Форум WWW.MEYDAN.AZ » Официальные объявления » 30 Aprel qan yaddaşımız!
0
Автор Тема: 30 Aprel qan yaddaşımız!
  0 / -0    написано: 2020-04-30 22:13:02 

2009-cu il aprelin 30-da ADNA-da törədilmiş terror aktı ilə bağlı istintaq araşdırması nəticəsində qətliyamın Ermənistanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyi təsdiqini tapmışdır. Bu terror aktını digərlərindən fərqləndirən başlıca xüsusiyyət onun Azərbaycan Respublikasının düşünən beyinlərini – alimləri və gənclərini, ölkənin gələcəyini hədəf alması idi. Həmin gün həlak olan müəllimlər sahib olduqları zəngin elmi-pedaqoji potensiallarını minlərlə gəncə ötürəcəkdilər. Tələbə yoldaşlarını qorumaq üçün silahlı terrorçuya əliyalın şəkildə müqavimət göstərərək həlak olan gənclər isə respublikanın insan kapitalını zənginləşdirəcəkdilər. Həmin dəhşətli gün bir nəfər də olsa tələbə qızın burnu belə qanamamlşdı - bu, terrora qurban gedən tələbələrimizin milli ruhda tərbiyə olunmasının, mərdlik və cəsarətlərinin nümayişi idi.
Bir neçə ildir ki, ADNSU-nun ikinci tədris binasının foyesində 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef quraşdırılıb. Həmin barelyef gündəlik olaraq onun önündən keçən minlərlə tələbəyə 11 il əvvəl bu təhsil ocağının divarları arasında yazılmış qəhrəmanlıq salnaməsini xatırladır, xatrlatmaqla da kifayətlənmir. Bu abidə minlərlə tələbə üçün yaxşı oxumaq, Vətənə layiqli övlad olmaq üçün and yeridir. Terror qurbanı olan balalarımız, oğullarımız 11 il keçsə də unudulmur, unudulmayacaq da! Bir daha 30 aprel 2009-cu ildə törədilmiş terror aktı qurbanlarının doğmalarına və yaxınlarına dərin hüznlə bağsaığı verir və onların xatirəsinin əbədi olaraq yaşayacağını bildiririk. Allah rəhmət eləsin!


  написано: 2020-04-30 23:50:32 

Başımız Sağolsun.

  написано: 2020-04-30 23:49:37 

ALLAH REHMET ELESIN.

  написано: 2020-04-30 22:36:49 

ALLAH REHMET ELESIN

Вы не авторизованы