Форум WWW.MEYDAN.AZ » Официальные объявления » 20 Yanvar - Ümumxalq Hüzn Günü
0
Автор Тема: 20 Yanvar - Ümumxalq Hüzn Günü
  3 / -0    написано: 2020-01-20 13:06:41 

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

ALLAH şəhidlərimizə rəhmət eləsin...



  написано: 2022-01-20 16:19:22 

1990 ci il 20 Yanvar....Unutmadiq....Unutdurmadiq..!

Allah Şəhidlırimizə rəhmət etsin Ailələrinə səbr versin

AMİN

  написано: 2020-01-20 15:51:15 

Başın Sağolsun AZƏRBAYCAN!!!

  написано: 2020-01-20 15:39:06 

ALLAH Rehmet elesin..Ailelerine sebr versin

  написано: 2020-01-20 15:19:07 

ALLAH şəhidlərimizə rəhmət eləsin

  написано: 2020-01-20 14:13:54 

ALLAH şəhidlərimizə rəhmət eləsin

  написано: 2020-01-20 14:03:27 

Allah Rehmet Elesin Amin

  написано: 2020-01-20 13:51:22 

Basimiz sagolsun

  написано: 2020-01-20 13:22:06 

ALLAH şəhidlərimizə rəhmət eləsin...


  написано: 2020-01-20 13:21:08 

ALLAH şəhidlərimizə rəhmət eləsin

  написано: 2020-01-20 13:12:17 

ALLAH şəhidlərimizə rəhmət eləsin

  написано: 2020-01-20 13:09:17 

Başımız sağolsun

Вы не авторизованы