Форум WWW.MEYDAN.AZ » Официальные объявления » 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür
0
Автор Тема: 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür
  0 / -0    написано: 2018-12-01 11:40:17 

Dünyada 35 mln-dan çox İİV/QİÇS-lə yaşayan insan var. Onlardan 3.3 mln. 15 yaşından aşağı olan uşaqlardır.

QİÇS/İİV nədir?

Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) - İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasının son mərhələsidir.

QİÇS/İİV 19 əsrin sonu 20 əsrin əvvələrində Qərbi Afrikada meydana gəlmişdir. 1981-ci ildə virus ABŞ-da həkimlər tərəfindən aşkar edildi. Virus çox sürətlə yayılmağa başladı. 1988-ci ildə virus 136 ölkəyə, bütün qitələrə yayılmışdı. 2000-ci ildə QİÇS artıq 190 ölkədə var idi. 1981-ci ildən 2012-ci ilədək 60,000,000 insan İİV-ə yoluxub. 30,000,000-dan çox insan İİV/QİÇS-lə əlaqədar xəstəliklərdən dünyasını dəyişib. Hər saatda 300 nəfər İİV-ə yoluxur. Hər il 70000-ə yaxın uşaq öz valideynlərini bu patologiyaya görə itirir və kimsəsiz qalır.

Azərbaycanda rəsmi qeydiyyatda 2200-dən çox QİÇS/İİV-lə yaşayan insan var.

İİV infeksiyası sağalmaz xəstəlikdir.

Sağalmaq ehtimalı: 0%
Letallıq göstəricisi: 100%

İİV/QİÇS insan orqanizminə dəhşətli təsir göstərir.

İİV-in ötürülmə yolları.

Cinsi əlaqə
Qanın köçürülməsi
Ana südü ilə
Şpris, iynə, skalpel, ülgüc və digər qeyri-steril tibbi və kosmetoloji alətlərin istifadəsi zamanı.
Hal-hazırda bütün dünyada QİÇS/İİV-ə qarşı mübarizə aparılır.

1 dekabr Beynəlxalq QİÇS-ə qarşı mübarizə günü kimi qeyd olunur.

9 700 000 İİV-ə yoluxmuş insan müalicəyə cəlb olunub. Bu problem haqqında bütün dünyada maarifləndirmə işləri aparılır çünki,

QİÇS-dən heç kim sığortalanmayıb.

Yaşından, Cinsindən, İrqindən, Sosial vəziyyətindən asılı olmayaraq bu bəlaya hər kəs düçar ola bilər.

QİÇS SEÇMİR - SİZ SEÇİRSİNİZ...

Biz həyatı seçirik, bəs Siz?

QİÇS-ə YOX DEYƏK!


  написано: 2018-12-02 13:25:22 

YoX..!


  написано: 2018-12-02 12:50:31 

YOX

  написано: 2018-12-02 03:35:06 

Hər il milyonlarla İndan QİÇS-in Qurbanı olur((

  написано: 2018-12-01 18:01:34 

Yox!

  написано: 2018-12-01 17:51:51 

YOX

Вы не авторизованы