Автор | Тема: QARA YANVAR [Перемещен] | |||
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. elə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü. ALLAH RƏHMƏT ELƏSİN |
||||
Allah rehmet elesin |
||||
Allah rehmet elesin sehidlerimize. |
||||
Allah rehmet elesin |
||||
Allah rehmet elesin |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
ALLAH rehmet elesin |
||||
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
Аллах Рехмет Елесин |
||||
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN |
||||
ALLAH Wehidlerimize Rehmet Elesin Unutmadiq Unutmariqda |
||||
ALLAH Şəhidlərimizə Rəhmət eləsin |
||||
Allah Rehmet Elesin. |
||||
Allah Şəhidlərimizə Rəhmət eləsin. |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
Allah Rehmet etsin |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
ALLAH RƏHMƏT ELƏSİN |
||||
ALLAH REHMET ELESIN Yerleri Cennet olsun. |