Форум WWW.MEYDAN.AZ » Благодарности и поздравления » Dahi Şəxsiyyətlər --- Şarl de Qoll
Автор Тема: Dahi Şəxsiyyətlər --- Şarl de Qoll
  0 / -0    написано: 2018-11-24 20:46:38 

Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.

De Qoll Lilldə təhsilli, katolik, konseravtiv ancaq sosial olan və mütərəqqi intellektual ailədə anadan olmuşdur. Onun bababsı tarixçi, nənəsi yazıçı idi. Qollun atası öz şəxsi məktəbini yaratmamışdan əvvəl müxtəlif katolik məktəblərində dərs deyir. Dreyvus qalmqalı zamanı onun ailəsi konsevativ və millətçilərdən üz döndərirlər və antisemitist baxışlarından Alfred Dreyvusu təqib edirlər. 1908-ci ildə de Qoll Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olur və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurur. Sonra o Fransa ordusuna daxil olur. O 33-cü piyada alayına göndərilir. Bu alayın komandiri 1910-ci ildən Henri Fillip Peten idi.

Birinci dünya müharibəsi zamanı 12 avqust 1914-cü ildən de Qoll 5-ci ordunun tərkibində hərbi döyüşlərdə iştirak edir. Üç gün sonra Dianada o yaralanır və ordu sıralarına müalicə olunduqdan sonra oktyabr ayında qayıda bilir.10 mart 1915-ci ildə Menil-le-yurlu ətrafında gedən döyüşlərdə o yenidən yaralanır. 33-cü alaya qayətdıqdan sonra onun rütbəsi artılır və o kapitan kimi rota komandiri olur. Verden döyüşləridnə Duomon kəndində (1916) o üçüncü dəfə yaralanır. Döyüş meydanında atılmış de Qoll Fransa rəhbərliyi tərəfindən ölümündən sonra hərbi mükafatlara layiq görülür. Ancaq o sağ qalır. Onu düşmən tərəfi Maysen hərbi hospitalında müalicə edirlər və qəsrdə həbsdə saxlayırlar.

De Qoll qaşmağa cəhd edir. Onunla birlikdə gələcək marşal Tuxaçevski də türmdəd yatır. Onların arasında hərbi nəzəriyyə haqqında ümumi fikir yaranır. Həbsxanada de Qoll alman ədəbiyyatı oxuyur Almaniya haqqında daha çox məlumat toplayır. Bu ona sonrakı illərdə orduya rəhbərlik etməkdə kömək edir. O vaxtları o ilk kitabını yazır: "Düşmən ordusunda parçalanma" (1916).

De Qoll Birinci dünya müharibəsi başa çatdıqdan sonra 11 noyabr 1918-ci ildə azadlığa çıxır. 1919-21-ci illərdə de Qoll Polşada olur. O burada Varşavanın yaxınlığında yerləşən Rembertdə keçmiş imperator qvardiyası məktəbində taktika nəzəriyyəsindən dərs deyir. 1920-ci ilin iyul-avqust aylarında sovet-polşa müharibəsində iştirak edir. Bu dövrdə rus ordusuna onunla vaxtile bir türmədə yatan Tuxaçevskiy rəhbərlik edirdi. Müharibədən sonra o Polşada daimi qalmaqdan imtina edərək vətəninə dönür və 6 aprel 1921-ci ildə İvonne Vandra ilə evlənir. bir ils onra 28 dekabrda onun oğlu Filipp anadan olur. İlk vaxtlarda o Sen-Sir məktəbində dərs deyirç sonralar isə Ali Hərbi Məktəbə buraxılır. 15 may 1924-cü ildə onun qızı Elizabet dünyaya gəlir. 1928-ci ildə ikinci qızı, Daun sindromundan əziyyət çəkən qızı Anna anadan olur (o 1948-ci ildə vəfat edir)

İkinci dünya müharibəsi başlayan anda de Qoll polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komdanlıq etməyi həvalə edirlər (5000 əsgr və 85 tank). iyun ayənən 1-dən o briqada generalınn vəzifəsini icra etməyə başlayır. Bu vəzifə müharibənin başlanamı il əlaqədar olaraq rəsmi təsdiq oluna bilmir və o müharibədən sonra yalnız polkovnik pensiyası alır. 6 iyunda baş nazir Pol Reyno onu müdafiə nazirinin müavini vəzifəsinə təyin edir. Bu vəzifədə olan general barışıq şərtlərini qəbul etmir və 15 iyunda hökümət marşal Petenə keçdikdən sonra o Böyük Britaniyaya mühacirət edir.

Elə həmin bu zaman parçası de Qolun tərcümeyi halında dönüş rolunu oynayır. "Ümidlər memuarları"nda o yazır: "18 iyun 1940-cı ildə vətənin şağırışılna səs verərək, öz ruhunu və namusunu qorumağa heç bir başqa imkanı oqalmayan de Qoll, tək , heç kimə tanış olmayan bütün Fransanın taleyini öz üzərinə götürməli idi". Həmin gün BBC onun xalqa müqavimət göstərmək üçün çağırışı radioda yayımlayır. Tezliklə generalın "Bütün fransızlara" müraciəti vərəqlər şəklində ölkədə yayılmağa başlaıyır:

"Fransa döyüşü uduzdu, amma o müharibəni uduzmayıb! Heçnə itirilməyib, çünki bu müharibə dünya müharibəsidir. O gün gələcək, Fransa azad olacaq... Bax buna görə mən bütün Fransızlara müraciət edərək mənim ətrafımda mübarizə, özünüqurban və ümid naminə birləşməyə çağırıram".
General Peten hökümətini satqınçılıqda ittiham edərək, "bütün məsuliyyəti ilə Fransanın adından çıxış etdiyini vurğulayır. Beləliklə de Qoll "Azad (sonralar- döyüşən) Fransa" təşkilatının başında duraraq işğalçılaraq və Vişi rejiminə qarşı mübarizə aparmağa çağırır.

De qolun əsas məqsədi Afrika, İndoçin və Okeaniyada olan Fransa koloniyalarını fransız patriotları tərəfinə çəkməkdən ibarət idi. De qoll Dakarı zəbt etmək cəhdi boşa çıxdıqdan sonra o Konqoda İmperiya müdafiə şurası yaradır. Bu andan başlayaraq de Qoll öz fəaliyyəttinin milli və tarixi köklərini müəyyənləşdirir.

"Azad Fransa"nın əsas qələbəsi 22 iyun 1941-ci ildən sonraya təsadüf edir. 1941-42-ci illərdə işğal olunmuş Fransa əraziləridnə partizan döyüşləri güclənir. 1941-ci ildə almanların əsir düşənləri güllələməsindən sonra, de Qoll bütün fransızları mübarizəyə qalxmağa və işğalçılara tabe olmamağa səsləyir.

Bu ərəfədə onun fəaliyyəti qərbdə elə də müsbət qarşılanmırdı. "Azad fransızlar" müharibənin gedişinə mane olmaqda ittiham olunurdular. 7 noyabr 1942-ci ildə amerika əsgərləri Əlcəzair və Mərakeşə çıxaraq orada Vişi hökumətini dəstəkləyən yerli fransız rəisləri ilə danışıqlar aparırlar. Bu anda de Qoll Amerika və İngilis rəhbərliyini inandırmağa çalışır ki, vişistlərlə birgə işləmək Fransa tərəfində olanlarda ruh düşkünlüyü yaradacaq. De Qoll ilə müttəfiqlər arasında olan bu anlaşılmazlığa görə də, Şimali Afrikada onların birgə döyüş aparmaları baş tutmur.

4 iyun 1944-cü ildə de Qoll Uinston Çörçill tərəfindən Londona çağırılır. İngilis baş naziri Normandiyaya ordu çıxışı haqqında olan planlarını de Qolla bildirir. Həm də ona bildirilir ki, onun köməynə ehtiyac yoxdur. General Eyzenhaun tərəfindən fransız xalqına yazılmış müraciətdə hamının yeni hökumət seçilənədək mütəffiqlərin ordusuna tabe olmağa çağırırdı.De Qollun kəskin etirazından sonra ona radioda fransız xalqı qarşısında çıxış etməyə imkan verirlər. Öz çıxışında o "Döyüşən Fransa" hökümətinin legitimliyi haqqında danışaraq Amerika komandanlığına tabe olmamağa çağırır.

Şarl de Qoll İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gələrək, "Hacincki evində" qalmışdır. Bakıda olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa etmişdir.

Şarl de Qoll 1944 cü ilin noyabr və dekabr aylarında Bakıda, "Hacincki evində" qalmışdır

Əhmədiyyə Cəbrayılovun öz dilindən çıxan sözləri qeyd edək: “Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa keçdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”. De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Armed Mişel SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirərək qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. Son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz deyir: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".

Вы не авторизованы