Форум WWW.MEYDAN.AZ » Благодарности и поздравления » Dahi Şəxsiyyətlər --- Anri Dünan
0
Автор Тема: Dahi Şəxsiyyətlər --- Anri Dünan
  0 / -0    написано: 2018-11-03 20:08:43 

Anri Dünanın həyatı maraqlı bir romanın mövzusu ola bilərdi. O, varlı bir ailədə həyata göz açdı, amma vəfat edəndə çox kasıb idi. Avropanın ən iri kommersiya qurumlarından birinə rəhbərlik etdi, amma dəhşətli müflisləşmə ilə üzləşdi. Nəhayət, adı XIX əsrin sonunda bütün Avropada məşhurlaşan, Cenevrənin fəxri vətəndaşı olan bu şəxs vəfat edəndə, hamı tərəfindən tərk olunmuş, yalqız qalmış və unudulmuşdu.

Dünanın valideynləri çox təhsilli və dindar adamlar idi. Yəqin ki, elə bu səbəbdən də onların oğlu ruhani olmaq haqqında düşünürdü. Lakin 26 yaşı olarkən o, qəflətən kommersiya fəaliyyəti ilə məşğul olmağa başladı. Və onun bu fəaliyyəti kifayət qədər uğurlu oldu.

1859-cu ildə o, Fransanın müstəmləkəsi olan Əlcəzairdə faydalı qazıntıların istehsalı ilə məşğul olan tacir idi və işinin Afrika bazarında daha da uğurlu inkişafı üçün ona bircə su resurslarından birbaşa istifadə etməyə icazə lazım idi. Bu icazəni isə ancaq Fransa imperatoru III Napoleon verə bilərdi.

Gənc Dünanı hətta imperatorun Parisdə yox, Şimali İtaliyada olması da fikrindən döndərmir. 24 iyun 1859-cu il tarixində İtaliyanın Solferino kəndinin yaxınlığında hər tərəfdən 169 000 nəfər olmaqla XIX əsrin ən qanlı döyüşü baş verdi. 16 saat davam edən döyüşdən sonra 40 000 nəfərdən artıq ölən və yaralanan var idi. Orduların sanitar heyəti əlindən gələni etsə də, həkimlərin həddindən artıq az olması ucbatından (Fransa ordusunda 9000 əsgərə 6 həkim var idi, ümumən, isə orta hesabla 500 yaralıya 1 həkim düşürdü) bir çox yaralıları xilas etmək mümkün olmadı.

Fransa imperatorunun qərargahı yerləşən Solferinoya Dünan döyüşün ertəsi günü çatır və gözü qarşısında açılan mənzərə onu dəhşətə gətirir: döyüş meydanında tərk edilmiş minlərlə köməksiz yaralı imdad diləyirdi. Buraya nə üçün gəldiyini unudan Anri Dünan yaralılara əlindən gələn köməyi edir. O, yaxınlıqdakı Solferino kəndinin əhalisinə üz tutur və onun yerli əhalini inandırmasının nəticəsi olaraq xeyli yaralının həyatı xilas edilir.

Dünan öz həmkarlarına müraciət edərək yardım üçün pul köçürmələrini xahiş edir, yaralılara qulluq edir və imperatorla görüşməyərək geri dönür. Lakin şahidi olduğu bu dəhşətli hadisə Dünanın yaddaşından silinmirdi. Onun bu barədə söhbətlərini eşidən dostları gördüklərini qələmə almağı məsləhət görürlər. Beləliklə, 1862-ci ildə onun müəllifi olduğu «Solferino xatirələri» adlı kitab işıq üzü gördü. Müasirlərindən birinin sözləri ilə desək, bu kitab insanı müharibəni lənətləməyə məcbur edir.

Digər avtobioqrafik əsərlərdən fərqli olaraq, Anri Dünan müharibənin dəhşətlərini təsvir etməklə kifayətlənmir, bu faciənin gələcəkdə də baş verməməsi üçün kitabı 2 təkliflə bitirir:

1. Niyə sülh və əmin-amanlıq dövründə müharibə zamanı yaralılara kömək və qayğı göstərə biləcək, təlim keçmiş könüllü dəstələr yaradılmasın?

2. Niyə sülh və əmin-amanlıq dövründən Avropanın müxtəlif ölkələrində yaralılara köməyin əsasını təşkil edəcək məcburi beynəlxalq qaydaların yaradılması üçün istifadə edilməsin?

Birinci təklifin nəticəsi olaraq müxtəlif ölkələrdə əvvəlcə Qızıl Xaç, sonralar isə Qırmızı Aypara Milli Cəmiyyətləri yaranmağa başladı, ikinci təklifin nəticəsi olaraq isə beynəlxalq humanitar hüququn əsası qoyuldu.

Kitab dərhal büyük uğur qazandı. Anri Dünanı ilk dəstəkləyən cenevrəli vəkil və yerli xeyriyyə səmiyyətinin sədri Qustav Muanye oldu. Muanye özünün və Dünandan başqa daha üç nəfərin — general Qiyom Anri Dyufur və həkimlər Lui Appia və Teodor Monuarın daxil olduğu Beşlər Komitəsini yaratdı. Bu komissiya sonralar Beynəlxalq Qızıl Xaç Komitəsi adlandırılacaq Beynəlxalq Yaralılara Yardım Komitəsinin əsasını qoydu.

Beynəlxalq Yaralılara Yardım Komitəsinin fəaliyyətinn nəticəsi olaraq, 1863-cü ildə Cenevrə şəhərində 16 dövlət və 4 xeyriyyəçi təşkilatın iştirakı ilə beynəlxalq konfrans çağırıldı. Məhz bu konfransda silahlı münaqişə dövründə yaralılara yardım güstərən tibbi heyəti müdafiə edən fərqləndirici emblem — ağ fonda qırmızı xaç emblemi qəbul edildi.

1864-cü ildə İsveçrə dövləti döyüş meydanında tibbi xidmətin müdafiəsini rəsmiləşdirmək və Qızıl Xaç və onun ideallarının beynəlxalq səviyyədə tanınması üçün Cenevrə şəhərində beynəlxalq diplomatik konfrans çağırdı. 12 dövlətin nümayəndəsinin iştirak etdiyi konfrans yaralıların vəziyyətinin yaxşılaşdırılmasına dair Cenevrə konvensiyasını — humanitar hüququn ilk müqaviləsini qəbul etdi.
Dünan və onun dostları müvəffəqiyyət qazandı.

  написано: 2018-11-03 23:13:40 

əladı belə paylaşımların ardı gəlsin

  написано: 2018-11-03 20:57:02 



  написано: 2018-11-03 20:17:42 



  написано: 2018-11-03 20:14:27 



Вы не авторизованы