Форум WWW.MEYDAN.AZ » Официальные объявления » KORONAVIRUS-dan necə qorunmalı?
««« | «« |0 | 1
Автор Тема: KORONAVIRUS-dan necə qorunmalı?
  0 / -0    написано: 2020-06-17 15:18:21 

PROFİLAKTİK TƏDBİRLƏR


Yaşadığınız ərazidə COVID-19-un yayılmasından ailənizlə birlikdə necə qoruna bilərsiniz

• COVID-19 və onun icmada yayılma halları haqqında məlumatları haradan tapa biləcəyinizi müəyyənləşdirin.
• COVID-19-un əlamətləri və simptomları barədə nə etməli olduğunuzu öyrənin:
o Özünüzü pis hiss edirsinizsə evdə qalın.
o Həkimə getməzdən öncə gəlişinizi zəng edərək bildirin.
o Vacib olmadıqca evdən çölə çıxmayın.
o Qonaqlarınızın (ziyarətçilərinizin) sayını azaldın.
• Yüksək yoluxma riski qarşısında qalan şəxslərin hansı əlavə ehtiyat tədbirlərini həyata keçirə biləcəklərini öyrənin.
• Xəstəliyin qarşısını almaq üçün addımlar atın (məsələn, özünüzü pis hiss etdiyiniz halda evdə qalın, əllərinizi tez-tez yuyun, asqırarkən və öskürərkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın, tez-tez toxunulan səthləri gündəlik təmizləyin).
• Ailə üzvlərinin virusa yoluxması ilə və ya yaşadığınız ərazidə COVID-19 səbəbindən gündəlik həyatın pozulması kimi mümkün hallara qarşı hazırlıq planınız olsun.
o Evdən tez-tez çıxma hallarını azaltmaq məqsədilə iki həftəlik dərman, qida və digər zəruri məhsulları tədarük edin.
o Digər şəxslərlə (ailə üzvləri, dostlar, iş yoldaşları və s.) əlaqə imkanlarını müəyyən edin.
o Evdən işləmək, uşaqların qayğısına qalmaq və planlaşdırılmış tədbirlərin ləğv edilməsi halları üçün alternativ planınız olsun.
• Ailə üzvlərinin iş yerləri və ya getdikləri təhsil müəssisələrində mümkün fövqəladə hallar planı barədə məlumatlı olun.

Evdə sağlamlığınızı qorumaq üçün 10 tövsiyə

1. Evdə qalaraq işdən, məktəbdən və digər ictimai yerlərdən uzaq olun. Evdən çıxmaq vacibdirsə hər-hansı ictimai nəqliyyat, ortaq minik avtomobili və taksi istifadəsini məhdudlaşdırın.
2. Simptomlarınızı diqqətlə izləyin. Simptomlarınız kəskinləşirsə, dərhal həkiminizə zəng edin və ya dövlət tərəfindən müəyyənləşdirilmiş tibb müəssisələrinə və ya təcili tibbi yardım xidmətinə müraciət edin.
3. İstirahət edin və bol maye (su, çay və s.) qəbul edin.
4. Qripəbənzər əlamətləriniz varsa, həkimə zəng vurun və COVID-19 virusuna yoluxma ehtimalınız olduğunu bildirin.
5. Ciddi şübhəniz olduqda təcili tibbi yardım üçün 103 və ya 113 nömrəsinə zəng edin və tibb işçilərini COVID-19-a yoluxma ehtimalınız barədə məlumatlandırın.
6. Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu birdəfəlik salfet və ya dirsək büküşünüzlə bağlayın.
7. Əllərinizi tez-tez sabun və su ilə ən azı 20 saniyə ərzində yuyun və ya tərkibində ən azı 70% spirt olan əl təmizləyici (dezinfeksiyaedici) vasitələrdən istifadə edin.
8. İnfeksiya əlamətləriniz varsa, mümkün qədər evdə ayrıca otaqda qalın və digər insanlardan uzaq olun, ayrıca vanna otağından istifadə edin. İnsanlarla təmasınız olacağı təqdirdə maskadan istifadə edin.
9. Şəxsi əşyaları, məsələn, qab-qacaq, dəsmal və yataq dəstlərini evinizdəki insanlarla bölüşməkdən çəkinin.
10. Masaüstü, süfrə və qapı tutacağı kimi ümumi istifadə olunan bütün səthləri tez-tez təmizləyin. Ev təmizləyici spreylər və ya salfetlərdən təlimatlarına uyğun istifadə edin.
11. Şəxsi qulluqla bağlı hər hansı bir əlavə sualınız varsa tibb işçisi və ya yerli tibb mərkəzləri ilə əlaqə saxlayın.

COVID-19 xəstəliyinin hazırda təsdiqlənmiş xüsusi virus əleyhinə müalicəsi yoxdur. COVID-19-a yoluxan insanlar simptomları yüngülləşdirmək üçün dəstəkləyici müalicə ala bilərlər. Ağır hallarda müalicəyə həyati vacib orqanların funksiyalarının dəstəklənməsi tədbirləri daxil edilməlidir.

COVID-19-a məruz qaldıqlarını düşünən insanlar dərhal təcili tibbi yardım (103 və ya 113) xidməti ilə əlaqə saxlamalıdırlar.



  написано: 2020-07-13 14:21:11 

12 İyul məlumat


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 520 yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 24 min 41 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 min 93 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib. Aktiv xəstə sayı 8642 nəfərdir.

Ötən müddət ərzində 568 min 234 test aparılıb. Bugünkü test sayı isə 7878-dir.

  написано: 2020-07-13 14:19:55 

11 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.

  написано: 2020-07-10 17:10:54 

10 İyul məlumat


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 526 yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 93 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib. Aktiv xəstə sayı 8605 nəfərdir.

Ötən müddət ərzində 552 min 311 test aparılıb. Bugünkü test sayı isə 7576-dır.

  написано: 2020-07-09 20:05:20 

9 İyul məlumat



Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 548 yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib. Aktiv xəstə sayı 8589 nəfərdir.

Ötən müddət ərzində 544 min 735 test aparılıb. Bugünkü test sayı isə 7505-dir.

  написано: 2020-07-08 18:48:09 

8 İyul məlumat


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.

Ötən müddət ərzində 537 min 230 test aparılıb. Bugünkü test sayı isə 7355-dir.

  написано: 2020-07-07 18:57:16 

7 İyul məlumat


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Ötən müddət ərzində 529 min 875 test aparılıb. Bugünkü test sayı isə 7102-dır.

  написано: 2020-07-06 17:37:00 

6 İyul məlumat


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

Ötən müddət ərzində 522 min 773 test aparılıb. Bugünkü test sayı isə 6240-dır.

  написано: 2020-07-06 15:19:17 

5 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.

  написано: 2020-07-06 15:18:03 

4 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11 min 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib. Aktiv xəstə sayı 8269 nəfərdir.

Ötən müddət ərzində 509 min 811 test aparılıb. Bugünkü test sayı isə 6846-dır.

  написано: 2020-07-03 17:23:37 

2 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 8212 nəfərdir.

Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.

Düzəliş:\r\n\r\n3 İyul məlumat ( АВТОР: ГЛАВА - 03.07.2020-17:24:05 )



  написано: 2020-07-02 18:50:10 

2 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 572 yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib. Aktiv xəstə sayı 8031 nəfərdir.

Ötən müddət ərzində 495 min 828 test aparılıb. Bugünkü test sayı isə 6976-dır.

  написано: 2020-07-01 21:43:12 

1 İyul məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 588 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 min 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib. Aktiv xəstə sayı 7831 nəfərdir.

Ötən müddət ərzində 488 min 852 test aparılıb. Bugünkü test sayı isə 6682-dir.

  написано: 2020-06-30 23:58:08 

30 iyun məlumat

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 556 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7596 nəfərdir.

Ötən müddət ərzində 482 min 170 test aparılıb. Bugünkü test sayı isə 6645-dir.

Вы не авторизованы