:24 

Azərbaycan Xalqını və Meydan əhlini bu gözəl Bayraq Bayramı Münasibətiylə Təbrik edirəm...

  написано: 2016-11-09 11:19:06 

Yaşasın AZƏRBAYCAN!



  написано: 2016-11-09 10:41:15 

-Yawasin Azeribaycan !!


  написано: 2016-11-09 10:15:22 



  написано: 2016-11-09 10:15:17 

Yaşasın AZƏRBAYCAN!

Вы не авторизованы