Форум WWW.MEYDAN.AZ » Конкурсы » Azerbaycan Esgeri Sengerde.
0 | 1 | »» | »»»
Автор Тема: Azerbaycan Esgeri Sengerde.
  9 / -0    написано: 2016-04-04 23:34:30 

Veten oqullarimiz hal hazirda torpaqlarimiz uqrunda mucadile edir.Onlarin her biri Ana Veten deyib canini qurban vermeye hazirdi.Bu anda onlara menevi destek olmaq , lazim gelerse de elimize silah alib doyushe qatilmaqa haziriq.Biz de bu proekti fikirleshmekle sizin destek olaraq ruh yukselden sozlerinizi, shuarlarinizi gozleyirik.

Beyenilen yazi sesverme yolu ile qiymetlendirilecek.Sesverme 5 bal sistemi ile qiymetlendirilecek.





Jyurinin terkibi

1.)-Велизаде
2.)-NEOGENCE
3.)-Пауль Боймер
4.)-Одинокий Но Единый


  написано: 2016-04-10 02:56:53 

Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə
Min bir böhtanıyla min bir şəriylə
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.


O şənbə gecəsi o qətl günü
Mümkünə döndərdik çox namümkünü
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə
Bir yumruğa döndük o gecə biz də
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər
Qaraca torpağı qiymətləndirər
Donan vicdanlari qeyrətləndirər
Axı el qeyrəti çəkdi şəhidlər.

Bilirik bu bəla ne ilkdi ne son
Ölurkən uğrunda bu ana yurdun
Quzu cildindəki o qoca qurd
Dogru düz şəklini çəkdi şəhidlər.

İnasan insan olur öz hünəriylə
Millət millət olur xeyir şəriylə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.

Bəxtiyar Vahabzadə

ALLAH Wehidlerimize Rehmet Elesin Ailelerine Sebr Versin
Wehidler Olmez Vatan Bolunmez

  написано: 2016-04-08 23:02:23 

Salam men sozlerle fikrimi bildirmek isteyirem tewekkur etirem tewkilatciyaki bu fikirlerimizi bildirmeye imkan verib.Azerbaycan butun olkeler kimi bir olkedir sadece butun olkelerden onlari ferqlendiuren amillerden biride odurki.her kes yawamagi sevdiyi kimi bizde veten yolunda olmeyi sevirik bax buda qarwi terefde olan ermenilerin duwuncesine sigiwmiyan bir weydir. Olen Wehidlerimize Allh Rehm etsin yarali qardawlarimizada qelblerini fereh tutmalarini ve birde wefa versin, Itki veren Ailelerede Allah sebr versin bilsinlerki ovladlari werefli olubler bu her kese nesib olmaz.inwallah bizde size qovuwaceyik.tewekkur edirem birdaha tewkilatciya meydan.az saytina bu imkanlari bize rahat wekilde tanitdiniz.

  написано: 2016-04-08 15:22:21 

"Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" (Müəllif - Qabil)

Uzanır danışıqlar, imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti, sözü var dəstəklərin.
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Səyi təqdirə layiq, rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz, nələr çəkmir başımız....
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır, göz dolur Şəhid qəbirlərindən.
Düşünüb daşınıram, özlüyümdə dərindən;
İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,
Heyyətlər təzələnir, bir şey görünmür hələ.
Müddətlər təzələnir, bir şey görünmür hələ.
Açılmır ki, açılmır düyünü bu torpağın.
Qov alışa bilərmi, od saçmasa çaxmağın?
İldırımlardan belə umma bu zərrələri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!
Təzə-tər qərənfilli xiyaban istəmirəm!
Tükənir səbrim fəqət, sazişlər,
Qətnamələr, bəyanatlar kifayət!
Ziyafətlər kifayət!
Ziyafət dumanında nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan biyaban istəmirəm!
Yellənsin sülh bayrağı!
Bu bayrağa kəm baxan,
Həm baxmayan, həm baxan
Bədgüman istəmirəm!
Sevindirsin milləti qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!
-------------------------------------------------------------------------------------
Ümidimiz Yalnız Sizədir, Bizim Qəhrəman Milli Ordumuz.
Biz heç yerə getməyəcəyik, Vətənimizi qoyub heç yerə qaçmayacağıq, öləcəyiksə birlikdə öləcəyik! Bu torpaqda ilk addımlarımızı atmışıq, bu torpaqda babalarımız yatır! Lazım gəlsə, bütün əhali silaha qurşanacaq, lakin bu torpaq bir də heç vaxt yadelli tapdağı qəbul etməyəcək!

  написано: 2016-04-08 12:07:07 

Ana əsgər yola salır,
Ürəyini qüssə alır,
Zaman keçir,vaxt daralır,
Getmə bir az yuban, əsgər.

Ürəyini şübhə didir,
Bəlkl qayıtmadın bilir,
Dilində "yaxşı yol" deyir,
Ürəyində "dayan", əsgər.

Allah sənə olsun kömək,
Şəhidlərdən götür örnək,
Qarabağı almaq gərək,
Düşməndə daş qayan, əsgər.

Sənə güvənir bu Vətən,
Daim ayıq-sayıq ol sən,
Pusqudadır mənfur düşmən,
Yatma,yatma,oyan,əsgər.

Vətən uğra doğru gedir,
Erməni,məqsədin nədi?
Sənlə Azərbaycan Qürur duyur,fəxr edir AZƏRBAYCAN ƏSGƏRİ.


  написано: 2016-04-07 13:38:14 

Men Fexr Edirem ki, MEn AZERBAYCANLIYAM!


Sizlerden ayrlidim 18 yawimda
Ozumu gordum kewik bawinda
Adimi gorsen mezar dawinda
Uzerime uzanib aglama ANAM!


WEHIDLER olmez VETEN bolunmez!

Allah butun Analara sebr versin. Amin!

  написано: 2016-04-07 11:09:42 

El bilirki sən mənimsən.
Yurdum yuvam məskənimsən.
Anam doğma vətənimsən.
Ayrılarmı könül candan.
Azərbaycan.Azərbaycan!!!

Torpaglarımız uğrunda qanından canından kecən ŞƏHİDLƏRİMİZƏ ALLAH qeni qeni Rəhmət eləsin...

  написано: 2016-04-06 18:29:24 

Qarabagh canimiz ,feda olsun qanimiz.

  написано: 2016-04-05 20:13:48 

Arzu konullerde qalxib ucaldi,
Onlar bu niyyetle giriwdi herbe,
Qan verib, can verib,onlar wan aldi,
Alqiw bu Bayraga,algiw bu Gerbe.!



Allah butun sehidlerimize rehmet elesin daimada esgerlerimizi qorusun Insallah Azerbaycanin sesi susadan qarabagdan gelsin ..bugeder sebr etdik yeteR..!

  написано: 2016-04-05 16:23:07 

Kişi Oğulları Kişi Doğulur..Kişi kimi Yaşayır,Kişi kimi de Ölur..Azərbaycan Əskərləri Kişi Oğullarıdır!!!

  написано: 2016-04-05 16:22:53 

Ey Şanlı Ordu Ey Şanlı Əsgər !!!
Ordumuz olsun Daim Muzeffer

EY 3 RENGLİ BAYRAQ !!!!!

QANSA Qan !!!!
CANSA Can !!!!
YETERKİ SEN DALGALAN !!!!

  написано: 2016-04-05 16:03:32 

Allah Eskerlerimizi Qorusun İnshAllah ..Shehidlerimizin Ruhu Shad olsun .. Ordumuza ruh yuksekliyi ve yeni yeni Nailiyetler..Inshallah biz de Meydan ehli olaraq Qarabag torpaginda Qelebeni qeyd ederik!!!

  написано: 2016-04-05 15:44:30 

"Əsgər marşı"... 90-ların uşaqları bu marşla böyüdü

Vətən məni yetişdirib, bu ellərə yolladı,
Bu torpağa qurban deyib, Allaha ismarladı.
Boş oturma, çalış dedi, xidmət eylə Vətənə,
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə
Marş, irəli ! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!
Yastığımız Vətən daşı, yorğanımız qar olsun,
Biz bu yoldan dönər olsaq namus bizə ar olsun,
Nə gözəldir ölmək bizə sevgili Vətən üçün,
Yanar ürək yurd eşqilə daima için-için.
Marş, irəli! Marş, irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri,
Azərbaycan əsgəri!


90 ci illerde alinan torpaglari 90 ci illerde dogulan balalarimiz gaytarir

  написано: 2016-04-05 15:33:53 

ALLAH OLen Wehidlerimize Rehmet Elesin Ailelerinede Sebr Versin..!
Wehidler Olmez Veten Bolunmez ..!

  написано: 2016-04-05 15:22:59 

Torpağımızın hər bir qarışının itirilməsi bizim üçün dəhşətlidir, ...düşmən tapdağı altında qalması bizim üçün ağır dərddir, böyük bir faciədir.
Heydər Əliyev

Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşdə deyib:

"Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazındır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır"

Davudoğlu: “Axirətə qədər Azərbaycanın yanındayıq”

İnsallah torpaqlarımızı qısa müddətdə qan bahasına olsa da düşmənimizdən azad edəcəyik. Allah şəhidlərimizə rəhmət etsin. Qəbrləri nurla dolsun.“Ermənistan Azərbaycan qarşısında diz çökəcək”

  написано: 2016-04-05 14:41:58 

Allah Şəhidlərimizə Rəhmət Etsin
Hal hazırda özümdə ön cəbhədəyəm bilmək olmaz hər an hər şey ola bilər bütün Meydan.aZ istifadəçilərinə deyirəm çox keçməz sizinlə ŞUŞA dan danışarıq və buna inanıram tezliklə bu olacaq hələlik dua edək dəstək olaq esgərlərimizə

  написано: 2016-04-05 03:10:14 

Veten Ugrunda Shehid olan Qardashlarima ALLAH Rehmet elesin!

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Mence Rehmetliyin bu Sozlerinden ruhlandirici hecne ola bilmez!!!

  написано: 2016-04-05 02:39:15 

Arif olanin sevgili canani vetendir.
Hem qeyreti,hem namusu,hem ari vetendir.
Her kes veteni sevmese insan deyil esla.
Insan olanin cismide hem cani vetendir.

Olsem veten ugurunda fexr ederem men.
Canimi ne zaman istese qurbani vetendir.
Yarin qemi hicranina dozmeye ne varki?
En mushkul olan dexlide hicrani Vetendir.

Haci Elikram Eliyev(A.I.P-in yaradicisi)

  написано: 2016-04-05 02:17:05 

Bayrağı bayraq edən üstündəki qandır!
Torpaq-uğrunda ölən varsa,Vetendir!!!

  написано: 2016-04-05 01:58:58 

Vur, komandir, vur!

  написано: 2016-04-05 01:30:00 

Konlumun sevgili mehbubu menim
Vetenimdir,vetenimdir,vetenim.
Vetenim verdi mene nanu-nemek,
Veteni mence unutmaq,ne demek?


Anadir her kishiye oz veteni,
Besleyib sinesi ustunde onu.
Sududur ki,dolanib qanim olub,
O,menim sevgili cananim olub.

Saxlaram gozlerim uste onu men,
Olerem elden eger getse veten.
Vetenin nemeti nisyan olmaz,
Naxelefler ona qurban olmaz.

Veten ecdadimizin medfenidir.
Veten ovladimizin meskenidir.
Veteni sevmeyen insan olmaz,
Olsa da ol shexsde vicdan olmaz.

Вы не авторизованы