Форум WWW.MEYDAN.AZ » Благодарности и поздравления » Novruz Bayramınız Mübarək
0
Автор Тема: Novruz Bayramınız Mübarək
  0 / -0    написано: 2020-03-20 12:58:05 

Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.

Hətta bəzilərinin fikrincə bu bayram Əlinin hakimiyyətə gəldiyi günlə bağlıdır. Yəni xalq Əlinin hakimiyyətə gəlişini qeyd etmək məqsədi ilə bu bayramı etmişlər. Ancaq bildirək ki, Əli iyul ayında hakimiyyətə gəlmiş Novruz bayramı isə bildiyimiz kimi mart ayında qeyd olunur.

Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.

Azərbaycan incəsənətində Novruz bayramı
Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də, Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib Novruz haqqında.

Mənbə:Granitas saytı

P.S. Başda meydan.az saytının rəhbərliyi olmaqla bütün saytın qəhrəmanlarını Novruz Bayramı münasibəti ilə təbrik edirəm

  написано: 2020-03-20 23:43:14 

Bayramınız Mübarək

  написано: 2020-03-20 23:39:43 

Sizinle Bahem

  написано: 2020-03-20 23:34:29 

Bayramınız Mübarək özünüz kimi gözəl həyat arzu edirəm

  написано: 2020-03-20 23:33:46 

Bayramınız Mubarek

  написано: 2020-03-20 15:00:18 

Bayramınız Mubarek

  написано: 2020-03-20 15:00:15 

Bayramınız mübarək olsun əziz oyun sevərlər və admin heyəti

  написано: 2020-03-20 14:58:23 

Bayramınız Mübarek

  написано: 2020-03-20 13:10:39 

Bauramınız Mübarək

  написано: 2020-03-20 13:07:04 

Bayraminiz mubarek

  написано: 2020-03-20 13:00:20 

cox sagolun sizinde bayraminiz mubarek olsun


Вы не авторизованы